fr. charge – ağırlaşdırma, ağırlıq
Şəxsin xarici görünüşünün, xarakterinin ən səciyyəvi əlamətlərini qabarıq nəzərə çarpdıran satirik, yaxud yumoristik təsvir.
Rəsm (adətən, portret) formasında Ş. karikaturanın bir növüdür, daha çox insanın xarici görünüşü ilə bağlı olur, əksər hallarda yumşaq tənqid, yaxud dost gülüşü doğurur. Sözlə təsvir formasında Ş. isə, əsasən, personajın davranışının, xarakterinin mənfi elementlərini önə çıxarır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMənbəyi məlum olmayan, təsdiqlənməmiş, lakin fəal şəkildə yayılan xəbər.
İctimai rəydəki təsəvvürlərə, cəmiyyətdəki stereotiplərə uyğun gələn Ş.-lər daha sürətlə genişlənir, sosial şəbəkələrdə müzakirəyə çıxarılır, bəzən KİV-ə də yol tapır. Ş.-lərin yaranmasının başlıca səbəbi mövzuya olan maraq, rəsmi mənbələrin susqunluğu, yaxud onlara inamın aşağı səviyyədə olmasıdır. Bununla belə, hətta real əsası olan Ş.-lərdən də istifadə zamanı KİV-dən böyük ehtiyat nümayiş etdirmək tələb olunur. Çünki Ş.-lər qeyri-rəsmi kanallarla ötürüldükcə dəyişikliyə uğrayır, əlavə detallarla zənginləşir. Azərbaycanın media qanunvericiliyində mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan Ş.-lərin yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
Jurnalistika terminləri lüğətifr. chef – rəis + fr. redacteur < lat. redactus < redigere – hərəkətə gətirmək
Kütləvi informasiya vasitəsində yaradıcılıq işləri üzrə rəhbər.
Ş-R. – baş redaktorun əsas köməkçisidir. O, nəşrin konsepsiyasının hazırlanmasında iştirak edir, redaktorlar korpusunun işinə rəhbərliyi və kollektivin yaradıcılıq fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Böyük media-holdinqlərdə hər nəşrin öz Ş-R.-u ola bilər.
Jurnalistika terminləri lüğəti1. İnformasiyanın əldə olunmasını, ötürülməsini və insanların məlumat bazalarından birgə istifadəsini təmin etmək üçün rabitə xətləri, xüsusi proqram təminatı ilə əlaqələndirilmiş kompüterlər, habelə onlara qoşulan avadanlıqlar sistemi.
2. Rabitə xətləri və kanalları ilə bir-birinə bağlanmış obyektlərin məcmusu.
3. Kommunikasiya texnologiyaları vasitəsilə daimi əlaqədə olan və informasiya mübadiləsi aparan insanların dairəsi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Yalnız internetlə yayımlanan media məhsulları.
Ş.K.İ.V. dedikdə, əsasən, informasiya saytları, bülletenlər, internet-radio, internet televiziyası və internet-qəzetlər nəzərdə tutulur. Onlar xəbərlərini daim təzələyir və yüksək operativliyi səbəbindən digər KİV üçün mühüm informasiya mənbəyi rolunu oynayır.
2. Mərkəzi stansiyadan və ona birləşdirilmiş yerli stansiyalardan ibarət teleradio yayımı təşkilatı.
Belə şəbəkəyə daxil olan stansiyalar çox vaxt mərkəzdən ötürülən proqramların yayımını aparır, bəzən ayrı-ayrı verilişləri (məs.: xəbərləri) özləri müstəqil hazırlayır. Ümumi konsepsiyadan çıxış etməklə, əsasən, fərqli kontent yaradan böyük şəbəkə TV-lər də mövcuddur; məs.: CNN.
3. Bir dövri nəşrə bağlılığı olmaqla müxtəlif regionlarda yayımlanan, konsepsiya və formaca eyni, məzmunca tam, yaxud qismən fərqli qəzetlər, jurnallar.
Adətən, belə nəşrlər müxtəlif dillərdə, müəyyən əlavələrlə eyni ad altında çıxır; məs.:, Metro qrupuna daxil (Meksika), Metropol (Macarıstan), MetroXpress (Danimarka), Metro-Moskva (Rusiya) qəzetləri.
Jurnalistika terminləri lüğəti1. İnformasiya sahibindən fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə açıqlığını, kommunikativlik və cəmiyyət qarşısında hesabatlılıq tələb edən keyfiyyət.
2. Kütləvi informasiya vasitələrinin təsisçiləri və maliyyə mənbələri ilə əlaqədar məlumatların ictimaiyyət üçün açıq olmasını tələb edən beynəlxalq prinsip, qanun norması.
Avropa Şurasının qərar və tövsiyələrində üzv-dövlətlərin üzərinə KİV-in Ş.-ını təmin etmək öhdəliyi qoyulur. Bir çox ölkələrdə bu sahədə xüsusi qaydalar, bəzi dövlətlərdə (məs.: Ukraynada) ayrıca qanunlar mövcuddur. Azərbaycan qanunvericiliyində ictimai yayımçının iqtisadi fəaliyyətinin Ş.-ını təmin etmək məqsədilə yoxlamalar keçirmək və onların nəticələrinin dərc etmək nəzərdə tutulur.
3. Üzərində foto, videokadr həkk olunmuş maddi daşıyıcının (lentin, şüşənin) işıqkeçirmə qabiliyyəti.
Jurnalistika terminləri lüğətiİnsanın fiziki mövcudluğu, mənəvi tələbatları, şəxsi maraqlarından irəli gələrək atdığı addımların, gördüyü işlərin məcmusu.
«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası və Azərbaycan Konstitusiyası hər kəsin «şəxsi və ailə həyatı» olduğunu qeyd edir, lakin bu anlayışların izahı qanunlarda verilmir. Avropa Məhkəməsi də Ş.H. terminini hər hansı anlayışla tam əhatə etməyi mümkünsüz sayır. Ş.H. – insanın gündəlik tələbatlarını təmin etmək, istədiyi formada qurduğu şəxsi münasibətlərə və heç kimin bilmək istəmədiyi sirlərə sahib olmaq hüquqlarını özündə əks etdirir. Ş.H. fərd üçün özünün sərbəst inkişaf imkanlarını reallaşdıra biləcəyi mühit yaradır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiŞəxslərin icazəsi olmadan onlar haqqında fərdi məlumatların nümayiş, yaxud dərc etdirilməsini, başqa üsullarla ictimailəşdirilməsini qadağan edən prinsip, yayılması məhdudlaşdırılan informasiya.
Ş.H.S. şəxsi həyatın toxunulmazlığı hüququnun tərkib hissəsidir və Azərbaycanda xüsusi qanunvericilik aktı ilə qorunur. Qanuni əsaslarla əldə edilmiş, yayılması şəxsi həyatın toxunulmazlığının pozulmasına səbəb ola biləcək informasiyalar konfidensial informasiya (peşə sirri) rejimində qorunmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnsanın şəxsi və ailə həyatına hörmət hüququna malik olması və bu hüquqların qanunla qorunması.
Ş.H.T. hüququna təminat yaratmaq məqsədilə konstitusiyalarda (qanunla nəzərdə tutulan hallardan başqa) şəxsi həyata müdaxilə etmək qadağan olunur. İnsanın razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanmasına, istifadəsinə, yayılmasına, yəni Ş.H.T.-nın pozulmasına yol verilmir. Yazışma, telefon danışıqları, digər rabitə vasitələri ilə ötürülən məlumatlar sirr elan edilir. Eyni zamanda hər kəsə özü haqqında qanunauyğun surətdə toplanmış məlumatlarla tanış olmaq, qeyri-dəqiq məlumatların düzəldilməsini, ləğvini tələb etmək hüququ verilir. Ş.H.T.-nın pozulması cinayət əməli hesab olunur və cərimə, ictimai işlər, islah işləri, yaxud azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiJurnalistin pul, pulsuz xidmətlərdən istifadə, əmlak formasında mənfəət, üstün hüquqlar qazanmaq məqsədilə statusundan sui-istifadə etməsinə və peşə davranışı prinsiplərini pozmasına şərait yaradan hiss, mənəvi keyfiyyət.
Ş.M. – etikanın və sosial fəlsəfənin mühüm, mürəkkəb anlayışlarından biridir, professional mühitdə maraqlar münaqişəsinin yaranmasının başlıca səbəbidir. Jurnalistikaya aid sənədlərdə ona, əsasən, məhz maraqlar münaqişəsi kontekstində rast gəlinir, media işçilərindən Ş.M.-ları ictimai və korporativ maraqlardan üstün tutmamaq tələb olunur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında bu barədə deyilir: «Jurnalist redaksiya sənədindən və informasiyaya çıxış imkanlarından, habelə biznes fəaliyyəti və maliyyə bazarları barədə məlumatlardan şəxsi mənfəət əldə etmək məqsədilə istifadə etməməlidir. Jurnalist birbaşa Ş.M.-ının olduğu məsələlər barədə reportajlar hazırlamaqdan çəkinməlidir…»
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiŞəxsiyyəti birbaşa, yaxud dolayısı ilə müəyyənləşdirmək imkanı verən hadisə və fəaliyyətlər barədə faktlar, bilgilər.
Şəxsi həyata dair bir sıra məlumatların əldə olunması qanunla məhdudlaşdırılır. Buraya özəl təşkilatlarda üzvlüyə dair informasiya istisna olmaqla insanların siyasi baxışları, dini etiqadları, dünyagörüşləri, etnik mənşələri, irqi mənsubiyyətləri, sağlamlıq vəziyyətləri, ruhi və fiziki əzabları haqqında və s. məlumatlar daxildir. Hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar da açıq məhkəmə iclasınadək, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda (insanların şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyinin qorunması və s.) bu kateqoriyaya aid edilir. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar isə cinsi həyat, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, övladlığagötürmə, habelə ailə həyatının bəzi digər məqamlarına aid məlumatlardan ibarətdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti