Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HƏYAT ərəb.

hayat (əslində xayyat) sözündən olub, müasir Azərbaycan dilində dərzi mənasını ifadə edir.

XX əsrin əvvəllərindən məlum olmayan səbəblərdən rəsmi sənədlərdə Xəyyat adı Həyat kimi qeyd edilmişdir, müvafiq olaraq Xəyyadadə, Xəyyatlı, Xəyyatov soyadları da Həyadadə, Həyatlı, Həyatov kimi dəyişilmişdir. Aşıq Xəyyat Mirzə məhz dərzi olduğuna görə özünə Xəyyat təxəllüsü götürmüşdü. Azərbaycan antroponimikasında Həyat müştərək şəxs adları sırasındadır. 1937-ci ildə görkəmli yazıçı Mirzə İbrahimovun “Həyat” əsərinin səhnəyə qoyulmasından sonra əsərin qadın qəhrəmanının – Həyatın (bax: qadın adı – HƏYAT) adının qızlara verilməsi məişətimizdə Həyat kişi adının nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Həyat bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti