Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kontekst

lat. contextus – birləşmə, əlaqə

1. Sözün, ifadənin konkret mənasını ­mü­­əyyənləşdirməyə imkan verən mətn par­­­­çası.

Söz üçün söz birləşməsi, söz birləşməsi üçün cümlə, cümlə üçün abzas K. rolunda çıxış edə bilər. Bədii ifadə va­sitələri, o cümlədən kinayə, mübaliğə və s., çox­mənalı sözün, omonimin mətndəki mə­nası K. vasitəsilə müəyyənləşir.

2. Sö­zün, ifa­də­nin, fikrin aid olduğu sahə; məs.: «ba­lans» termininin jurnalistika kon­teks­tində mənası.

Jurnalistika terminləri lüğəti

kontent

ing. content – məzmun

İnformasiya resursunun istifadəçi tərəfindən qavranıla bilən mətnlərdən, təsvirlərdən, audiovizual materiallardan ibarət məzmunu.

K. termini daha çox internet re­surs­larına, saytlara aid edilir, lakin bir sıra hal­larda K. dedikdə teleradio proq­ram­larının, qəzet və jurnal materiallarının da mövzusu, məzmunu nəzərdə tutulur. Telefonla, digər rabitə vasitələri ilə rəqəmsal formatda ötürülə bilən K. – mobil K. ad­lan­dırılır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

kontent-analiz

ing. content – məzmun

İnformasiyanın, məzmunun, mətnlərin spesifik xüsusiyyətlərinin təhlili.

K-A. media monitorinqlərində, sosial və psi­xoloji tədqiqatlarda sənədlərin öyrə­nil­məsi və qiymətləndirilməsi üçün ən çox istifadə olunan metodlardan biridir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

kopirayt

ing. copyright – köçürmə hüququ

1. Bax: müəlliflik hüququ.

2. Müəlliflik hüqu­qunun qorunduğunu bildirən işarə.

Bu işarə (©) copyright sözünün baş hər­fin­dən ibarət olur və adətən, müəlliflik hü­qu­qu qorunan çap məhsulunun, proq­ramın, digər əsərlərin ilk dəfə dərc, yaxud kütləvi nümayiş etdirildiyi illə yanaşı yerləşdirilir.

Jurnalistika terminləri lüğəti

korporativ etika

Hər hansı müəssisədə çalışan insanların, müəyyən peşə sahib­lərinin kollektiv dəyərləri, ənənələri və dav­ranış normaları məcmusu.

K.E. jurnalistin öz redaksiyası və həmkarları ­qa­r­şısında daşıdığı məsuliyyətdən irəli gəlir. Mediada K.E. prinsipləri hər re­dak­siya­nın, təşkilatın daxili sənəd­lərində, yaxud ­jur­­nalistlərin ortaq peşə əxlaqı kodekslərində əksini ta­pır. Azərbaycan jurna­listlərinin peşə davranışı qaydalarının son fəsli məhz bu funksiyanı yerinə yetirir. Həmin fəsildə jur­nalistlərdən peşəsinin və çalışdığı media orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməmək, redaksiya sirrini qorumaq, həmkarları ilə müna­si­bətlərini qarşılıqlı hör­mət və vicdanlı rəqabət prinsipləri əsa­sında qurmaq, ­hü­cuma məruz qalan həm­karlarını dəs­tək­ləmək və s. tələb olunur.

Jurnalistika terminləri lüğəti