►«İstənilən işin keyfiyyəti, uğuru və səmərəsi həmin işi görən peşəkar adamlardan asılıdır» mənasında işlədilən ifadə.
İfadə SSRİ-nin keçmiş rəhbərlərindən biri, Sov.İKP MK-nın baş katibi İosif Stalinin (1878–1953) çıxışlarının birində səslənmiş və tezliklə məşhurlaşmışdır.
İstehsal və idarəetmənin bütün sahələrində yerində olan mütəxəssisin, peşəkar insanın xüsusi rolunu vurğulayan bu məşhur deyim 1935-ci il mayın 4-də Kreml sarayında İ.V.Stalinin hərbi akademiyaların məzunları qarşısında çıxışında səslənmişdir. «Bütün dövrlərin və xalqların rəhbəri» gələcək hərbi xadimlərə öz peşələrinə mükəmməl yiyələnməyi, xüsusən texnikanı yaxşı bilməyi tövsiyə edərkən belə bir ifadə işlətmişdir: «texnikaya yiyələnən kadrlar hər şeyi həll edir».
İfadə mətbuatda «kadrlar hər şeyi həll edir» şəklində çap olunmuş, tezliklə şüara çevrilmişdir. Həmin deyim bu günədək öz aktuallığını saxlamışdır.
Məsəllər, deyimlər►Deyilən sözü gec anlayıb gec də reaksiya verən adamlara münasibətdə işlədilən ifadə.
İfadə kar adamın mətləbi gec anlayıb gec də reaksiya verməsi ilə bağı əhvalatdan yaranmışdır.
Bu məsəl çox vaxt əsl mənasında, yəni kar adamın həqiqətən bir şeyə iki dəfə gülməsi mənasında, həm də məcazi mənada − bir sözü və ya işi gec başa düşən adamlar haqqında zarafatla işlədilir.
Bəzən iştirak etdiyimiz hər hansı məclisdə, yığıncaqda gülməli bir söz danışılarkən oradakıların hamısı gülür. Məclisdə elə adamlar da olur ki, ya diqqətsizlikdən, ya da yaxşı eşidə bilmədiyindən söhbətin məzmunundan xəbərdar olmadıqları halda başqalarına baxıb gülürlər. Lakin hamı gülüb qurtardıqdan sonra həmin adamlar yanlarındakılardan camaatın nəyə güldüyünü soruşur və səbəbini öyrəndikdən sonra ikinci dəfə, həm də daha ürəkdən gülürlər.
Buna görə də xalq arasında «kar iki dəfə gülər» deyirlər.
Məsəllər, deyimlər►Daim öz dediyini deməyi, söhbət və ya müzakirənin ümumi mövzusundan asılı olmayaraq davamlı şəkildə eyni bir məsələyə qayıtmağı və hər dəfə onu inadla təkrarlamağı istehza ilə bildirən ifadə.
Bu məşhur latın zərbi-məsəli şöhrətli Roma sərkərdəsi Katonun adı ilə bağlıdır.
Qədim yunan bioqrafı Plutarxın «Böyük Katonun həyatı» əsərində qeyd olunur ki, Roma sərkərdəsi və dövlət xadimi Katon ölkə üçün təhlükə mənbəyi saydığı Karfagenin barışmaz düşməni olmuşdur. O, senatda mövzusundan asılı olmayaraq bütün nitqlərini «Bundan əlavə, mən fikirləşirəm ki, Karfagen mütləq məhv edilməlidir» ifadəsi ilə bitirirmiş. Bir çox qədim mənbələrdə bu ifadənin müxtəlif formalarına rast gəlmək mümkündür.
Həmin dövrdə Roma Finikiya şəhər-dövləti Karfagenlə Aralıq dənizində hökmranlıq uğrunda mübarizə aparırdı. 1-ci və 2-ci Pun müharibələrindəki müvəffəqiyyətlərinə baxmayaraq romalılar sonradan bir sıra ağır məğlubiyyətə uğramışdılar və Karfagenin yenə dirçəlməsindən qorxurdular. Çünki bu dirçəliş düşmənin tam qələbəsinə və bütün itkilərin geri qaytarılmasına gətirib çıxara bilərdi. Həm də Karfagen tez bərpa olunur və əvvəlki kimi Roma ticarətinə əhəmiyyətli dərəcədə rəqabət yaradırdı.
