iftixar sözü dilimizdə fəxr, fəxr etmə, öyünmə, şərəf hesab etmə anlamlarını ifadə edir.
İftixar kişi adı XX əsrin sonuna kimi məişətimizdə geniş yayılmış adlar sırasında olsa da, bu gün artıq müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiigid sözü bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən, bahadır, cəsur, qoçaq mənasındadır.
Dilimizdə cəsurluq, qorxmazlıqla bağlı bir çox antroponimlər mövcuddur. İgid kişi adı da bu adlar sırasındadır. Adın təhrif olunmuş forması İgit də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiixtiyar sözü dilimizdə bir neçə mənada işlənir: 1. Öz arzusu və iradəsi; öz arzusu və iradəsi ilə hərəkət etmə; 2. Haqq, səlahiyyət, hüquq, bəyənmə, seçmə; 3. Könüllülük; 4. Güc, qüvvət; 5. Qoca, ahıl. İxtiyar kişi adı öz arzusu və iradəsi ilə hərəkət etmə anlamındadır.
İxtiyar kişi adı XX əsrin sonuna kimi məişətimizdə geniş yayılmış adlar sırasında olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiklima sözünün ərəbcələşdirilmiş biçimidir. Dilimizə ərəb dili vasitəsilə keçmiş iqlim sözü diyar, ölkə, məmləkət, həmçinin bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası, ab-hava, xoş xasiyyət anlamlarını ifadə edir.
İqlim kişi adı bu gün dilimizdə köhnəlmiş şəxs adları sırasında olsa da, məişətimizdə addan ənənəvi yolla yaranmış İqlimə (bax: ad – İQLİMƏ) qadın adı geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiiqrar sözündən olub, dilimizdə ifadə etmə, dil ilə söyləmə, şüur, dil ilə təsdiq etmə, etiraf, qərarlaşdırma, yerbəyer etmə, sözündə möhkəmlik, əhdində vəfalı olma, səbat, sədaqət, vəfa, həmçinin təsdiq, etiraf, qəbul, qərar, qənaət, hökm anlamlarını ifadə edir.
Qeyd etmək lazımdır ki, bu gün iqrar ümumişlək sözlərdən olmasa da, poeziyada tez-tez rast gəlinən ifadələrdəndir. Məcazi mənada əhdində vəfalı, sədaqətli, sözünə əməl edən, sözündən, vədindən dönməyəndir. İqrar kişi adı sözün məcazi mənası ilə əlaqədardır. Adın daşıyıcılarından Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biri, tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Əməkdar Elm Xadimi İqrar Əliyev (1924-2004) ilk dəfə qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövrləşdirməyə cəlb etmişdir. Azərbaycan Elmlər Akademiyasında qədim dövr tarixi üzrə ilk elmlər doktoru olan İ.Əliyev 150-dən çox nəşr olunmuş əsərin, о cümlədən, 10 monoqrafiyanın müəllifidir. İqrar kişi adı bu gün məişətimizdə nadir adlardan hesab edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiilahi sözündən olub, dilimizə İslam dini ilə əlaqədar daxil olmuş kəlmələrdəndir. İlahi sözü dilimizdə Allaha məxsus, Allaha aid, Allah tərəfindən, eləcə də qeyri-maddi, qeyri-cismani, ruhani, mənəvi (Tanrı, Yaradan, Allah mənasında) mənalarını ifadə edir.
İlahi dilimizdə Allaha müraciət forması kimi daha çox istifadə olunur. Məftun olunan, tayı-bərabəri olmayan, xariqüladə kimi məcazi mənaları da mövcuddur. İlahi kişi adı məişəti- mizdə nadir şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti