Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ANAR azərb.

anar (qeyri-qəti gəl. z. ş. anmaq feili) sözündəndir. Anar şəxs adı yada salar, unutmaz, xatırlayar, yad edər, həmçinin anlayar, başa düşər mənasındadır.

Bəzi mənbələrdə çox qədim adlardan olduğu göstərilir. Miladın VIII əsrinə aid olan Orxon-Yensey abidələrində də Anar şəxs adına təsadüf edildiyi barədə məlumatlar var. Fars dilindəki nar (ənar) sözü ilə əlaqələndirməyə təsadüf edilsə də, bu, elə də inandırıcı görünmür. XX əsrdə adın ilk daşıyıcısı görkəmli Azərbaycan yazıçısı Anar olmuşdur. Vaxtilə bu adı nədənsə anası Nigar (məşhur şairimiz Nigar Rəfibəyli), atası Rəsul (məşhur şairimiz Rəsul Rza) kimi mənalandıranlara qarşı Anar özü də dəfələrlə kütləvi informasiya vasitələrində rəsmi açıqlama vermişdir ki, adının belə bir mənası yoxdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti