Amur Roma əsatirində eşq allahının adıdır. Poeziyada məhəbbət rəmzi kimi istifadə edilir.
Amur adının daşıyıcılarına Azərbaycanda çox təsadüfi halda olsa da, rast gəlinir. Adın etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Rusiyanın Amur vilayətində Amur çay adıdır. Amur Azərbaycan antroponimikasına XX əsrin otuzuncu illərindən daxil olmuş şəxs adlarındandır. O dövrdə Azərbaycanda çoxlarının italyan dili, həmçinin ədəbiyyatı ilə tanışlığı olmadığı nəzərə alınarsa, şəxs adının Amur vilayətindəki çayın adından olması fikri daha inandırıcıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətianmaq feilinin kökünə -an feili sifət şəkilçisinin (indiki zamanın əlamətini daşıyan) əlavə edilməsi ilə düzəldilmişdir.
Anan şəxs adı unutmayan, hər anı yada salan mənasındadır. Bu gün Azərbaycanda Anan şəxs adı populyarlığını itirmiş adlardan olsa da, tatarlarda, başqırdlarda, həmçinin bir sıra türk xalqlarında populyar antroponimlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətianar (qeyri-qəti gəl. z. ş. anmaq feili) sözündəndir. Anar şəxs adı yada salar, unutmaz, xatırlayar, yad edər, həmçinin anlayar, başa düşər mənasındadır.
Bəzi mənbələrdə çox qədim adlardan olduğu göstərilir. Miladın VIII əsrinə aid olan Orxon-Yensey abidələrində də Anar şəxs adına təsadüf edildiyi barədə məlumatlar var. Fars dilindəki nar (ənar) sözü ilə əlaqələndirməyə təsadüf edilsə də, bu, elə də inandırıcı görünmür. XX əsrdə adın ilk daşıyıcısı görkəmli Azərbaycan yazıçısı Anar olmuşdur. Vaxtilə bu adı nədənsə anası Nigar (məşhur şairimiz Nigar Rəfibəyli), atası Rəsul (məşhur şairimiz Rəsul Rza) kimi mənalandıranlara qarşı Anar özü də dəfələrlə kütləvi informasiya vasitələrində rəsmi açıqlama vermişdir ki, adının belə bir mənası yoxdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaral sözünün müasir Azərbaycan dilində bir-birinə yaxın olan adalar, adalar arası, həmçinin ortada və ya aralıqda olan dəniz və ya göl mənalarını ifadə edir. Aral Orta Asiyada göl adıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dəniz, göl, çay, bir sözlə, su obyektlərinin adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Məsələn, Xəzər (bax: ad – XƏZƏR), Araz (bax: ad – ARAZ), Dərya (bax: ad – DƏRYA) və s. Aral şəxs adı da bu qəbildən olan şəxs adlarındandır. Adın məşhur Aral gölünün adından olması daha inandırıcıdır. Bu gün Aral şəxs adına əsasən yaşlı nəslin nümayəndələri arasında təsadüf edilməsi onu göstərir ki, Azərbaycanda Aral şəxs adı artıq köhnəlmiş adlar sırasındadır. Soyad kimi formalaşmamış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAral adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Aralbəy (bax: ad – ARAL; BƏY) kişi adı bu gün Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olsa da, digər türk xalqlarında hələ də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaran sözü bir neçə mənada işlənir: 1. Azərbaycanın düzənlik hissəsi, düz yer. 2. Azərbaycanda yaylaq yerlərinə nisbətən alçaq və iqlimcə həddindən artıq isti olan yerlər; 3. Nisbətən isti va düzənlik olan yer; düzəngah; 4. Sakit, isti yer; 5. Təmkinli, soyuqqanlı; 6. İti uclu paya; 7. At tövləsi, tövlə. I əsrin ortalarında Alban hökmdarının (çarının) adı Arran olmuşdur.
Türkcə erən, ərən (şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli) sözü ilə əlaqəsi barədə məlumatlar da mövcuddur. VII əsrdə yaşamış məşhur Albaniya hökmdarının adı Arranşah Cavanşir olmuşdur. XVII əsrdə Xivə xanlığına dair sənədlərdə də Aran Qazi adına rast gəlinir. Mənbələrdə qədim türk tayfalarının adı ilə əlaqələndirilir. Lakin Azərbaycanda öz isti iqlimi ilə seçilən böyük bir düzənlik hissə – Aran bölgəsi də mövcuddur. Məlumdur ki, Azərbaycan antroponimik sistemində yer adları, toponimlərlə əlaqədar kifayət qədər rəsmi şəxs adları mövcuddur. Bir sıra mənbələrdə Aran/Arran şəxs adı həmin Aran bölgəsinin adı ilə əlaqələndirilir. Bu fikir, deyərdik ki, daha inandırıcı görünür.
Azərbaycan şəxs adlarının izahlı lüğətimiladdan əvvəllərə gedib çıxan araz sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Səadət, xoşbəxtlik, həzz, kef, ləzzət (fars dilində); 2. Məmnunluq, sakitlik, dinclik, arxayınlıq (fars dilində);3.Görüntü, görünüş. 4. Ara, ayıran. Türk şəxs adları lüğətlərində düşmən, küsən tərəflər mənalarını ifadə etməsi qeyd edilmişdir.
Etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır. Bəzi mənbələrdə Araz sözünün şumer dilində dağıdan çay, yunan dilində səs-küylü, türk dilində at qılı, at tükü, yun ipliyi, tükü kimi izahlarına da rast gəlinir. M.ə. VIII əsrdə müəyyən mənbələrdə Araz çayının adının çəkildiyi məlumdur. Qədim xett kitabələrində (m.ə. III minillik) bu çayın adı Haras–Laçın çayı kimi qeyd edilmişdir. Eyni zamanda bu ada müxtəlif məxəzlərdə Ərəs, Aras, Arraq, Eraz, Erazə, Yeras və s. kimi də rast gəlinir. Mənbələrdə mənşəyi və mənası barədə dəqiq məlumatlar yoxdur. Aydın məsələdir ki, Araz antroponimi hidronim əsasında yaranmışdır. Erkən dövrlərdə çayın sahillərində yaşamış insanların dilində “çay” mənasını ifadə etdiyi barədə məlumatlara rast gəlinsə də, bu, hələlik fərziyyə olaraq qalır. Mənbələrdə türk mənş. Araz sözündən olduğu barədə məlumatlar vardır. N.Nəbiyevin fikrinə görə, yunan mənşəlidir və möhtəşəm, böyük mənasındadır. Dilçi alim N.Əsgərov Araz hidroniminin tarixi mənbələrdə müxtəlif fonetik variantlarda Aras/ Araks/Arras/Rass və s. işlənməsini göstərməklə bərabər, ayrı-ayrı tədqiqatçıların, o cümlədən A.Axundovun Araz antroponim mənşəlidir, A.Nikonovun Araz su mənasını ifadə edir fikirlərini verir və Araz hidroniminin etnonim (as/az) əsasında yarandığı qənaətinə gəlir. B.Abdullayev isə Araz hidroniminin antroponim kimi işlənməsini Araz çayının coşqunluğu ilə bağlayır. Göründüyü kimi, Araz hidroniminin antroponim kimi işlənmə səbəbi müxtəlif prizmalardan izah olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında çay, dəniz, göl, bir sözlə, su hövzələrinin adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Yəqin ki, Araz kişi adı da bu qəbildən olan şəxs adlarındandır. Yazıçı Abdulla Şaiq yeganə irihəcmli əsəri olan “Araz” povestinin qəhrəmanına da bu adı vermişdir. Əsərdə inqilabçı Araz çox çətin həyat yolu keçmiş gənc fəhlədir. Yazıçının çox böyük şövqlə təqdim etdiyi qəhrəmanı Araz o dövrdə xalq tərəfindən çox sevilmişdi, adın yayılmasında əsərin də özünəməxsus rolu olmuşdur. Qeyd etmək lazımdır ki, Araz bu gün də məişətimizdə geniş yayılmış şəxs adlarındandır. Addan soyad da formalaşmışdır. Araz adını XX əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli şairi Məmməd İbrahimov (Məmməd Araz, 1933-2004) özünə təxəllüs kimi götürmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Araz adı və arxaikləşmış xan titulunun birləşməsindən yaranmış addır.
Arazxan (bax: ad – ARAZ; XAN) kişi adı Araz xan, xan Araz anlamındadır. Şifahi xalq ədəbiyyatı nümunələrində Araz çayına çox vaxt Xan Araz deyə müraciət edilmişdir. Bu da onun coşqunluğu ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiarif sözü “arafa” (bilmək) feilindəndir. Bu kökdən əmələ gələn arif sözü dilimizdə də bilən, tez anlayan, tez qanan, tez başa düşən, xəbərdar, həmçinin həssas, lətif mənalarını ifadə edir. Arifa bir içara kifayat edar el məsəlində də arif sözü bu mənalardan birini ifadə edir.
Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış kişi adları sırasında olan Arif adı, əsasən, XX əsrin iyirminci illərinin sonundan etibarən oğlan uşaqlarına verilməyə başlamışdır. Ona qədər ədəbiyyat tariximizdə Arif Ərdəbili, Arif Təbrizi, Arif Şirvani və b. şairlərin adında rast gəldiyimiz Arif sözü sadəcə olaraq təxəllüs olmuşdur. H.Cavidin “İblis” dramında məkrli İblislə qarşılaşan ağıllı, namuslu, sadəlövhlüyündən başına bir çox işlər gələn əsas sürətin adı da Arifdir. Məhz bu əsərdən sonra məişətimizdə Arif kişi adı daha geniş yayılmağa başlamışdı. Adın daşıyıcılarından Arif Qubadov I Qarabağ müharibəsində Tərtər və Ağdərə uğrunda gedən ağır döyüşlərdə döyüşkənliyi və rəşadəti ilə fərqləndiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətiariz sözünün Azərbaycan dilində bir neçə mənası var: