- Təbliğat demokratik cəmiyyətdə hansı rolu oynayırsa, zorakılıq totalitar rejimdə həmin rolu oynayır. (Noam Çomski)
- Hakimiyyət üçün ən yaxşı nəzarət vasitəsi – qorxudur. (Noam Çomski)
- Dil öyrənmək sadəcə sözləri bilmək deyil; dünyaya baxışını dəyişməkdir. (Noam Çomski)
- Əsl təhsil odur ki, öyrəndiklərini unutsan belə, düşüncə tərzin qalır. (Noam Çomski)
- Hakimiyyət təhsilli əhalidən qorxur. (Noam Çomski)
- Dərk edilməmiş bir həyat yaşamağa dəyməz. (Sokrat)
- Həmişə şübhə yaradan şeydən başlamaq lazımdır. (Boris Struqatski)
- Həyatı onun mənasından daha çox sevmək lazımdır. (Fyodor Dostoyevski)
- Titul – axmaqlar üçün bəzəkdir; böyük insanlara öz adı kifayətdir. (II Fridrix)
- Zəiflər intiqam alar, güclülər bağışlayar, müdriklər unudar. (Naməlum)
- Keçmişi dəyişmək olmaz, amma ondan öyrənmək olar. (Naməlum)
- Həyat güzgü kimidir: ona gülümsəsən, o da sənə gülər. (Naməlum)
- Ağıllı insan danışanda, ağılsız susanda dəyər qazanır. (Naməlum)
- Səbir ağrılıdır, amma meyvəsi şirindir. (Naməlum)
- Ən yaxşı güzgü – köhnə dostdur. (Naməlum)
- Problem səni hərəkətə gətirməlidir, depressiyaya salmamalıdır. (Bernard Şou)
- Qutunun içinə almaz qoysaq, mücrü olacaq, siqaret kötüyü atsaq – zibil yeşiyi. Beynimizə nə qoyuruqsa, mahiyyətimiz də odur. (Naməlum)
- - Böyüyəndə nəçi olmaq istəyirsən?
Balaca Con Lennon:
- Xoşbəxt.
- Sən mənim sualımı başa düşmədin.
- Siz mənim cavabımı başa düşmədiniz.
(Con Lennon)
- Atəşin kölgəsi olmur, ona görə də insanın içindəki yanğını heç kim görmür. (Naməlum)
- Risk eləyib uduzmaq olar, ancaq risk eləmədən udmaq mümkün deyil. (Naməlum)