Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

TUBA

ərəb. tuba sözündəndir. Tuba İslam dini ilə əlaqədar rəvayətlərdə Cənnətdə bitən hündür, çox gözəl ağacın adındandır.

Ərəb dilinin fonetik qanunlarına əsasən sözün sonunda gələn i hərfi a kimi oxunmalıdır. Bu qayda dildə bəzən pozulmuşdur, bu səbəbdən də adın Tuba və Tubi olmaqla iki variantı əmələ gəlmişdir. Azərbaycan dilində Tubi dilimizin ahəng qanununa uyğun dəyişərək Tubu formasına düşmüşdür. Məişətimizdə artıq keçən əsrdən ad yalnız Tubu formasındadır (Tuba adının işləndiyi mürəkkəb adlardan savayı).

Azərbaycan şəxs adlarının izahlı lüğəti