xeyir sözündəndir. Müasir Azərbaycan dilində fayda, mənfəət, yaxşılıq, yaxşı iş mənasındadır.
XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Xeyir kişi adı bu gün unudulmaqda olan kişi adlarındandır. Azərbaycan antroponimikasında tərkibində Xeyir kişi adının işləndiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətixeyraddin sözündəndir. Xeyirəddin ((bax: ad – XEYİR; ƏD-DİN) kişi adı Azərbaycan dilində dinin faydası, xeyri, həmçinin dinə fayda verən mənasındadır.
Adın təhrif olunmuş forması Xeyrəddin sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Xeyrəddin şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Xeyir və Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Xeyrulla (bax: ad – XEYİR; ÜLLAH) kişi adı Tanrının rəhmi, Allahın xeyri, Allahın rəhm elədiyi, Tanrının yaxşılığı mənalarını ifadə edir.
Adın təhrif olunmuş formaları Xeyirulla, Xeyrulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Xeyrulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş ya- yılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixalaf sözündən olub, dilimizdə, əsasən, iki mənada işlənir: 1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam; 2. Övlad, varis. Xələf kişi adı sözün ikinci mənası ilə əlaqədar olub nəslin davamçısı anlamını ifadə edir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Xələf bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Hazırda Xələfov soyadının kifayət qədər geniş yayılması məişətimizdə yaxın keçmişə qədər Xələf kişi adının da geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətixalifa sözündəndir.
Xəlifə sözünün dilimizdə bir neçə mənası vardır: 1. Canişin, vəkil, birini əvəz edən, varis. İslamiy- yətdə Məhəmməd Peyğəmbərdən sonra Xilafətin başında duran; 2. Xəlifə (köhnə məişətdə) toy və yas məclislərini idarə edən şəx- sə verilən addır; 3. Keçmişdə molla məktəblərində molla köməkçisinə xəlifə deilirdi. Xəlifə kişi adı toy və yas mərasimini idarə edən (adam) anlamını ifadə edir. Adın təhrif olunmuş forması Xəlfə də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiXalifa və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Xəlifəli adı bu gün Xəlfəli formasındadır. Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Xəlfəli (bax: ad – XƏ- LİFƏ; ƏLİ) kişi adı Xəlifə Əli anlamlndadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixalil sözündən olub, dilimizdə yaxın yoldaş, istəkli, sevimli dost, sevgili anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Xəlil məişətimizdə geniş yayılmışdır. Xəlil kişi adı İslam dinində Allaha dost olan (Məhəmməd Peyğəmbər nəzərdə tutulur) anlamındadır. İslam dini ilə əlaqədar əfsanələrdə deyilir ki, zalım bütpərəst padşah Nəmrud İbrahim Xəlil Peyğəmbəri bütləri qırdığı üçün oda atıb yandırmağı əmr etmiş, od Xəlili yandırmamışdır. Bu səbəbdən Tanrı ora Cəbrayılı göndərmiş, o da od tonqalını gülşənə çevirmişdir. Adın daşıyıcılarından Azərbaycan tarixində özünəməxsus iz qoumuş Xəlil xanın İrəvan xanlıq dövrü 1752-1755-ci illərə təsadüf edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiXalil və mürəkkəb adların tərkibində işlənən Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xəlilulla (bax: ad – XƏLİL; ÜLLAH) kişi adı Allahın sevimlisi, Tanrının dostu, Allahın istəklisi anlamlarını ifadə edir. Adın təhrif olunmuş formaları Xəlilulla, Xəliyulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad, əsasən, Xəlilulla, Xəliyulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti