Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİPƏNAH ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli Panah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əlipənah (bax: ad – ƏLİ; PƏNAH) kişi adı Əliyə sığınan, Əliyə pənah gətirən anlamındadır. Adın məşhur daşıyıcılarından Əlipənah Şıxbaba oğlu vaxtilə daşoyma sənətinin el ustası, el sənətkarı kimi ad qoymuşdur. Bakı ətrafında bir neçə məscidin memarlığında daşoyma işlərində iştirak etmişdir. Bunlardan günümüzə gəlib çatmış, üstündəki ərəbcə kitabəsində “Usta Əlipənah” adı olan Buzovna məscidini, Nardarandakı Cümə məscidinin memarlığı və daşoyma işlərini göstərmək olar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİŞİR ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli adı və azərb. çir sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adlarındandır. Əlişir (bax: ad – ƏLİ; ŞİR) kişi adı şir Əli, aslan Əlidir. Məlum olduğu kimi, Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni olmuş Həzrət Əlinin ləqəbi Heydər (aslan, şir) olmuşdur. Əlişir adı da Əlinin ləqəbi ilə əlaqədar adlardandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİYULLAH ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli adı və Üllah sözünün birləşməsindən yaranmış şəxs adıdır.

Əslində Əliyullah (bax: ad – ƏLİ; ÜLLAH) olan kişi adı Əlinin Allaha yaxın olması ilə əlaqədardır. Adın təhrif olunmuş forması Əliyulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Əliyullah adı məişə- timizdə həm Əliyulla, həm də Əlyulla şəklində mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti