Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kommutasiya

lat. commutare – dəyiş­mək

Kommunikasiya şəbəkəsində abo­nentlər arasında əlaqə yaradılması, onların nəq­liyyat qovşaqları vasitəsilə birləş­dirilməsi prosesi.

Bu prosesin məqsədi informa­siya mübadiləsi həyata keçirmək üçün mar­şrut hazırlamaqdır. 

Jurnalistika terminləri lüğəti

kompilyasiya

lat. compilatio – qarət

Müəllif tərəfindən müstəqil araşdırma və təhlil apar­ılmadan başqa müəlliflərin əsər­­­lə­rin­dən köçürmə, habelə bu üsulla yaradılmış əsər, yazılmış məqalə.

K.-nın plagiatdan başlıca fərqi onun bir deyil, bir çox mən­bədən köçürmələrdən ibarət ­ol­masıdır. Buna görə də  kompilyativ əsər­lər­də, adətən, faktlar dağınıq, fikirlər ara­­sında əlaqə zəif olur.

Jurnalistika terminləri lüğəti

kompozisiya

lat. compositio – tərtib, bir­ləşmə, əlaqə

1. Əsərin, hər hansı ma­te­rialın məzmununu və bədii formasını təşkil edən komponentlərin məcmusu və qarşı­lıqlı әlaqәsi.

K.-nın vacib aspektlərindən biri hadisə və obrazların əsərə müəyyən məntiqi ardıcıllıqla daxil edilməsidir. Məhz buna görə professional səviyyədə hazır­lanmış materiallarda hər bir epizodun, hət­ta ən kiçik obrazın öz yeri var. İlk baxışdan əsas süjetlə bağlılığı olmayan haşiyələr belə K.-nın qurulmasında müəyyən rol ­oy­na­yır. 

2. Bir-biri ilə qarşılıqlı əlaqəli ­kom­ponentlərdən tərtib olunmuş əsər, ya­ra­dıcılıq məhsulu.

Jurnalistika terminləri lüğəti

kompüter proqramı

Konkret məsələnin həllinə, əməliyyatın icrasına nail olmaq üçün müəyyən ardıcıllıqda kompüterə ­ve­­­­ri­lən təlimatlar və əmrlər toplusu.

Müəlliflik hüququnun obyekti olan K.P. ter­­­mininin ­müvafiq qanunvericilikdə xüsusi izahı var: «maşınla oxunan formada ifadə edilən, mü­əyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hə­rə­kətə gə­tirən sözlər, kodlar, sxemlər və baş­qa şə­kildə təli­mat­ların məcmusu». ­K.P.-na onun hazırlanması prosesində əldə edi­lən ilkin materiallar və yaradılan audio­vizual təs­virlər də daxildir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti