ing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz
Qeydlər, şərhlər, fotolar, linklər və multimedia elementlərinə malik, mütəmadi olaraq yenilənən onlayn-gündəlik, veb-sayt.
B.-lar üçün səhifədə əks xronoloji ardıcıllıqla yerləşdirilmiş qısa mətnlər səciyyəvidir. B. bir adama və ya qrupa aid ola, yaxud korporativ mahiyyət daşıya bilər. B.-un adi gündəlikdən əsas fərqi onun ictimai xarakter kəsb etməsindədir. B.-da hər qeydə şərhlər vermək, onu KİV-də yaymaq, müəlliflə polemika açmaq mümkündür. B. termini «weblog» abreviaturasının daha qısa formasıdır. Oksford lüğəti bu terminin ilk dəfə 1999-cu il mayın 23-də amerikalı dizayn mütəxəssisi Peter Merholz tərəfindən öz saytında işlədildiyini göstərir. ABŞ-ın Merriam-Webster lüğəti isə 2004-cü ildə B. terminini «ilin sözü» elan edib: həmin il bütün dünyada internet-lüğətə ən çox məhz bu anlayışın mənasını bilmək üçün müraciət olunub.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz + yun. sphaira – kürə
Şəbəkədəki bütün bloqların cəmi.
B. anlayışı «noosfer» (biosferin təkamülünün insan ağlı və fəaliyyətinin əsas rol oynadığı müasir mərhələsi) kimi terminlərə analoji olaraq yaradılıb. Bəzən bu anlayış çox geniş mənada işlədilir və bütünlükdə sosial şəbəkəyə aid edilir. Dünyada bir-biri ilə əlaqəsi olan, bir-birinə istinad edən, şərh verən on milyonlarla bloq mövcuddur. Onlar bütün dünyanı əhatə edən dinamik «informasiya örtüyü» yaradır. B. ictimai fikrin, qlobal sosial tendensiyaların və memlərin öyrənilməsi, araşdırılması üçün böyük imkanlar açır.
Jurnalistika terminləri lüğətiing. blue – göy + ing. tooth – diş
1. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsafədən naqilsiz rabitə yaratmaq imkanı verən texnologiya, texniki standart.
Bu texnologiya uzun axtarışlardan sonra 1990-cı illərdə ixtira edilib, onun adı isə X əsrdə Danimarkanın dağınıq tayfalarını birləşdirmiş kral I Haraldın ləqəbindən («Blatand» – ingilis dilində «Bluetooth») götürülüb. 1997-ci ildə texniki standarta B. adını təklif edərkən İntel korporasiyasının mühəndisi Cim Kardaç məhz onun birləşdirici funksiya yerinə yetirdiyini nəzərdə tutub.
2. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsafədən naqilsiz radio əlaqəsi.
B. ən müxtəlif elektron cihazlar arasında radiosiqnallar vasitəsilə sürətli, keyfiyyətli və ödənişsiz informasiya mübadiləsini təmin edir.
Jurnalistika terminləri lüğətiing. bob – qısa + ing. sleigh – kirşə
1. Hərəkətdə olması maksimum dərəcədə hiss edilən subyektiv kamera ilə çəkiliş texnikası.
2. Müəyyən mövzu ilə əlaqədar dinamik, qisa kadrlar dəsti.
3. Hər hansı verilişin əvvəlində onun məzmununu əks etdirən, ən parlaq kadrlardan ibarət yığcam blok.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. body text – gövdə, əsas mətn
Qəzet, jurnal və kitabın, digər çap məhsulunun, veb-səhifənin məzmununun (kontentinin) əsas hissəsini formalaşdıran mətn.
B. dedikdə bütöv materialın başlığını və giriş hissəsini çıxmaq şərti ilə onun mətni – gövdəsi nəzərdə tutulur.
Jurnalistika terminləri lüğətiYalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma.
Azərbaycan qanunvericiliyi B. atmaq məqsədilə KİV-dən istifadə olunmasına yol vermir. Fiziki və hüquqi şəxslərin mediada yayılmış B. xarakterli məlumatlara cavab vermək, yalan informasiyanın təkzib olunmasını, ona düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud belə faktlarla bağlı məhkəməyə şikayət vermək hüququ var.
Jurnalistika terminləri lüğətiing. browser < browse – gözdən keçirmək
Veb-səhifələrin qlobal şəbəkədə axtarışı və sənədlərin məzmununun nəzərdən keçirilməsi üçün istifadə olunan proqram təminatı.
Müxtəlif B.-lər mövcuddur: Google Chrome, Microsoft İnternet Explorer, Mozilla Firefox, Safari və s. Belə proqram təminatlarına Azərbaycan dilində veb-səyyahlar da deyirlər.
Jurnalistika terminləri lüğətiing. brand – damğa
Bir müəssisənin məhsullarını və xidmətlərini digərlərindən fərqləndirməkdə istehlakçılara kömək edən işarə, simvol, loqotip, sloqan.
B. istehlakçının qavrayışında məhsulun və ya xidmətin keyfiyyətini xarakterizə edir, bunun üçün o, tanınmış və müsbət imicə malik olmalıdır. Əksər ölkələrdə B.-dən istifadə hüququ qanunla qorunur.
Jurnalistika terminləri lüğətiing. briefing < brief – qısa, azmüddətli
Jurnalistləri hər hansı hadisə, məsələ ilə əlaqədar məlumatlandırmaq üçün təşkil edilən qısamüddətli tədbir, görüş.
B. dövlət, kommersiya, siyasi, ictimai təşkilatlar tərəfindən çağırılır, adətən, onların rəsmi nümayəndələrinin yığcam informasiya verməsi ilə məhdudlaşdırılır, jurnalistlərin sualları cavablandırılmır, yaxud belə suallara çox az vaxt ayrılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. brochure, brocher – tikmək
Yumşaq üz qabığı olan kiçikhəcmli (5–48 s.) çap əsəri, bir şeyi təbliğ etmək məqsədi güdən kitabça.
B.-lərdən kiçikhəcmli əsərlərin çapı, yaxud mal və xidmətlər haqqında informasiyanın istehlakçıya çatdırılması, onların reklamı üçün istifadə olunur. B. – qeyri-dövri çap məhsuludur, bukletdən həcminin nisbətən genişliyi, səhifələrinin tikilməsi ilə fərqlənir. Elektron formatda B.-lər də (e-broşür) mövcuddur.
Jurnalistika terminləri lüğətifr. bouclette – halqa, burum
Paralel xətlər üzrə bir neçə dəfə qatlanmış, mətn və təsvirlərdən ibarət birsəhifəlik çap məhsulu.
B.-lər, adətən, reklam xarakteri daşıyır, maksimum A4 formatında olur. Daha iriölçülü reklam-informasiya materialları prospekt adlanır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti