- Biliyi sərvətdən üstün tutun, çünki o, əbədi, sərvət isə keçicidir. (Sokrat)
- Haqsızlığa uğramaq, haqsızlıq törətməkdən daha yaxşıdır. (Sokrat)
- Paxıllıq ruhun irin yarasıdır. (Sokrat)
- Əldə etdiyinə qane ol, amma daha yaxşısına can at. (Sokrat)
- Heç kim xoşuna gəlməyən insandan heç nəyi öyrənə bilməz. (Sokrat)
- Görünmək istədiyin kimi ol. (Sokrat)
- İstəyən çıxış yolu axtarır, istəməyən isə səbəb. (Sokrat)
- Vacib olan – yaşamaq deyil, düzgün yaşamaqdır. (Sokrat)
- Keşməkeşsiz həyat – həyat deyil. (Sokrat)
- Dost olmağa tələsməyin; lakin dostluq qurduqdan sonra möhkəm və dəyişməz olun. (Sokrat)
- Dünyanı tərpətmək istəyən əvvəlcə özü hərəkət etməlidir. (Sokrat)
- Qaranlıqdan qorxan uşağı asanlıqla bağışlamaq olar; həyatın əsl faciəsi isə insanların işıqdan qorxmasıdır. (Sokrat)
- Mən yalnız bir şeyi bilirəm ki, heç bir şey bilmirəm. (Sokrat)
- Əlindəkindən narazı olan, arzuladıqlarına sahib olsa da, razı qalmayacaq. (Sokrat)
- Ağıllı insanlar hər şeydən və hər kəsdən öyrənirlər, adi insanlar – öz təcrübələrindən. Axmaqlar isə artıq bütün sualların cavabını bilirlər. (Sokrat)
- Faydasız insanlar yalnız yemək və içmək üçün yaşayırlar; ləyaqətli insanlar isə yaşamaq üçün yeyib-içirlər. (Sokrat)
- Güclü zehinlər ideyaları müzakirə edir, orta zehinlər hadisələri, zəif zehinlər isə insanları. (Sokrat)
- Təbiət bizə iki qulaq, iki göz və sadəcə bir dil ona görə verib ki, biz danışmaqdan daha çox eşidək və görək. (Sokrat)
- Dərk edilməmiş bir həyat yaşamağa dəyməz. (Sokrat)
- Müdriklər danışırlar, çünki deməyə sözləri var, axmaqlar danışırlar, çünki nəsə deməlidirlər. (Sokrat)