Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

UMEYRA

ərəb. ümara sözündən yaranmışdır. Azərbaycan antroponimikasında başqa dillərdən alınma sözlərin təhrif olunmasından yaranmış bu qəbildən olan kifayət qədər şəxs adı mövcuddur.

Məsələn, Sakinə sözündən Sükeynə, Səkinə (bax: ad – SƏKİNƏ) variantları yaranmışdır. Hakimlər, əmirlər mənasında olan Umeyra qadın adı da bu sıradan olan şəxs adlarındandır. Türkiyə türklərində eyni mənanı ifadə edən Ümera qadın adı mövcuddur. Adın təhrif olunmuş Umayra, Umeyrə, Ümeyrə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti