əslində Oiebdir, ayyub ərəbcələşdirilmiş biçimidir. Əyyub “Tövrat”da və “Quran”da adı çəkilən peyğəmərlədən biridir.
“Bibliya”da Oieb əfsanəvi peyğəmbər kimi təqdim edilir. Dilimizdə düşmən, rəqib mənalarını ifadə edir. Rəvayətə görə, Əyyub Peyğəmbər çox səbirli olmuşdur. Bu səbəbdən də sonrakı mərhələdə Əyyub səbir rəmzi kimi formalaşmışdır. Azərbaycanda XX əsrdə geniş yayılmış kişi adları sırasındadır. Lüğətlərdə nədənsə bəzən Eyyub (bax: ad – EYYUB) şəxs adı ilə eyniləşdirilir. Tam fərqli şəxs adlarıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəzəmət sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Böyüklük, ululuq; 2. Dəbdəbə, cəlal, təmtəraq, ehtişam; 3. Vüqar, təmkin.
Azərbaycan antroponimikasında müştərək şəxs adlar sırasında olan Əzəmət adı sözün üçüncü mənası ilə əlaqədar olub, vüqar(lı), təmkin(li) mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaziz (əslində aziz) sözündəndir. Əziz kişi adı sevimli, istəkli, ürəyə yaxın, hörmətli, qiymətli, dəyərli, müqəddəs mənalarını ifadə edir.
Adın daşıyıcılarından Əziz Əliyev (1897-1962) ali təhsilli hərbi həkim, ictimai xadim olmuşdur. Görkəmli alim kimi Tibb İnstitutunun direktoru, sonradan Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrinə təyin olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1948-ci ilin dekabrınadək isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir. Tanınmış ictimai-siyasi xadim Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti