Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

monitorinq

lat. monitor – yada salan, nə­zarətçi

1. İnformasiyanın toplanması, müşahidə edilməsi, təhlili və qiymət­lən­dirilməsindən ibarət davamlı proses.

M. idarəçiliyin mühüm elementlərindən biri­dir, o, istənilən sahədə baş verən ha­disələri və gedən prosesləri KİV-in necə işıq­lan­dırdığını yaxından müşahidə et­mə­yə, mövcud vəziyyəti öyrənməyə, zəif və güclü cəhətləri, inkişaf perspektivlərini müəy­yənləşdirməyə imkan verir. 

2. İnternetdə veb-saytın bü­tün parametrlər üzrə daim işlək və­ziyyətdə ­ol­masına nəzarət prosesi.

M. xidmətləri resursun minlərlə istifadəçi müraciətinə necə cavab verdiyini yoxlayır və aşkar edilən problemlər barədə mü­təxəssislərə hesabat göndərir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti