azərb. ulduz sözü bir neçə məna ifadə edir: 1. Gecələr göydə parıldayaraq nöqtələr kimi görünən göy cismi; 2. Bərabər ucu şiş çıxıntıları olan həndəsi cisim; 3. Döş nişanı (ulduz şəklində).
Məcazi mənada hər hansı bir sahədə məşhur və tanınmış şəxs barəsində ulduz deyilir. Klassik ədəbiyyatda parlayan mənasında rast gəlinir. Ulduz qadın adı sözün birinci mənası ilə əlaqədardır, yəni göy cisminin adındandır. Adın sonuna -a şəkilçisi əlavə edilməklə Ulduzə variantı da yaranmışdır. Ulduzə adının təhrif olunmuş İlduzə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. umama sözündəndir. Dilimizdə əslində üç yüz dafa mənasındadır. Lakin adı qoyanlar onun mənasına görə deyil, Məhəmməd Peyğəmbərin qızı Zeynəbin ləqəbindən olduğu üçün vermişlər. Bu gün məişətimizdə adın daşıyıcıları yalnız yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. umm dilimizdə ana deməkdir. Um sözünün məcazi mənası birinci, birinci olandır.
Müsəlmanlar da çox zaman müqəddəs “Quran”ı “umm əl-kitab”, yəni ilk, birinci kitab, Adəmi umm əl-bəşər, yəni dilimizə tərcümədə ilk insan, birinci insan insanların birincisi adlandırılar. Azərbaycan antroponimikasında Um müstəqil qadın adı kimi mövcud olmasa da, bir çox mürəkkəb qadın adlarının tərkibində çıxış edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. ümara sözündən yaranmışdır. Azərbaycan antroponimikasında başqa dillərdən alınma sözlərin təhrif olunmasından yaranmış bu qəbildən olan kifayət qədər şəxs adı mövcuddur.
Məsələn, Sakinə sözündən Sükeynə, Səkinə (bax: ad – SƏKİNƏ) variantları yaranmışdır. Hakimlər, əmirlər mənasında olan Umeyra qadın adı da bu sıradan olan şəxs adlarındandır. Türkiyə türklərində eyni mənanı ifadə edən Ümera qadın adı mövcuddur. Adın təhrif olunmuş Umayra, Umeyrə, Ümeyrə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Umm və Gülsüm adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində ərəblərdə künyədir, çünki Ummgülsüm (bax: ad – UMM; GÜLSÜM) qadın adı Gülsümün anası anlamına gəlir. Şərqdə geniş yayılmış qadın adıdır. İslam tarixindən məlum olduğu kimi, Umgülsüm Məhəmməd Peyğəmbərin qızının, nəvəsinin, həm də nəticəsinin adı olmuşdur. Adın təhrif olunmuş forması Umkürsüm də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. Ummi-Hani qadın adındandır. Dilimizin antroponimik vahidlər sistemində mövcud İslam dini ilə əlaqədar qadın adlarındandır.
Əslində ad Ummi-Hani olub, dilimizdə təhrif olunaraq Umxanım şəklinə düşmüşdür. Ümm ərəb dilində ana mənasındadır. Ümmi isə anadangəlmə avam, heç bir elmə yiyələnməmiş, bixəbər, savadsız anlamına gəlir. Xəlifə Əlinin bacısı, Məhəmməd Peyğəmbərin arvadı olmuş Ummi-Hani Faxtə Əbu Talib qızının adındandır. Dini rəvayətlərdə deyildiyinə görə, Məhəmməd Peyğəmbər Ümmi-Haninin evindən meraca getmişdir. Məhəmməd Peyğəmbərin düşmənləri ona hətta Ümmi deyib təhqir də edirdilər. Peyğəmbərin yaxınları isə ümmi sözünü ümmət – xalq, kütlə sözü ilə əlaqədar olduğunu iddia edərək xalq arasından çıxmış, xalqçı kimi izah etməyə çalışırdılar. Bu gün dilimizdə ad yalnız Umxanım şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. ummi sözündəndir. Əslində Ummi-Hani (bax: ad – UMXANIM) qadın adının qısaldılmış şəklidir.
Sonradan Ummi də müstəqil qadın adı kimi rəsmiləşmişdir. Şəxs adları lüğətlərində Azərbaycan antroponimikasında Um... ilə başlayan qadın adlarının əzizləmə və oxşama məzmunlu kiçiltmə forması kimi izahına da rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti