Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARAN azərb.

aran sözü bir neçə mənada işlənir: 1. Azərbaycanın düzənlik hissəsi, düz yer. 2. Azərbaycanda yaylaq yerlərinə nisbətən alçaq və iqlimcə həddindən artıq isti olan yerlər; 3. Nisbətən isti va düzənlik olan yer; düzəngah; 4. Sakit, isti yer; 5. Təmkinli, soyuqqanlı; 6. İti uclu paya; 7. At tövləsi, tövlə. I əsrin ortalarında Alban hökmdarının (çarının) adı Arran olmuşdur.

Türkcə erən, ərən (şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli) sözü ilə əlaqəsi barədə məlumatlar da mövcuddur. VII əsrdə yaşamış məşhur Albaniya hökmdarının adı Arranşah Cavanşir olmuşdur. XVII əsrdə Xivə xanlığına dair sənədlərdə də Aran Qazi adına rast gəlinir. Mənbələrdə qədim türk tayfalarının adı ilə əlaqələndirilir. Lakin Azərbaycanda öz isti iqlimi ilə seçilən böyük bir düzənlik hissə – Aran bölgəsi də mövcuddur. Məlumdur ki, Azərbaycan antroponimik sistemində yer adları, toponimlərlə əlaqədar kifayət qədər rəsmi şəxs adları mövcuddur. Bir sıra mənbələrdə Aran/Arran şəxs adı həmin Aran bölgəsinin adı ilə əlaqələndirilir. Bu fikir, deyərdik ki, daha inandırıcı görünür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti