mürəkkəb adların tərkibində işlənən Cafar və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cəfərəli (bax: ad – CƏFƏR; ƏLİ) kişi adı ali, üstün olan Cəfər anlamını ifadə edir. Bu da, yəqin ki, Cəfər adının ifadə etdiyi məna ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Cafar və Qulu adlarının birləşməsindən yaranmış addır. Cəfərqulu (bax: ad – CƏFƏR; QULU) kişi adı Cəfərə qulluq edən anlamındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Cəfərqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəticalal əzəmət, böyüklük, ululuq, şan-şöhrət, ehtişam, dəbdəbə, təmtəraq, büsat deməkdir. Cəlal kişi adı şan-şöhrət, dəbdəbə anlamını ifadə edir. Bir çox araşdırmalarda əslində orta əsrlərdə məşhur cəlalüd-dövlə titulunun qlsaldılmış şəkli olması barədə məlumatlara rast gəlinir.
Adın düzgün forması Cəlal sonradan dilimizin ahəng qanununa uyğun dəyişərək Calal formasına düşmüşdür. Bu gün məişətimizdə həm Calal, həm də Cəlal rəsmi şəxs adları mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCalaladdin (bax: ad – CƏLAL; ƏD-DİN) şəxs adı dilimizdə dinin şan-şöhrəti, əzəməti, aliliyi, dəbdəbəsi mənasındadır. Cəlaləddin adının daşıyıcıları arasında ən məşhur olan şəxs XIII əsrdə yaşamış, İslam və təsəvvüf dünyasında tanınmış farsdilli şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud fəlsəfəsinin (panteizm) tanınmış nümayəndələrindən olan Cəlaləddin Rumi (120-1273) olmuşdur. Adın təhrif olunmuş formaları Cəlalətdin, Calaləddin, Calalətdin də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticalil uca, yüksək, böyük, ali, hörmətli (Yaradana məxsus) mənasındadır. Allahın məlum 99 adından olan əl-Cəlil ən uca (ali, yüksək, hörmətli) sifətləri olan (Allah) mənasındadır.
Adın məşhur daşıyıcılarından XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən olan, dahi yazıçı və publisist, mütəfəkkir və ictimai xadim, el arasında ehtiramla Mirzə Cəlil kimi müraciət edilmiş Cəlil Məmmədquluzadə (1869-1932) həm də məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru, tənqidi realist üslubun, eləcə də “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCamaladdin (bax: ad – CAMAL; ƏD-DİN) şəxs adı dilimizdə dinin gözəli, dinin gözəl üzü, dinin gözəlliyi, dinin göyçəkliyi anlamını ifadə edir. Adın təhrif olunmuş formaları Cəmalətdin, Camaləddin, Camalətdin də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti