Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İQLİM yunan.

klima sözünün ərəbcələşdirilmiş biçimidir. Dilimizə ərəb dili vasitəsilə keçmiş iqlim sözü diyar, ölkə, məmləkət, həmçinin bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası, ab-hava, xoş xasiyyət anlamlarını ifadə edir.

İqlim kişi adı bu gün dilimizdə köhnəlmiş şəxs adları sırasında olsa da, məişətimizdə addan ənənəvi yolla yaranmış İqlimə (bax: ad – İQLİMƏ) qadın adı geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti