aman sözü müasir Azərbaycan dilində bir neçə mənada işlənir: 1. Aman vermək, rəhm etmək; əmin-amanlıq, təhlükəsizlik, əmniyyət, dinclik, qorxusuzluq. 2. Möhlət, macal, imkan. 3. Rəhm, mərhəmət. 4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləmək. 5. Ta- qət, qüvvət, güc; 6. Can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu hisləri ifadə edir. 7. Rica, xahiş, yalvarış. 8. Narazılıq, şikayət, nifrət.
Amanantroponimi əsasən sözün üçüncü mənası ilə, yəni rəhm, mərhəmət (Allahdan gözlənilən) mənası ilə əlaqədardır. Dünyaya göz açmış övlada Aman adını verən yaxınlar, valideynlər, çox ehtimal ki, Tanrıya, bir növ, dua edir, ömrü boyu onu Yaradanın rəhminə, mərhəmətinə etibar etdiklərini ifadə edirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAman adının və mürəkkəb adların tərkibində işlənən Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Amanullah (bax: ad – AMAN; ÜLLAH) olan kişi adı Allahın bağışladığı, salamat, əmin-aman bəndə, Allahın təhlükəsizliyə qovuşdurduğu əmin bəndə, qul anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Amanulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Amanullah adı bu gün yalnız Amanulla formasında mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Amanulla bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamaç sözündəndir. Azərbaycan antroponimikasında qədim şəxs adlarından olan Amaş kişi adı gözü zəif görən mənasındadır.
Bəzi lüğətlərdə hədəf, nişangah mənası qeyd edilmişdir. Amaş adına erkən dövrlərə aid Orxon-Yenisey abidələrində rast gəlinir. Məişətimizdə köhnəlmiş şəxs adları sırasında olan Amaş bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamid sözü eşq xəstəsi; öndər, rəhbər, xərac alan anlamına gəlir.
Bəzi mənbələrdə Buddizmin əsas allahlarından birinin adı kimi göstərilir. Sanskrit dilində hüdudsuz işıq, hüdudsuz həyat mənası olduğu barədə məlumatlara rast gəlinir. Amid kişi adı rəhbər, xərac alan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamil sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Müvəkkil, müəyyən işin etibar edildiyi şəxs; Orta əsrlərdə Şərq ölkələrində ticarət müvəkkili. 2. Bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, iş görən, əməl edən; 3. Müdir, sərəncam verən, əmr verən. 4. Sakit, həlim, dinc; intizamlı, ədəb sahibi. 5. Əsas səbəb, faktor. Amil şəxs ad sözün sonuncu, beşinci mənası ilə əlaqədar olub, əsas səbəb anlamına gəlir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamin sözü öncə ərəb dilinə, sonradan ərəb dili vasitəsilə dilimizə keçmişdir. Digər dinlərdə olduğu kimi, İslam dinində də dua sənaların sonunda diləklərin qəbul olunsun, niyyətin yerinə yetsin və s. mənasını ifadə edən “amin” kəlməsi səslənir.
Amin kişi adı həmin kəlmə ilə əlaqədardır. Uzun müddət övlad arzusunda olan valideynlər arzularının, niyyətlərinin yerinə yetdiyinə görə oğlan övladlarına Amin adı verirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAmur Roma əsatirində eşq allahının adıdır. Poeziyada məhəbbət rəmzi kimi istifadə edilir.
Amur adının daşıyıcılarına Azərbaycanda çox təsadüfi halda olsa da, rast gəlinir. Adın etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Rusiyanın Amur vilayətində Amur çay adıdır. Amur Azərbaycan antroponimikasına XX əsrin otuzuncu illərindən daxil olmuş şəxs adlarındandır. O dövrdə Azərbaycanda çoxlarının italyan dili, həmçinin ədəbiyyatı ilə tanışlığı olmadığı nəzərə alınarsa, şəxs adının Amur vilayətindəki çayın adından olması fikri daha inandırıcıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətianmaq feilinin kökünə -an feili sifət şəkilçisinin (indiki zamanın əlamətini daşıyan) əlavə edilməsi ilə düzəldilmişdir.
Anan şəxs adı unutmayan, hər anı yada salan mənasındadır. Bu gün Azərbaycanda Anan şəxs adı populyarlığını itirmiş adlardan olsa da, tatarlarda, başqırdlarda, həmçinin bir sıra türk xalqlarında populyar antroponimlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətianar (qeyri-qəti gəl. z. ş. anmaq feili) sözündəndir. Anar şəxs adı yada salar, unutmaz, xatırlayar, yad edər, həmçinin anlayar, başa düşər mənasındadır.
Bəzi mənbələrdə çox qədim adlardan olduğu göstərilir. Miladın VIII əsrinə aid olan Orxon-Yensey abidələrində də Anar şəxs adına təsadüf edildiyi barədə məlumatlar var. Fars dilindəki nar (ənar) sözü ilə əlaqələndirməyə təsadüf edilsə də, bu, elə də inandırıcı görünmür. XX əsrdə adın ilk daşıyıcısı görkəmli Azərbaycan yazıçısı Anar olmuşdur. Vaxtilə bu adı nədənsə anası Nigar (məşhur şairimiz Nigar Rəfibəyli), atası Rəsul (məşhur şairimiz Rəsul Rza) kimi mənalandıranlara qarşı Anar özü də dəfələrlə kütləvi informasiya vasitələrində rəsmi açıqlama vermişdir ki, adının belə bir mənası yoxdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaral sözünün müasir Azərbaycan dilində bir-birinə yaxın olan adalar, adalar arası, həmçinin ortada və ya aralıqda olan dəniz və ya göl mənalarını ifadə edir. Aral Orta Asiyada göl adıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dəniz, göl, çay, bir sözlə, su obyektlərinin adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Məsələn, Xəzər (bax: ad – XƏZƏR), Araz (bax: ad – ARAZ), Dərya (bax: ad – DƏRYA) və s. Aral şəxs adı da bu qəbildən olan şəxs adlarındandır. Adın məşhur Aral gölünün adından olması daha inandırıcıdır. Bu gün Aral şəxs adına əsasən yaşlı nəslin nümayəndələri arasında təsadüf edilməsi onu göstərir ki, Azərbaycanda Aral şəxs adı artıq köhnəlmiş adlar sırasındadır. Soyad kimi formalaşmamış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAral adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aralbəy (bax: ad – ARAL; BƏY) kişi adı bu gün Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olsa da, digər türk xalqlarında hələ də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaran sözü bir neçə mənada işlənir: 1. Azərbaycanın düzənlik hissəsi, düz yer. 2. Azərbaycanda yaylaq yerlərinə nisbətən alçaq və iqlimcə həddindən artıq isti olan yerlər; 3. Nisbətən isti va düzənlik olan yer; düzəngah; 4. Sakit, isti yer; 5. Təmkinli, soyuqqanlı; 6. İti uclu paya; 7. At tövləsi, tövlə. I əsrin ortalarında Alban hökmdarının (çarının) adı Arran olmuşdur.
Türkcə erən, ərən (şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli) sözü ilə əlaqəsi barədə məlumatlar da mövcuddur. VII əsrdə yaşamış məşhur Albaniya hökmdarının adı Arranşah Cavanşir olmuşdur. XVII əsrdə Xivə xanlığına dair sənədlərdə də Aran Qazi adına rast gəlinir. Mənbələrdə qədim türk tayfalarının adı ilə əlaqələndirilir. Lakin Azərbaycanda öz isti iqlimi ilə seçilən böyük bir düzənlik hissə – Aran bölgəsi də mövcuddur. Məlumdur ki, Azərbaycan antroponimik sistemində yer adları, toponimlərlə əlaqədar kifayət qədər rəsmi şəxs adları mövcuddur. Bir sıra mənbələrdə Aran/Arran şəxs adı həmin Aran bölgəsinin adı ilə əlaqələndirilir. Bu fikir, deyərdik ki, daha inandırıcı görünür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti