►Əks cinsdən olan valideynə qarşı şüurlu, yaxud şüursuz cinsi maraq olduğunu bildirən ifadə.
İfadə qədim yunan hökmdarı şah Edipin tarixin yaddaşında qalmış əcaib davranışı ilə bağlı yaranmışdır.
İlk dəfə Ziqmund Freydin psixoanalizə daxil etdiyi bu ifadə şah Edipin davranışının psixi əsaslarını izah etmişdir. Freydin qənaətinə görə, qızına elçi düşən bütün namizədlərə rədd cavabı verməklə atası onu şüurlu olaraq özü üçün saxlamaq niyyətində olmuşdur. Bu davranış isə insan psixikasının mürəkkəblikləri ilə bağlıdır. Freydə görə, bu pozuntunu olduqca fərqli amillər şərtləndirir.
Psixoanalizdə bununla bağlı başqa komplekslər də vardır; məsələn, Kain kompleksinə görə, əgər böyük qardaş kiçik qardaşa daha çox diqqət, sevgi və qayğı göstərildiyinə görə onu qısqanırsa, deməli, o, müəyyən kompleksdən əziyyət çəkir.
Alimlər bu fikirdədir ki, komplekslərin bəzən müsbət tərəfləri də olur, çünki belə komplekslər hərdən insanları fərqli addımlar atmağa sövq edir.
Məsəllər, deyimlər►«Birlik olan yerdә bütün çәtinliklәrin öhdəsindәn gәlmәk mümkündür» mənasında işlədilən ifadə.
İfadə ilk dәfә XVII әsrin əvvəllərindә Cәnubi Azәrbaycanda yaşamış Tufarqanlı Aşıq Abbasın şeirindә işlәnmişdir.
Xalq gücünә, həmrəyliyə, birliyә inam oyadan bu misranın deyilməsindən üç əsr keçsə də, el arasında yaşamış, yayılmış və atalar sözü səviyyәsinәdәk yüksәlmişdir:
Abbas bu sözlәri deyәr sәrindәn,
Arxı vurdur, suyu gәlsin dәrindәn,
El bir olsa, dağ oynadar yerindәn,
Söz bir olsa, zәrbi kәrәn sındırar.
Buradakı «dağı yerindәn oynatmaq» ifadәsinin tarixi çox-çox qәdimlәrә gedib çıxır. Mәnbәlәrin verdiyi mәlumata görә, bu ifadә ilk dәfә «İncil»dә işlədilmiş, sonralar mәzmunca dәyişilәrәk «һәr cür çətinliyin öһdәsindәn gәlә bilmәk» mәnasında dünyanın bir çox dillәrinә yayılmışdır.
Məsəllər, deyimlər►Yəni: vasitəçilik edən adam sadəcə xəbər aparıb-gətirəndir, tərəf deyil, ona qarşı umu-küsü yersizdir, ona toxunmaq, onu cəzalandırmaq olmaz.
İfadә Şәrqdә çox qәdim tarixi olan bir adәtlә əlaqədardır.
Qalib hökmdarlar mәğlubları hәmişә öz əsarətindә saxlamaq üçün onların övladlarını vә ya yaxın adamlarını, bir növ, girov, zaval olaraq öz saraylarında saxlayır, orada yaşamağa mәcbur edirdilәr. Bu mәnada «zaval» sözü «girov» anlayışına uyğun gәlir. Zaval kimi sarayda saxlanan adamlar isә nә qədər olsa da, özlәrini azad, sәrbәst hesab edә bilmirdilər, yad mühitdә aciz, yazıq görkәm alırdılar, buradan da «zavallı» sözü meydana gәlmişdir.
Elçi sifәti ilә göndәrilәn şәxs isә zaval olaraq saxlanıla bilmәzdi. «Elçiyә zaval yoxdur» ifadәsi bu adətlә bağlıdır. Bununla әlaqәdar dilimizdә «zaval getmәk», «zaval aparmaq», «zavala gәlmәk» ifadәlәri yaranmışdır.
Tarixdәn mәlumdur ki, e.ə. 659-cu ildə Manna hökmdarı Ahşeri Assuriya ilә müharibәdə öldürülür. Onun oğlu Yalli isә qaliblәrlә sülh bağlayır vә zaval olaraq öz oğlunu vә qızını Aşşurbanipalın hüzuruna (sarayına) göndәrir.
İfadə bu gün də öz aktuallığını saxlayır və beynəlxalq hüquqda səfirlərin, «sülh elçiləri»nin, sülhməramlı qoşunların, xüsusi elçilərin, humanitar yardım aparanların toxunulmazlıq hüququ xüsusi maddə ilə təsbit olunur.
Məsəllər, deyimlər►Niyyətində olduğun, arzuladığın bir işin yaxın gələcəkdə baş tutacağına dair əminliyin olması barədə deyilən ifadə.
İfadə Nəsibə Zeynalovanın iştirakı ilə «Altı qızın biri Pəri» tamaşasındakı dialoqdan qaynaqlanır.
Kolxoz sədrinin arvadı övladı olmayan qızı Naxışı Bakıya xəstəxanaya gətirir. Qızını həkim müayinəsindən keçirib kəndə qayıdır. Arabadan düşəndə kəndin sözgəzdirən, qeybətcil qarısı Cəhrə arvadla qarşılaşır. Hal-əhval tutduqdan sonra Cəhrə arvad müayinələrin nəticələrini soruşur:
– De görüm, qızı həkimə göstərdin, ya yox?
– Göstərdim, qızı yaxşıca işığa salıb baxdı. Kefin istəyən dava-dərman da yazdı.
– Nə dedi, uşağı olacaqmı?
– Dedi olacaq, heç narahat olma!
– Nəyi olacaq: qızı, yoxsa oğlu? – deyə Cəhrə arvad maraqlanır.
– Əlbəttə oğlu! Qız üçün heç bu qədər xərc çəkərdimmi? Mən də həkimə dedim ki, qızımın oğlu olsun, ona fermadan yağlı bir qoç verəcəm.
– Yaxşı demisən, əlbəttə verəcəksən! Bəs həkim nə dedi?
– Həkim dedi, sən elə bil ki, o qoçu yemişəm.
Məsəllər, deyimlər►Boş yerə, heç nədən və ümidsiz olaraq gülümsəyən adamlar haqqında işlədilən ifadə.
İfadə Azərbaycan xalq nağıllarından qaynaqlanır.
Bir çox Azərbaycan və türk nağıllarında daim axtarılan göy muncuqdan söhbət gedir; məsələn, «Keçəlin nağılı»nda deyilir:
«Xan onu rədd eləmək üçün dedi:
– Keçəl gedib dağlardan mənə göy muncuq tapıb gətirsin, qızımı ona verim.
Keçəl çox gəzdi, çox dolandı, axırda göy muncuğu tapıb evlərinə gətirdi və anasına verib dedi:
– Nənə, göy muncuğu apar, xana ver, qızını mənə al».
Göründüyü kimi, istər folklorda, istərsə də danışıqda daim göy (mavi) muncuğun tapılmasının bir fərasət, bəxt açılmasına işarə olduğu göstərilir. Həmin muncuğa xain gözlə baxmaq olmaz, odur ki bir atalar sözündə belə deyilir: «Qonşu muncuğunu götürən gərək gorda taxsın».
Məsəllər, deyimlər►Kiminsə başladığı işi, ənənəni davam etdirmək; bir şeyi nəsildən nəslə ötürmək.
İfadə orta əsrlərdə poçt daşınması ilə bağlı yaranmışdır.
Əslində, bu ifadələrin həqiqi mənası hamıya aydındır. Amma ötən əsrdə dilimizə daxil olmuş «estafet» sözünün mənşəyi, hansı mənanı ifadə etməsi, semantikası heç də hər kəsə məlum deyil.
«Estafet» italyancadan «staffet» sözünün dəyişdirilmiş formasıdır, mənası «qasid» deməkdir. Bu ad «staffa» – «üzəngi» sözündəndir. Bir zamanlar məktublar xüsusi çaparlarla göndərilirdi; yolda onlar bir-birinə bağlamaları elə tez ötürürdürlər ki, heç üzəngiləri də bir-birinə yaxınlaşmırdı.
İndi biz qaçaraq «estafeti» – məktubu əvəz edən çubuqları bir-birinə ötürmə yarışlarına «estafet qaçışı» deyirik. Cəmiyyətdə isə bəzən «tarix estafeti», «inkişaf estafeti» ifadələri işlədilir.
Sonralar bu deyimin semantikası idman hüdudlarından kənara çıxmış və daha geniş mənanı – başlanmış işin davam etdirilməsini, toplanmış təcrübənin ötürülməsini ifadə etmişdir.
Məsəllər, deyimlər►Boş-boş danışaraq başqalarını aldatmağa çalışan adamların dediyinin yalan olduğunu ifşa etmək məqsədilə işlədilən istehzalı ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, bir nəfər içərisi şüşə ilə dolu bir yeşiyi hambalın belinə yükləyib evlərinə aparmasını tapşırır və ona zəhmət haqqı olaraq pul əvəzinə üç faydalı məsləhət verəcəyini vəd edir.
Hambal ağır yükü böyük əziyyətlə gətirib evə çatdırır, həyətə girir və pilləkənlərlə yuxarı qalxmağa başlayır. Bir neçə pilləkən çıxdıqdan sonra dayanır və mal yiyəsinə: «Məsləhətlərini ver görək!» – deyə müraciət edir. Kişi deyir:
− Birinci məsləhətim budur: əgər bir adam sənə nisyənin nağddan yaxşı olduğunu sübut etməyə çalışsa, eşit, inanma!
Hambal bir qədər duruxur, amma yenə bir neçə pilləkən də yuxarı çıxıb dayanır və ikinci məsləhəti söyləməsini xahiş edir.
Mal sahibi deyir:
− İkinci məsləhətim budur: əgər bir adam sənə qara pulun gümüş puldan yaxşı olduğunu sübut etməyə çalışsa, eşit, inanma!
Hambal yenə bir neçə pilləkən qalxıb ikinci mərtəbəyə çatır, pilləkənin məhəccərinə söykənib üçüncü məsləhətin nədən ibarət olduğunu soruşur. Kişi ağıllı-ağıllı deyir:
− Üçüncü məsləhətim budur: əgər bir adam noxud şorbasının aşdan yaxşı olduğunu sübut etməyə çalışsa, eşit, inanma!
Hambal bu kişinin axmaq sözlər deyib onu qanmaz hesab etdiyini və aldadaraq işlətdiyini başa düşür, içərisi şüşə ilə dolu yeşiyi ikinci mərtəbədən həyətə tullayır və özünü itirib təəccüblə ona baxan mal sahibinə deyir:
− Əgər bir adam bu yeşiyin içərisində bir ədəd sağ şüşə qaldığını sübut etməyə çalışsa, eşit, inanma!
Məsəllər, deyimlər►«Həqiqət eşitdiyin deyil, gözünlə gördüyündür» anlamında işlədilən deyim.
İfadə Şərqin məşhur şairlərindən biri, Böyük Moğol padşahı Əkbərin nədimi olmuş hindli müdrik Birbal (1528–1586) haqqında bir əhvalatdan qaynaqlanır.
Deyilənə görə, bir gün sarayda Birballa fəlsəfi mövzuda söhbət zamanı hökmdar ona belə bir sual verir:
– Birbal, de görüm, doğru ilə yalanın fərqi nədir?
– Gözlərlə qulaqlar arasında olan fərq kimidir, – deyə müdrik Birbal cavab verir.
Padşah incəliyi başa düşməyib bir də soruşur:
– Necə yəni? Nəyə görə belə hesab edirsən?
– Gözlərimizlə gördüklərimiz həqiqətdir, şah sağ olsun! Eşitdiklərimiz isə yalandır. Eşitməmisiniz, deyiblər: «Qulağa inanma, gözə inan». Yəni eşitdiyinə yox, gördüyünə inan.
Birbalın cavabı padşahın xoşuna gəlir.
Dilimizdə eşitməklə görməyin fərqini ifadə edən «yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır» kimi atalar sözü vardır.
Məsəllər, deyimlər►Eşqə düşmək, sevmək, sevgidən güc almaq, hədsiz duyğulanaraq hərəkətlərini tənzimləyə bilməmək.
Bu mәzәli ifadә Әbdürrəhim bəy Haqverdiyevin «Pәri cadu» pyesindәn qaynaqlanaraq yayılmışdır.
Xeyir və şərin mübarizəsindən və insan xislətinin mürəkkəbliyindən bəhs edən bu əsәrdә Tәlxәk әcinnә tez-tez belə bir şeir oxuyur:
Dolaydan keçәn qarı,
Köndәlәn sevdim sәni,
Eşqin vurub çarığıma,
Dik-dik dingildәdir mәni.
Əslində, bu ifadələrin hər biri – «eşqi topuğuna vurmaq» da, «dik-dik dingildәmək» də ayrı-ayrılıqda işlənə bilir və hərəsi də bir-birinə yaxın mənaları ifadə edir.
Məsəllər, deyimlər►Kobud, qanacaqsız, mәrifәtsiz adamlar haqqında işlәdilən ifadə.
İfadәnin yaranması Nuh peyğəmbərlə bağlı bir rәvayәtlә әlaqәdardır.
Nuhun bir qızına üç nәfәr elçi gəlmişdi. Nuh isә öz qızını bunların üçünә dә verәcəyini vәd etmişdi. Elә buna görә dә çıxılmaz vәziyyətə düşmüşdü. Bu zaman Cәbrayıl onun kömәyinә gəlmiş vә qızı tövlәyә salmağı mәslәhәt görmüşdü. Tövlədә Nuhun bir iti, bir eşşәyi var idi. Bir müddәtdәn sonra qapını açan Nuh tamamilә öz qızına oxşayan üç qız görür. Bilir ki, eşşәyi dә, iti dә qızının şәklinә düşmüşdür. Lakin öz qızını heç cür tanıya bilmir. Vəd etdiyi adamların hәrәsinә bu qızlardan birini verməli olur.
Bir vaxt keçәndәn sonra öz kürәkәnlәrinә baş çəkmәyi qәrara alır vә onların hәr birindәn hәyat yoldaşı haqqında fikrini söylәmәyi xahiş edir. Kürəkәnlәrdәn biri öz arvadının hәddindәn artıq çox danışan, davakar, acıdil, zәhlәtökәn (it kimi) olduğunu deyir. Digәri öz arvadının mәrifәtsiz, qanacaqsız (eşşәk kimi), әdәbsiz, sәliqәsiz olduğunu söylәyir. Üçüncüsü isә öz xanımının qanacaqlı, işgüzar, ədəbli, әsl xanım olduğunu bildirir. Belәliklә, Nuh әslәn eşşәk vә it olan qızları öz qızından fәrqlәndirә bilir.
Məsəllər, deyimlər►Konkret situasiyada zahirən məntiqli görünən, amma işin zərərinə olan təkliflər səsləndirən adamlara münasibətdə məzəmmətlə işlədilən ifadə.
İfadə ərəb hakimlərindən birinin başına gəlmiş əhvalatdan qaynaqlanaraq yayılmışdır.
Günlərin bir günündə vilayətin əmiri əhalinin necə yaşadığını öyrənmək üçün təğyiri-libas olub el-obanı gəzirmiş. Bazar-dükanı gəzəndən sonra şəhərin kənarına çıxır və gəzə-gəzə gəlib bir dəyirmanın qapısı qabağında dayanır. Qapıdan baxıb görür ki, eşşək dövrə vuraraq dəyirmandaşını dolandırır. Eşşəyin boynundan bir zınqırov asılıb. Eşşək hərəkət etdikcə zınqırov səslənir. Mənzərə ona xoş gəlir. Odur ki əmir içəri daxil olur, salam-kalamdan sonra üzünü dəyirmançıya tutub soruşur:
– Eşşəyin boynundan nə üçün zınqırov asmısan?
Dəyirmançı əmiri tanımır, amma üst-başından ədəbli adam olduğunu zənn edib deyir:
– Bilirsən, ağa, əgər məni yuxu tutub mürgüləsəm, eşşək dayanar, zınqırovun da səsi kəsilər. Səs kəsiləndə mən bilirəm ki, eşşək dayanıb. Onda çığırıram, eşşək də dəyirmandaşını dolandırmağa başlayır.
Əmir azacıq düşünüb deyir:
– Bəs eşşək dayanıb sadəcə başını bulasa necə? Onda sən zınqırovun səsini eşidəcəksən, ancaq eşşək dayanmış olacaq.
– Ay ağa, axı bu eşşək sənin kimi ağıllı olsaydı, mənim işim getməzdi, – deyə dəyirmançı onun ağıllı, amma mənasız fikrinə belə cavab verir.
Məsəllər, deyimlər►Adətən, bir şeyi daşımağın hədsiz ağır olduğunu bildirmək məqsədilə işlədilən ifadə.
İfadə Şərq xalqları arasında hazırcavablığı ilə tanınmış Təlxək adlı saray nədimi ilə bağlı yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, bir gün şah öz oğlu ilə obaşdan ova gedir. Səhərin havası sərin olduğu üçün bir qədər qalın geyinirlər. Günortaya yaxın isti düşəndə hər ikisi üst libaslarını çıxarıb daşıması üçün Təlxəyə verir. O da libasları səliqə ilə qatlayıb belinə alır. Paltarlar kifayət qədər çox olduğundan Təlxəyin belində ot tayası kimi görünür. Hökmdar bu mənzərəni görüb Təlxəyə sataşmaq məqsədilə istehza ilə belə deyir:
– Təlxək, sənin götürdüyün yük əməlli-başlı bir eşşəyin yüküdür.
– Bir yox, şah sağ olsun, iki eşşəyin yüküdür! – deyə Təlxək də söz altında qalmır.
İfadə əvvəlcə xalq arasında üst-üstə çox geyinmiş adamlara münasibətdə işlənmiş, sonralar getdikcə məcazi mənasını daha da genişləndirmişdir.
Hazırda bu ifadə dilimizdə bəzi hallarda «bir eşşək yükü» şəklində, çox vaxt isə sadəcə «eşşək yükü» formasında işlənir.
Məsəllər, deyimlər►Hansısa xeyirli işin vaxtının yetişdiyinә işarә vurmaq və ya bu barədə yarımçıq qalmış söhbəti təzələmək məqsədilə zarafatyana işlədilən ifadə.
İfadə xalq arasında övlad evləndirməklə bağlı yayılmış maraqlı bir əhvalatdan qaynaqlanır.
Oğlunun evlәnmәk vaxtı yetişmiş ata günlərin birində öz arvadı ilә söhbәtindә belə deyir: «Oğlanı evlәndirmәk vaxtıdır, gərək eşşәyi satıb toya tədarük görək». Oğul bu söhbəti eşidir və çox sevinir. Lakin aylar keçir və oğlan atasının daha bu mövzuda danışmadığını görür. Odur ki dözә bilmir vә bir gün anasını yanlayaraq deyir: «Ana, bәs niyә daha atamla eşşәkdən danışmırsınız?»
İfadә müasir dilimizdə də geniş yayılmışdır. Hansısa xeyirli iş üçün verilən vədin (evlənmək, işə düzəlmək, maaşı artırmaq, səfər etmək və s.) icrasının vaxtının yetişdiyinә işarә vurmaq, bu barədə yarımçıq qalmış söhbəti təzələmək vә ya fikri әsas mәsələyə yönәltmәk üçün bu ifadə işlədilir.
Məsəllər, deyimlər►Səhv addım atmaq, kobudluq etmək, kiminsə xətrinə dəymək, mənəviyyatdan və incəlikdən uzaq olmaq.
İfadəni ilk dəfə Şərqin böyük mütəfəkkiri Mövlananın işlətdiyi güman edilir.
Bununla bağlı əhvalatda deyilir ki, bir gün Mövlana dostlarına yenə məna inciləri saçırdı. Birdən başını qaldırdı və dostlarından soruşdu:
– Allah «Qurani-Kərim»də «Ən çirkin səs eşşək səsidir» deyə buyurur. Ən çirkin və ətürpədici səs nə üçün eşşəyə aid sayılır? Dostlarım, bunun mənasını bilirsinizmi?
Mövlananın dostları həddini bilən gözəl insanlar idi. Boyunlarını büküb açıqlamanı onun özündən eşitmək istədilər.
Mövlana belə açıqlama verdi:
– Hər heyvanın özünəməxsus bir inləməsi, bir zikri vardır. Bu səslərin hamısı Yaradan və ruzi verən Rəbbi zikr etmək üçündür.
Dəvənin böyürməsi, arının vızıldaması, aslanın nərildəməsi, quşların cəh-cəh vurması kimi bütün heyvanların səsi öz dillərində Allahı zikr etmələridir. Halbuki yazıq eşşək iki məlum vaxtda anqırır: cinsi yaxınlıq istəyəndə və acdıqda, yəni bu istəklərin əsiridir.
Buna görə də ruhunda Allah inancı və eşq səsi olmayan, başında bir sevda və sirr daşımayan şəxs Allah qatında eşşəkdən daha aşağıdır.
«Quran»da bu həqiqət belə açıqlanır: «Onlar heyvanlar kimi, bəlkə də, daha çox azğınlıqdadırlar» («Əraf» surəsi).
Məsəllər, deyimlər►Qədim inanclara görә, eşşәyin səadətə, xoşbəxtliyə qovuşmanın hamisi hesab olunduğunu vurğulayan ifadə.
İfadənin kökünün zərdüştiliklə bağlı olduğu ehtimal edilir.
Qədim Zәrdüşt dininә görә, eşşək ailә qurma, övlad törәtmә hamisi һesab olunurdu. Son vaxtlara qәdәr kənd yerlərində әrә getmәk istәyәn subay qızlar erkәk eşşəyə minib sürürdülәr ki, bəxtləri açılsın. Bəs eşşəyə olan bu inam və sevgi haradan qaynaqlanır?
Sualın cavabı zərdüştilikdə verilir və bildirilir ki, «xoşbəxtliyə qovuşma» və «artım» ideyasının eşşәklә әlaqәlәndirilmәsinin tarixi çox qәdimdir. Akademik Y.Bertels yazmışdır ki: «Zәrdüştiliyә görә, Vourukaşa adlı әfsanәvi göldә üçayaqlı eşşәk – «Xara» yaşayır. O, başını suya salanda tufan başlanır. Onun çox iti gözü vә qızıl buynuzu var ki, bu buynuzla zәrәrli varlıqları vurub mәhv edir. Xara anqıranda faydalı canlıların dişilәri balalamaq üçün boğaz olur, xeyirsiz canlıların dişilәri isә bala salır».
Mәhz artımla әlaqәdar olduğu üçündür ki, vaxtilə uzun müddәt yağan yağışın kәsmәsi üçün vә ya quraqlıq vaxtı yağış yağması üçün eşşәk başı yuyurdular. Bәzәn dә ulağı çimizdirirdilәr ki, yağış gəlsin.
Mәhәmmәd peyğəmbərin tövsiyəsinə görə, eşşәyin anqırtısını eşidәn hәr kәs şeytana lənət oxumalıdır. Çünki eşşәk şeytanı görür vә onun anqırtısı şeytanın tәzahürünün әlamәtidir.
Məsəllər, deyimlər