lat. informatio – məlumatlandırma, izah + ing. entertainment – əyləncə
İnformasiyanı əyləncəli tərzdə təqdim etmək üsulu.
Belə təqdimat üsulu materialın daha maraqlı olmasına və yaxşı qavranılmasına xidmət edir. İ. faktik olaraq jurnalistikanın məlumatlandırma və əyləndirmə funksiyalarının birləşməsi məhsuludur və bir çox media janrlarında (tok-şou, xəbər, reportaj və s.) öz əksini tapır. İnfoqrafika İ.-ə misal ola bilər.
Jurnalistika terminləri lüğəti