Nəhayət, 3-cü Pun müharibəsində Roma həlledici qələbə qazanır; yarımmilyonluq Karfagen şəhəri tamamilə dağıdılır, əhalinin sağ qalan hissəsi kölə kimi satılır. Şəhərin yerləşdiyi əraziyə duz səpilir. Lakin sonralar Roma Afrikasının əsas şəhəri olan və ərəb istilasına qədər imperiyanın iri şəhərlərindən biri olan Karfagendə romalılar yenidən məskunlaşırlar. Qədim Karfagenin yerləşdiyi məkan hazırda Tunisin yaxınlığında yerləşir.
Əsrlər ötsə də, çox şəhərlər dağılıb-qurulsa da, Katonun bu ifadəsi az qala bütün dünyada zərbi-məsəl kimi işlədilir.
Məsəllər, deyimlər►Şəraitdən asılı olmayaraq yalnız əvvəlcədən öz beynində tutduğu niyyət haqqında düşünən və buna uyğun hərəkət edən insanlar barəsində işlədilən ifadə.
Məsəlin yaranması xalq arasında yayılmış bir əhvalatla bağlıdır.
Bir xəstəni yoluxmağa gedən kar adam qulağının ağır eşitdiyini nəzərə alaraq əvvəlcədən verəcəyi sualları və təqribən alacağı cavabları fikirləşib öz-özünə düşünür: «Mən xəstədən birinci özünü necə hiss etdiyini soruşacağam. Yəqin ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyəcək. Mən cavabında: «Olsun-olsun, şükür Allaha, bəs sənin yanına hansı həkim gəlib-gedir?» – deməliyəm. Sözsüz ki, o, həkimin adını çəkərkən mən: «Qədəmi xoş olsun, əli yüngül olsun!» – deməliyəm. Sonra iştahasından söhbət salıb hansı xörəyi ürəyi istədiyini soruşmalıyam. O, xörəyin adını çəkən kimi «nuşcanın olsun» deyib söhbəti qurtararaq xudahafizləşib evə qayıdaram».
Kar öz aləmində bunları fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır. Salam verdikdən sonra soruşur:
− Ay qardaş, olmasın azar, necəsən?
Xəstə ağrıdan üz-gözünü turşudub deyir:
− Ölürəm, ay dost, deyəsən, vaxtım çatıb!
Kar üzündə şadlıq əlaməti yaradıb tez deyir:
− Olsun, olsun, əzizim. Allaha şükür. Bəs yanına hansı həkim gəlib-gedir?
Xəstə gözləmədiyi bu sözlərdən daha da acıqlanıb deyir:
− Kim gələcək, Əzrayıl!
− Ayağı yüngül olsun, − deyə kar növbəti sualını verir. – Bəs nə yeyirsən?
Əsəbiləşib özündən çıxmış xəstə cavab verir:
− Zəhrimar, nə yeyəcəyəm?!
Kar «Nuşcanın olsun» deyib öz vəzifəsini bitmiş hesab edərək tez xudahafizləşib xəstənin yanından çıxır və beləliklə, öz könlündə tutduğu fikirlərlə hərəkət edərək həm özünü gülünc vəziyyətə salır, həm də xəstəni əsəbiləşdirir.
Məsəllər, deyimlər►Hər hansı məsələ ilə bağlı həlledici məqamda kəskin qərar qəbul etməkdən çəkinməyə çağırış kimi işlədilən ifadə.
İfadə ABŞ prezidenti Avraam Linkolnun (1809–1865) seçkiqabağı çıxışından sonra geniş yayılmışdır.
Əslində isə bu ifadə hələ XIX əsrdə Amerikada bərələrin işlədiyi bir çox çay keçidlərində xəbərdarlıq elanı kimi yazılıb sahildəki dirəklərə vurulurdu. Lakin həmin ifadəni ABŞ-ın 16-cı prezidenti A.Linkoln öz çıxışında ilk dəfə işlədərək məşhurlaşdırmışdır. O, 1864-cü ildə ikinci müddət üçün prezidentliyə namizədliyini irəli sürdüyü zaman etdiyi çıxışda bu ifadəni dilə gətirmişdir. A.Linkoln Amerika təki bir ölkədə siyasətin əsas elementi kimi qəti qərar qəbul etmənin vacib olması barədə danışmış və qeyd etmişdir ki, impulsiv və düşünülməmiş qərar bir adamı yox, bütün ölkəni fəlakətə apara bilər.
Hazırda bir çox ölkələrin ictimai-siyasi həyatında həlledici, kəskin keçid anlarında təhlükəli qərarların qəbul edilməsinin ziyanı ilə bağlı bu ifadə geniş işlədilir.
Məsəllər, deyimlər►Hirsi keçmək, soyumaq, tədricən özünə gəlib sakitləşmək.
İfadə xalq arasında keçinin davranışları ilə bağlı formalaşmış mənfi təsəvvürlərdən qaynaqlanır.
Tarixən xalq düşüncəsində keçinin, adәtәn, mәnfi sәciyyәlәndirildiyi məlum olur: keçi tərsdir, keçi axmaqdır («Saqqalda feyz olsaydı, keçiyә Kәramәddin ağa deyәrdilәr»), keçi, ümumiyyәtlə, pisdir («Qoyunu qoyun ayağından, keçini keçi ayağından» – әslində, dini ifadə olan bu cümlә «yaxşını – qoyunu pisdәn – keçidәn fәrqlәndirmәk» anlamındadır). Bütün bunlardan әlavә, keçi һəmişə iy verir, «keçi iyi» ifadәsi mәşһurdur. Bəzi dialektlәrdә «dıbır – dıvır iyi» ifadəsi məşhurdur.
Xalq dilindә işlənәn «Onun hәr dediyi keçi olsaydı, indi dağları iy bürümüşdü» ifadәsindә dә məqsəd «iy» anlayışını nәzәrә çarpdırmaqdır.
Tәdricən həmin ifadәlәrin tәrkibindә «keçi» әvəzinә «cin» işlədilmәyә başlamış və yeni variantlar meydana çıxmışdır.
İfadənin əksi olan «keçilәri gəlmək» deyimi isə hirslənmək, әsəbləri tarıma çəkilmәk, özündәn çıxmaq deməkdir.
Məsəllər, deyimlər►Yaxşı, yüksək dərəcədə şən əhvali-ruhiyyədə olmaq, fasiləsiz deyib-gülmək, əylənmək, heç nə vecinə olmamaq.
İfadə nəyinsə göstəricisi kimi doqquz rəqəminin yüksək – son hədd olması barədə təsəvvürlərlə bağlı yaranmışdır.
Əslindә, ifadə «kefi doqquz olmaq» şəklində yaranıb. Sonralar onun deyilişini və məzmun cəhətini daha da şiddәtləndirmək üçün «doxsan» sözü də əlavə edilmişdir. Qәdimlərdә bir çox xalqlarda doqquz rәqәmi sayın son hәddi hesab olunurdu; məsələn, «doqquzuncu dalğa» dedikdə ən güclü tufan və ya qasırğa nəzərdə tutulurdu. Türk xalqları bu rəqəmin uğurlu, səadətgәtirici olduğuna inanırdılar. Onlar göylәrin, fәlәklərin də sayının doqquz olduğuna әmin idilәr.
İfadә danışıq dilinə məxsus şişirtmə, mübaliğә, tәkrarlama meyli ilә әlaqədar işlənir və bir şeyin həddindən çox, ifrat olduğunu bildirir.
Məsəllər, deyimlər►İnsan qəlbinə toxunmağın, ürək sındırmağın daha bağışlanmaz bir qəbahət olduğunu bildirən ifadə.
İfadə Məhəmməd peyğəmbərə aid olan və geniş yayılmış dini hədislərdən biri ilə bağlıdır.
Həmin hədisdə peyğəmbərə istinadən belə şərh olunur ki, ürәyi (yәni insanı) Allah yaratmış, Kəbәni isә İbrahim peyğəmbәr bina etmişdir. Lakin İbrahim bir peyğәmbәr olmaqla bәrabәr, hәm də insandır, Allahın yaratdığı bir varlıqdır. Bu səbəbdən də insanın yaratdığı Kəbədən Allahın yaratdığı ürәk daha qiymәtlidir.
XVII әsrdә yaşamış mәşhur Sarı Aşıq bayatılarının birində «Kəbə yıxmaq bir evdi, könül yıxmaq yüz qandı» deyirdi. Deməli, əsrlərdən üzü bəri insanın qəlbinə dəymək, onun ürəyini qırmaq arzuolunmaz davranış kimi qəbul edilib.
Bu məsəlin ifadə etdiyi məna klassik ədəbiyyatda və müasir poeziyamızda geniş təbliğ olunur. İfadənin təlqin etmək istədiyi əsas məqsəd isə insanları bir-birini anlamağa və incə davranışa çağırışdır.
Məsəllər, deyimlər►Çox cəhətlərinə görə bir-birinə uyğun gələn sevgililərin qovuşmasına xoş münasibəti əks etdirən ifadə.
İfadə fransız deyimlərindən qaynaqlanaraq başqa dillərdə də geniş yayılmışdır.
Bu ifadənin bədii ədəbiyyatda ilk dəfə «İki sevgili» adlı bir novellada işlədildiyi güman edilir. Həmin novella 1559-cu ildə Marqarita Navarrskayanın (1492–1549) tərtib etdiyi «Heptameron» toplusunda nəşr edilmişdir. Doğrudur, birmənalı şəkildə kimə mənsub olduğu dəqiq müəyyən edilməsə də, novella kifayət qədər geniş yayılmışdır.
Başqa bir fərziyyəyə görə, göstərilən ifadə 1608-ci ildə tərtib olunmuş «Adi yaranışlar» hüquq toplusuna daxil edilmişdir. Həmin topluda ifadə bu şəkildə işlədilir: «Tərəflər arasında kəbinlər göydə kəsilir, amma yerdə icra olunur».
Bəzi məlumatlara görə, kökü «Bibliya»nın yəhudi dilində izahı verilmiş «Midraş»a gedib çıxan ifadə bu şəkildə səslənir: «Sevgililər göydə qovuşur».
Bu gün də müxtəlif xalqlarda görünüş və xasiyyətcə bir-birinə uyğun olan gənclərin izdivacını alqışlamaq üçün «onların kəbini göydə kəsilib» qanadlı ifadəsi işlədilir. Azərbaycan dilində «ərlə arvadın torpağı bir yerdən götürülüb» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər►Çox yemәk və qidanı qarışdırmaq nәticәsindә mәdәsi pozulmaq, toxluq etmәk, xәstәlәnmək.
İfadə dilimizdəki «kəhildəmək» sözünün təhrif edilməsi nəticəsində yaranmışdır.
Adәtәn, qәdimlərdә bayram vaxtları müxtәlif evlәri gәzәn vә çoxlu yeyib mədəsi pozulduğundan tez-tez gәyirәnlәr (xәstәlәnәnlər) haqqında evfemistik tәrzdә «bayrambәyi olub» deyirdilər.
Prof. M.Adilova görə, buradakı «kәklik» sözü xalq etimologiyası tәsiri ilә «kәhlik//kәhildәk» ismindәn düzәlmişdir. Dilimizdә azişlənən hәmin tәqlidi ismin tәqlidi feil forması («kәhildәyә-kәhildәyə gəzmək») da vardır.
Göründüyü kimi, «kәhildәmәk» feili «ləhlәmәk» ilə sinonimdir. Bu feildən düzәlәn «kәhlik» ismi də dilimizdə işlәkdir.
Məsəllər, deyimlər►Hədsiz yormaq, qəsdən incitmәk, çox əzab-әziyyәt vermәk.
İfadə hərfi mənada onurğa sütununu qırmaqla bağlı yaranmışdır.
«Kәlәk» sözü insan bәdәnindә beyinlə onurğa sütununu birlәşdirәn hissәni bildirmәk üçün vaxtilə dilimizdə işlәdilmiş, hazırda isə arxaiklәşmişdir.
Bәzi tәdqiqatçılar buradakı «kalak//kәlәk» sözünün «kürәk sümüyü» olduğunu göstәrirlәr ki, «kәlәyini kəsmәk» ifadәsi dә məhz bununla bağlıdır.
Buradakı «kәlәk» sözünün «ilik» ilə (müqayisə et: iliyini vurmaq − öldürmək) əlaqәdar olduğu da ehtimal edilir. Kәlәyi kәsmәklə adamı öldürmәk mümkündür. Ona görə də «kələyini kəsmək» ifadəsində söhbət məhz fiziki əziyyət (incitmək, yormaq və s.) verməkdən gedir.
Bәzi dialektlәrdә «kәlәk» sözü әkin sahәsindәn toplanıb bir yerә yığılmış daş qalağını da ifadә edir. Bəzən bu daş qalaqlarından yerin, sahənin sərhədlərinin nişanlanması üçün də istifadə olunur.
Məsəllər, deyimlər►Çətinliklərə sinə gərərək kiminsə və ya nəyinsə uğrunda özünü fəda etmək.
İfadә XVII әsr şifaһi xalq әdәbiyyatında yaranmış «Əsli vә Kәrәm» dastanından qaynaqlanır.
Dastanda iki sevgilinin mәһәbbәtinә mane olmaq istәyәn Qara Keşiş һeç bir vәcһlә Әslini Kәrәmә vermәyә razı olmur. O, Kәrәmi dәfәlәrlә oğru adlandırır, zindana saldırır, amma Kərəm inadından dönmür. Uzun әzab vә әziyyәtlәr verdiyi bu fәdakar aşiqin inadından әl çәkmәdiyini gördükdә Qara Keşiş hiylәyә әl atır. Zifaf gecәsi Әslinin sehrlənmiş düymәlәri açıldıqca yenidən bağlanır və «ah» nidasından qopan qığılcımlardan Kәrәm od tutub alışır vә onun külündәn Әsli dә yanıb mәhv olur.
İfadə əsərlərdə də geniş işlənir; məsələn, M.F.Axundzadənin «Hekayәti-xırs quldurbasan» pyesində obrazlardan birinin dilindən bu cür ifadə işlədilir: «...Nә gündüz dincәlә bilirәm, nә gecə yata bilirәm. Az qalıb dәli-divanә olub Mәcnun kimi dağa-daşa düşәm, Kərәm kimi alışam, yanam».
Məsəllər, deyimlər►Öz halından xəbərsiz olub başqalarının dərdinə ağlayan, süni canıyananlıq edən adamlar haqqında kinayə ilə işlədilən ifadə.
İfadə xalq arasında yayılmış aşağıdakı əhvalatdan götürülüb.
Bu alleqorik əhvalatda nəql olunur ki, bir ağac yaxınlığında xeyli məyus görünən kəsək parçasından soruşur:
− Qaşqabağını sallayaraq belə qəmgin olmağının səbəbi nədir?
Kəsək kövrələ-kövrələ deyir:
− Məgər göyün üzünü qara buludlar aldığını görmürsən! Bir azdan yağış yağacaq, onun damcıları yanımdakı bu yazıq daşı ovub dağıdacaq, sonra isə sel gələrək onu parçalayıb özü ilə aparacaq.
Kəsək bu sözləri deyərək hönkür-hönkür ağlamağa başlayır.
Ağac kəsəyin sözlərinə təəccüb edib soruşur:
− Ay kəsək qardaş, sənə heç yağış dəyməmiş diş-diş olaraq ovulub tökülürsən, yağış yağarsa, heç sənin özündən bir əlamət qalmayacaq. Sən isə oturub o möhkəm daşın dərdinə ağlayırsan! Öz dərdinə qalsan, daha yaxşı olmazmı?
Məsəllər, deyimlər►Hər hansı işdə (sövdələşmədə və s.) əvvəlcədən ümumi razılığa gəlmək, şәrtləri dəqiq müəyyənləşdirmək.
İfadə «Kitabi-Dәdә Qorqud» dastanından qaynaqlanır.
Dastanın «Basatın Təpəgözü öldürməsi» boyunda deyilir: «Dәdә Qorqudu çağırdılar, onunla danışdılar, – gəlin kәsim kәsәlim! – dedilər».
Daha sonra bu ifadə işlədilir: «Kəsim dedi, kəsdi. Gündə iki adam, beş yüz qoyun istədi».
Göründüyü kimi, ifadәnin әsli «kәsim kәsmək» şəklindә olmuşdur. Bəzi tədqiqatçıların fikrincə, bu tərkiblər (eyni kökdən düzәlmiş isimlә feilin birlәşmәsi) dilimizin әn qәdim xüsusiyyәtlərindәn olan daxili üzvlü tәkrarlardan ibarәtdir.
Həmin tərkibin müstəqilləşib ayrılıqda işlənə bilməyən birinci komponenti tədricən «kəsəmət//kəsimət» şəkli almış və hazırda bütöv tərkib bir idiomatik ifadə kimi formalaşmışdır. Adətən, belə tərkiblər, daxili üzvlü təkrarlar dildaxili qanunlar əsasında formalaşır.
Məsəllər, deyimlər►Kinoda və digər yaradıcılıq sahələrində rolun və vəzifənin böyük-kiçikliyinin deyil, onun necə peşəkarlıqla icra olunmasının əhəmiyyətini vurğulayan ifadə.
İlk dəfə məşhur rus aktyoru Mixail Şepkinin (1788–1863) işlətdiyi ifadə daha sonra görkəmli rejissor, pedaqoq və teatr islahatçısı Konstantin Stanislavskinin (1863–1938) sayəsində məşhurlaşmışdır.
İfa etdiyi rolun böyük-kiçikliyindən asılı olmayaraq səhnədə aktyor peşəkarlığını qabardan bu ifadə ilk dövrdə daha çox teatr və kino, çox sonralar isə televiziya sənəti sahəsində geniş yayılmışdır. Onun əsas mənası görülən işin, verilən tapşırığın böyük və ya kiçik olmasını deyil, keyfiyyətini müəyyən etməyi vurğulamaqdır.
Sonralar məna tutumu genişlənən ifadə məcazlaşmış və ictimai həyatın, insan fəaliyyətinin bütün sahələrində işlənməyə başlamışdır.
Məsəllər, deyimlər