Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XEYİRULLAH ərəb.

mürəkkəb adların tərkibində işlənən Xeyir Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Xeyrulla (bax: ad – XEYİR; ÜLLAH) kişi adı Tanrının rəhmi, Allahın xeyri, Allahın rəhm elədiyi, Tanrının yaxşılığı mənalarını ifadə edir.

Adın təhrif olunmuş formaları Xeyirulla, Xeyrulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Xeyrulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş ya- yılmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti