Qarşıya qoyulan məqsəddən asılı olaraq informasiyanın dəyişikliklərə uğradılması, yaxud istehlakçının istifadəsi üçün yararlı son məhsul halına gətirilməsi.
İ.E. geniş, həm texniki, həm də yaradıcı prosesdir. Bu prosesin redaktə, korrektə, montaj, kodlaşdırma və bu kimi onlarla mərhələsi və forması var.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMəlumatın hərtərəfliliyi; aid olduğu fakta, yaxud hadisəyə dair bütün mühüm, o cümlədən fərqli detalları əlaqəli şəkildə əks etdirməsi.
Əhatəlilik – fəlsəfi termindir, «gerçəkliyin müxtəlif tərəflərinin əlaqəli surətdə dərk edilməsi» kimi anlaşılır və buna görə də jurnalistikada çox geniş izaha malikdir. Təsadüfi deyil ki, jurnalistikaya aid sənədlərdə, o cümlədən normativ aktlarda «əhatəlilik» anlayışı əksər hallarda ayrı deyil, «tamlıq», «tərəfsizlik», «obyektivlik» terminləri ilə bir sırada işlədilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMəlumatların əldə olunması, sənədləşdirilməsi, saxlanılması, müdafiəsi və yayılmasına dair qanunla təsbit olunmuş qaydalar toplusu.
Azərbaycan qanunvericiliyi əldə olunması rejiminə görə informasiyaları iki qrupa bölür: açıq və alınması məhdudlaşdırılan məlumatlar. Eyni zamanda alınması məhdudlaşdırılan məlumatların da iki hüquqi rejimi müəyyənləşdirilir: dövlət sirri və konfidensial informasiya.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. İnformasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə, məlumatın saxlanıldığı mənbəyə, yaxud vasitəçiyə müraciət ünvanlayan və əldə etdiyi məlumatdan yalnız istifadə hüququna malik olan subyekt.
İ.İ. aldığı, lakin qanunla məhdudlaşdırılmayan, müəlliflik hüquqları və əlaqəli hüquqlarla qorunmayan informasiyanı istədiyi kanallarla başqa şəxslərə ötürə bilər.
2. İnformasiya əldə etmək, yaxud informasiya ilə işləməyə buraxılmaq üçün səlahiyyətli orqanlara yazılı sorğu verən şəxs.
Jurnalistika terminləri lüğətiİnformasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının, qanunsuz istifadəsinin qarşısını almaq üçün həyata keçirilən kompleks tədbirlər.
Bu tədbirlər dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinə nail olmaq, informasiyanın modifikasiyası, çoxaldılması, təcrid edilməsi ilə bağlı sanksiyalaşdırılmamış hərəkətlərin qarşısını almaq, gizli və konfidensial informasiyanın məxfiliyini qorumaq, informasiya proseslərində fiziki və hüquqi şəxslərin hüquqlarını təmin etmək kimi mühüm məqsədlər güdür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiyanı kənar müdaxilələrdən, qanunsuz istifadədən, məhvolma və zədələnmədən qorumaq üçün qəbul olunan normativ sənədlər, istifadə edilən texniki avadanlıqlar, texnologiyalar və proqramlar.
Məlumatların mühafizəsinin səmərəliliyinə nəzarət formaları və alətləri də İ.M.V.-nə aiddir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiToplanmış informasiyanın emal üçün xüsusi kanallarla müvafiq ünvana çatdırılması prosesi.
Jurnalistikada bu məqsədlə yüksəksürətli texniki vasitələrdən istifadə olunur. Birbaşa yayımda ötürülən informasiya emal edilmədən son məhsul kimi efirə verilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti