Həyat adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Abhəyat sözü dilimizdə dirilik suyu, həyat suyu, həmçinin göz yası mənasındadır. Əfsanəyə görə, guya zülmətdə bir çeşmənin suyu olmuşdur, onu içənlər ölməzlərmiş. Həmin çeşmənin suyu Abhəyat adlanırmış. Abhəyat (bax: ad – AB; HƏ- YAT) şəxs adı sözün birinci mənası ilə əlaqələndirilir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk dillərində abı gizlətmək, heç kimə bildirmədən gizli saxlamaq anlamını ifadə edir. Adətən izahlı lüğətlərdə özündən böyük, ata, əcdad kimi mənaları da göstərilir. Bəzən də fars dilindəki abi sözü ilə (açıq göy, mavi rəng) əlaqələndirilir. Bugünümüzdə Ab... hecası ilə başlanan adların qısaldılmış forması kimi izahı daha inandırıcı görünür. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abı bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAb..., Abı... hecası ilə başlanan kişi adlarının oxşama və əzizləmə formasıdır, sonradan Abış müstəqil kişi adı kimi rəsmiləşmiş, bir qədər sonralar addan soyadda formalaşmışdır.
Bəzi lüğətlərdə türk dillərindəki abış/əbiş sözündən olub, anası kimi olan, anasını xatırladan; geniş savadlı (adam) mənasında olduğu, bəzilərində isə Abış adının bədən üzvəri ilə əlaqədar şəxs adı (ayağın diz qapağının yuxarısı) olması barədə fikirlərə də rast gəlinir. Fikrimizcə, Abış kişi adı qısaltma adlardan yaranmış addır. Çünki Azərbaycan şəxs adları sistemində belə adların sayı kifayət qədərdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abış bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiabid sözündən olub, dilimizdə ibadətlə məşğul olan birisi, vaxtını ibadətə sərf edən anlamına gəlir.
Klassik ədəbiyyatda çoxişlənən söz və ifadələr sərasındadır. Azərbaycanda bu adın daşıyıcıları kifayət qədərdir. Addan soyad da formalaşmışdır. XX əsrdə geniş yayılmış şəxs adlarından olsa da, əsrin 70- ci illərindən dəbdən düşmüşdür. Bu gün Azərbaycanda orta və yaşlı nəslin nümayəndələri arasında kifayət qədər bu adın daşıyıcılarına rast gəlmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəbu-Talib sözündəndir. Abutalib (bax: ad – ABU; TALİB) əslində Talıbın atası mənasındadır.
Azərbaycan dilində addakı u səsinin düşməsi ilə Abtalib, sonradan dilimizin fonetik qanunlarına əsasən Abutalıb, Abtalıb kimi dəyişmişdir. Bu gün həm Abtalıb, həm də Abutalıb müstəqil kişi adı kimi rəsmiləşmişdir. Abutalib Məhəmməd Peyğəmbərin atasının ölümündən sonra onu oğulluğa götürmüş əmisi (bəzi mənbələrdə əmisi oğlu) olmuşdur. Məhəmməd Peyğəmbərin kürəkəni, Xilafətin IV xəlifəsi Həzrət Əlinin atasının da adı Abutalıb olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəbu-Turab sözündəndir.
Abuturab (bax: ad – ABU; TU- RAB) əslində Turabın atası mənasındadır.Lakin Abuturab kişi adı sözün mənası ilə əlaqədar olmarıb, İslam dini ilə əlaqədar şəxsiyyətlərdən olan Həzrət Əlinin ləqəbindən yaranmışdır.Adın təhrif olunmuş forması Abturab da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Abuturab adı bu gün yalnız Abturab formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəbuzərr sözü dilimizdə kimə isə sahib, yiyə, dayaq duran mənasındadır.
Bəzi lüğətlərdə fars dilindəki abe (bax: AB) və zər (bax: ZƏR) sözlərinin birləşməsindən əmələ gəlmiş olduğu barədə mülahizələrə də rast gəlinir, qızıl suyu mənasında olduğu göstərilir. Abuzər şəxs adı sahib, dayaq duran mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti