camal (əslində camal) sözü müasir Azərbaycan dilində gözəl üz, xoş sima, üz göyçəkliyi, gözəl sifət mənasındadır. Lakin ərəb dilində cəmal həm də dəvə mənasındadır. Camal kişi adı gözəllik, cazibədarlıq, gözəgəlimlilik anlamındadır.
Bu gün dilimizdə camal sözü əsasən üz, sifat mənasında işlənir. Gözəllik ilahəsi Zöhrəyə (Ve- nera) də ərəblər “ilahət əl-cəməl” (gözəllik ilahəsi), estetikaya “ilm əl-cəməl” (gözəllik elmi) deyirlər. Bu gün Azərbaycan dilində tez-tez təsadüf edilən gül camallı, camalı göyçak kimi ifadələr gözəllik, gözəl sifət, üz göyçəkliyi mənasında işlədilir. Cəmal şəxs adı dilimizin ahəng qanununa uyğunlaşdırılmış, Camal şəklinə düşmüşdür (vurğulu a səsi vurğusuz ə-ni a-ya çevirmişdir). Lüğətlərdə Cəmaləddin adının qısaldılmış forması olması kimi izahına da rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti