afəridən (yaratmaq, can vermək) feilinin kökü olan afər (yaradan, vücuda gətirən, can verən) sözündəndir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Afər şəxs adı XXI əsrdə artıq köhnəlmiş adlar sırasına keçməkdədir desək, yəqin ki, səhv etmərik. Afər adına ancaq yaşlı insanlar arasında təsadüf etmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafərin sözü tərif, təhsin ifadə edir.
Hər hansı bir xeyirxah niyyətlə, müsbət mənada edilmiş hərəkətin müqabilində afərin, sağ ol, əhsən, mərhəba deyilir. Valideynlər uşağın dünyaya gəlişindən o dərəcədə sevinirlər ki, üzlərini Yaradana (Tanrıya) tutaraq sağ ol, mərhəba, əhsən, afərin deyirlər. Dilimizdə Əhsən (bax: ad – ƏHSƏN), Uğur (bax: ad – UĞUR) və s. şəxs adları da bu qəbildəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Afərin adı artıq unudulmaqda olan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafiq sözündəndir, çox sadəlövh mənasındadır.
Azərbaycan dilində bu sözün iki mənası var: 1. Çox sadəlövh. 2. Yalançı, iftiraçı. Afiq adı sözün birinci , yəni çox sadəlövh, hamıya inanan, etibar edən mənası ilə əlaqədardır. Bu gün Azərbaycanda Afiq şəxs adına yalnız orta və yaşlı nəslin nümayəndələri arasında rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAfiyaddin adının mənası dinin gücü, dinin qüvvəsi deməkdir.
Azərbaycan antroponimikasında Afiyəddin kimi sonu əddin sonluğu ilə bitən kifayət qədər şəxs adı məlumdur. Lakin İslam dinində bu qəbildən olan kişi adları məkruh (arzuolunmaz) hesab edilir (bax: – ƏD-DİN).
Azərbaycan şəxs adlarının izahlı lüğətiafiyat sözü bir neçə mənada işlənir: 1. Cansağlığı, sağlamlıq, səhhət. 2. Cansağlığı, sağlamlıq arzusu ilə deyilən ifadə (məsələn, su içənlərə və s.).
Afiyət şəxs adı sözün birinci mənası ilə əlaqədardır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Afiyət şəxs adı övladın sağlam böyüməsi, çox yaşamasını arzu etmək məqsədilə qoyulan adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafitab günəş, gün mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Afitab öz milli sözlərimiz əsasında yaranmış Günəş (bax: ad – GÜNƏŞ), Günnur (bax: ad – GÜNNUR), Günər (bax: ad – GÜNƏR), Günel (bax: ad – GÜNEL) və s. bu kimi Günəşlə əlaqədar şəxs adları ilə səsləşən adlardandır. Adın təhrif olunmuş forması Aftab da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafçin sözündən olub, müharibələrdə istifadə edilən geyim, mizraq, süngü mənasındadır.
Bəzi mənbələrdə söğdi hakimlərinin titulu kimi də izah edilir. Afşin adına Xürrəmilər hərəkatı ilə baglı tarixi mənbələrdə, araşdırmalarda təsadüf edilir. Adətən, tədqiqatlarda Babəkin edam edilməsində əsas qüvvə olan istedadlı sərkərdə Afşin Heydər oğlu Kavusun adı ilə əlaqələndirilir. Mənbələrdə qeyd edilir ki, Xəlifə Mötəsim Babəkin dəstəsini məhv etmək üçün vəsaitini əsirgəmirdi, bu məqsədlə Afşinin qüvvəsindən də istifadə edirdi, onu hərtərəfli təmin edirdi. Afşin öz casuslarından başqa Babəkin yaxınlarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara çoxlu pul verirdi. Afşin ilk əvvəl Xürrəmilər ordusunun başçısı Tarxanı öldürtdürür. Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə belə düşünürdü ki, o, müsəlmanlara səmimi münasibət bəslə- yir. Gizlində isə Afşin həm də Babəklə əlbir idi, bu səbəbdən də müharibəni uzadırdı. Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra xəlifə Afşinin satqınlığını və müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrənmişdi. Tarixi mənbələrdə Babəkin Xilafətə əsir düşməsi də Afşinin adı ilə bağlıdır. Belə ki, 837-ci il avqustun 26-da Afşinin tərəfdarları ilə ərəb qoşunu tərəfindən Bəzz alınır, qalalar dağıdılır. Babək də, ailə üzvləri də ələ keçirilir. Nəhayət, 838-ci ildə Babək edam edilir. Bir çox mən- bələrdə C.Cabbarlının bədii təxəyyülünün məhsulu olan “Od gəlini” əsərinin əsas surətlərindən olan Aqşinin (bax: ad – AQ- ŞİN) adı ilə əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiağa bəy, zadəgan, sahib, həmçinin ilkin, ulu, hakim, böyük qardaş və s. mənalı arxaik tituldur.
Apelyativi arxaikləşən şəxs adlarındandır. XX əsrin əvvəllərinə qədər hakim təbəqənin nümayəndələrinə, iş yerlərində başçılara, eləcə də seyidlərə ağa deyə müraciət edilmişdir. Prof. A.Axundov ağa sözünün qalxmaq, böyümək mənalı “ağ” feilinin üzərinə türk dillərinin ən qədim şəkilçilərindən olana şəkilçisinin artırılması ilə düzəlmiş feili isim (məsdər) olduğunu əsaslandırmışdır. Ağa sözü böyük qardaş, ata (Naxçıvan bölgəsində) mənasında bu gün də işlənməkdədir. Hörmətli, sayğılı, böyük anlamlarında bu gün də işlənməkdədir. Ailə, tayfa başçısı, ağsaqqallara, nüfuz sahibi, sözü keçən adamlara, eləcə də din xadimlərinə müraciət forması kimi də işlənmişdir. Azərbaycan antroponimikasında türk mənşəli titullardan yaranmış şəxs adları sırasındadır. Bəzi türk xalqlarında “aka”, “əkə” formasında da işlənir. XIX əsrin 80-ci illərindən XX əsrin 70-ci illərinə qədər Azərbaycanın hər yerində, xüsusən şəhərlərdə yeni doğulan uşaqlara Ağa adı çox verilirdi. Lakin sonrakı dövrdə müşahidəediləcək dərəcədə azalmağa başladı. Bu gün Azərbaycan məişətində tərkibində Ağa adının iştirak etdiyi mürəkkəb kişi adlarına daha çox rast gəlinir. Qeyd etmək lazımdır ki, bu ad bəzi adların əvvəlinə, bəzi adların isə sonuna qoşularaq mürəkkəb adlar yarada bilir. Məsələn, Ağarəfi, Ağarza, Əliağa, Məmmədağa, Ağabəyim, Ağabacı və s. Bir məsələni də qeyd etmək lazımdır ki, Ağa adı heç də sırf sosial xarakter daşımamışdır, lakin Səməd adına nisbətən Ağasəməd, yaxud Səmədağa adında bir ehtiram, hörmət hissi özünü büruzə verir. Bu, bəlkə də adın ilkin mənasının ulu sözü ilə əlaqələndirilməsindən irəli gəlir. “Kitabi–Dədə Qorqud” dastanlarında böyük qardaş çox vaxt ağa deyə çağırılmışdır. Məsələn, Əgrəkdən söz düşəndə Səgrək onu hörmət əlaməti olaraq “Ağam” adlandırır, müvafiq olaraq valideynləri də “qardaşın Əgrək” deyə yox, “sənin ağan” deyirlər. Qacarların hakimiyyəti dövründə İranda sərkərdələrin, yüksək vəzifəli məmurların adlarının sonuna “ağa” sözü artırılırdı. Hazırda Azərbaycanın bəzi bölgələrində yaşca böyükləri “Ağa” deyə çağırırlar. Müasir Azərbaycan antroponimik vahidlər sistemində müstəqil ad kimi, həmçinin türk mənşəli saf antroponimlərin (Ağa, Ağababa, Ağabəy, Ağaqardaş, Ağadadaş, Ağalar, Ağası, Ağaxan, Xanağa, Balağa və s.), həm də hibrid antroponimlərin (Ağabəşir, Ağaqurban, Ağazadə, Ağazal, Ağali, Ağazəki, Ağagül, Ağamusa, Ağarza, Əzizağa, Əlağa və s.) tərkibində işlənməkdədir. Ağa adı qadın adlarına da qoşularaq yeni ad yarada bilir. Məsələn, Ağanənə, Ağabibi, Ağabacı və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb.
Asif adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Ağasif (bax: ad – AĞA; ASİF) kişi adı ağa Asif mənasındadır. Adın təhrif olunmuş forması Ağasif də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad Ağasif formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti