Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ödənişli yayım

1. Teleradio verilişlərinin yalnız müqavilə əsasında və abunə haqqı hesabına qəbul edilməsi mümkün olan ­kod­laşdırılmış siqnallarla qapalı yayımı.

2. Sifarişçilərin, o cümlədən seçkilər, refe­rendumlar və digər siyasi kampaniyalar za­manı namizədlərin (partiyaların, blokların) ödədikləri haqq hesabına həyata keçirilən açıq teleradio yayımı.

Misal: «Seçki Mə­cəlləsi ödə­nişli yayım vaxtının məbləğini yalnız dövlət tabeliyində olan teleradio şirkətləri üçün məhdudlaşdırır» (osce.org).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ödənişsiz yayım

1. Teleradio veriliş­lə­rinin heç bir müqavilə imzalanmadan və haqq ödənilmədən müvafiq avadanlığa malik bütün insanlar tərəfindən qəbul edil­məsi mümkün olan kodsuz siqnallarla açıq yayımı.

2. Sifarişçilərin, o cümlədən seçki­lər, referendumlar və digər siyasi kampa­niyalar zamanı namizədlərin (parti­ya­la­rın, blokların) materiallarının heç bir haqq tələb olunmadan açıq teleradio yayımı.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ödənişsiz lisenziya

lat. lisentia – icazə

Yayımçıdan heç bir haqq alınmadan dövlət tərəfindən ictimai yayım fəaliyyətinə veri­lən müddətsiz xüsusi razılıq.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ön plan

lat. planum – müstəvi

1. Televiziya və kino kadrında, fotoşəkildə əks olunmuş məkanın şərti bölgüsü zamanı müşahidə nöqtəsinə ən yaxın hissə.

Ö.P.-da olan obyektlər, insanlar, yer müşa­hi­dəçiyə (tamaşaçıya) digərlərindən daha yaxın görünür.

2. Məcazi mənada: ən vacib, diqqəti daha çox cəlb edən yer, mövqe; məs.: ön plana çıxan məsələ.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ötürücünün gücü

Ötürücünün anten sisteminə göndərdiyi radiotezlik dalğası­nın gücü.

O.G. vatt ilə ölçülür və siqnalın əha­­tə dairəsi, ilk növbədə, ondan asılıdır. Te­leradio şirkətləri yayıma xüsusi icazə (lisenziya) almaq üçün dövlət orqanlarına ərizələrində istifadə edəcəkləri Ö.G.-nü də göstərməlidir və bu məlumat lisenzi­yada öz əksini tapmalıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

ötürücü televiziya kamerası

lat. ca­mera – otaq

Çəkiliş obyektinin optik təsvirini qəbul edən və onu videosiqnala çevirən elektron qurğu.

Ö.T.K ilə video­siqnalı lentə alan, yaxud rəqəmli video­məlumat kimi yaddaşına köçürən qurğu birlikdə videokamera təşkil edir. Studiya Ö.T.K.-ları verilişlərin studiyada çəkilməsi üçün, sə­naye Ö.T.K.-ları isə kənar ob­yekt­lərdə, mə­sələn, su altında, kosmik fəzada çəkilişlər aparmaq üçündür.

Jurnalistika terminləri lüğəti

övladlığagötürmə sirri

Övladlığagö­türənlərin, onlar öldükdə isə qəyyumluq və himayə orqanlarının razılığı olmadan öv­ladlığagötürmə haqqında yayılması qa­da­ğan edilmiş məlumatlar.

Azər­bay­ca­nın Konstitusiya Məhkəməsinin qərarına görə, Ö.S.-ni yayma dedikdə bu faktın ­öv­­ladlığagötürənin iradəsi ziddinə yazılı ­və şifahi formada, o cümlədən media va­sitəsilə digər şəxslərə və ya övladlığa gö­türülənin özünə bildirilməsi başa düşülür. Ö.S. qanunla mühafizə olunur. Həmin sirrin qorunması məqsədilə övladlığagö­tür­mə barədə işlərə məhkəmə qətna­məsinin elan olunması da daxil olmaqla qapalı iclaslarda jurnalistlərin iştirakı olmadan baxıla bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

özünütənzimləmə

Kütləvi informasiya vasitələrinin fəaliyyət prinsiplərinin, jurna­listlərin davranış qaydalarının peşəkar ­da­irələr tərəfindən müəyyənləşdirilməsi və onlara könüllü əməl olunması prose­sinin nəzarətə götürülməsi.

Ö. yalnız qanun­ların media sahəsində ümumi məq­s­­əd və vəzifələri müəyyənləşdirdiyi, onlara çatmaq üsullarını seçməyi isə bu sahədə fə­aliyyət göstərənlərin öhdəsinə buraxdığı şəraitdə səmərəlidir. Mahiyyət etibarilə Ö.-nin başlıca funksiyası KİV-in müstə­qilliyini qorumaq, haki­miy­yətlə mü­na­sibətlərini tənzimləmək və cəmiyyət qarşısında mə­suliyyətini təmin etməkdir. Ö. sisteminin bünövrəsində jurnalist təş­kilatları və me­dia orqanlarının geniş öh­­də­lik­­lərlə qəbul etdiyi peşə etikası stan­­­dartları durur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

özünütənzimləmə mexanizmi

yun. mec­hane – maşın

Medianın peşə­kar dairələr tərəfindən müəyyənləşdirilmiş fəaliyyət prinsipləri, jurnalistlərin davranış qaydaları və onlara könüllü əməl olun­ma­sına nə­zarət sistemi.

Bu sistemin əsasını peşə etikası standartları təşkil edir: fəa­liy­yət prinsipləri və davranış qaydaları məhz orada əks olunur. Həmin standartlar əhatə dairəsindən asılı olaraq redaksiya kollek­tivləri, jurnalist təşkilatları, qurultaylar tərəfindən təsdiqlənir, onlara əməl olun­masına nəzarət üçün üsullar, qurumlar yaradılır. Redaksiyadaxili standartlara ­re­­­­­daksiya şuraları və ombudsmanlar, ümum­­ölkə və ya beynəlxalq standartlara isə mət­buat şuraları, xüsusi komissiyalar, onların birlikləri nəzarət edir. Nəzarət üsulları tən­behdən, ictimai qınaqdan, bəzi hallarda (əsasən, redaksiya daxilində) mü­əy­yən cə­za tədbirlərindən ibarətdir. Ö.M. yalnız me­dianın müstəqilliyinin və peşə­kar­lığının deyil, bütövlükdə demok­ra­ti­ya­nın mühüm şərtlərindən biridir. Medianın Ö.M.-nin ilk institutları (etika kodeksləri) hələ XX əsrin əvvəllərində yaranıb. Lakin bir sistem kimi o, 1940-cı illərdən, ABŞ-da «mətbuat azadlığının perspektivlərini araş­dırmaq» üçün Çikaqo universitetinin pre­zidenti Robert Hatçinsin rəhbərliyi ilə yaradılmış komis­siyanın («Hatçins komis­siyası») «Azad və məsuliyyətli mətbuat» hesabatı yayıl­dıq­dan sonra formalaşmağa başlayıb. Hesa­batda deyilirdi: «… kütləvi kommunikasiya vasitələrinin təmər­küz­ləşməsi demok­rati­yaya təhlükə həddinə çatırsa, demokratiya bu problemi onların parçalanması yolu ilə həll edə bilmirsə, həmin vasitələr özünütənzimləməyə keç­məlidir, əks təqdirdə hökumətin nəza­­rəti­nə götürüləcək. Am­ma onların hö­ku­­­mətin nəzarətinə keçməsi ilə biz totalitarizmdən başlıca müdafiə zəma­nə­timizi itirəcək, totalitarizmə doğru ciddi addım atmış ola­cağıq». Komissiyanın töv­siyəsinə uyğun olaraq ABŞ-da İnforma­siya üzrə Milli Şura yaradıldıqdan sonra eyni proses sürətlə bü­tün dünyada yayıldı.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti