1. Cəld oturmaq, minmək.
2. Dastanda məskən samaq, yaşamaq mənasında da rast gəlinir. (“Koroğlu” dastanının lüğəti)
Qoç Koroğlu qonar olsa yəhərə,
Yağı düşmənləri salar qəhərə,
Axurda arpasın qoymaz səhərə,
Dara düşsəm, mənə kömək Qıratım.
(“Koroğlunun İstanbul səfəri”)
*
Çənlibeldə köçüm, qonum,
Atlasdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!..
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıQədim zamanlarda müharibələrdə qola taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlanmış geyim, ümumiyyətlə, qolu zərbədən qorumaq üçün ona keçirilən ya sarılan hər cür qoruyucu. (“Koroğlu” dastanının lüğəti)
Könlümü namərdlər yıxsa,
Polad qolçaq qolum sıxsa,
Misri qılınc qından çıxsa,
Leş sərilər, baş inildər.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
At minəm, düşəm yoluma,
Poladdan qolçaq qoluma,
Yeddi min dəli boyuma,
Çənlibeldə yerim ola!
(“Eyvazın Çənlibelə gətirilməyi”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikasıTikə-tikə, xırda-xırda. (“Koroğlu” dastanının lüğəti)
Şah Abbas Almas xanla Bəhram xanı dəlilərə verdi. Dəlilər o iki xaini qiymə-qiymə doğradılar. (Paris nüsxəsi, 13-cü məclis)
*
Amma əgər bu sirri bir yerdə desən, göydə olsan, kəmənd atıb yerə çəkərəm, cin olub yerin altına girsən, maşa ilə çəkib çıxanb qiymə-qiymə doğrayaram. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası1. Məhşər günü.
2. Müsibət, fəlakət, bəla.
3. Gurultu, patıltı, səs-küy, mərəkə. (“Koroğlu” dastanının lüğəti)
İki bəylər bir arada durmasın,
Aşığı ağladan dəxi gülməsin,
Bu qisasdır, qiyamətə qalmasın,
Mən dəlini tutan günlər necə oldu?
(“El şairləri”)
*
Şəhərin meydanında bunları əzab-əziyyətlə öldürüb Koroğlunun ürəyinə elə bir dağ çəkək ki, qiyamətə qədər yadından çıxmasın. (Paris nüsxəsi, 9-cu məclis)
*
Bir qiyamət qopurdu ki, lap ərəsət-məhşər. (“Koroğlunun İstanbul səfəri”)
*
Qoşun şahin görmüş toyuq-cücə kimi pərən-pərən düşdü. ”Vay ana!” deyən kim, ağlayan kim, yalvaran kim. Bir qiyamət qopdu ki, nə təhər. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikasıOv üçün istifadə edilən alıcı quş. (“Koroğlu” dastanının lüğəti) Dastanda təşbeh kimi işlənir.
Qırat ilə Dürat qızılquş kimi süzüb, sıldırım qayaların dalında gözdən itdilər. (“Alı kişi”)
*
Bunu deyib, Dəmirçioğlu qızılquş kimi tullanıb Ərəb atın belinə qondu. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıŞah İsmayıl Səfəvi dövründə qoşunun adı və bu qoşunun döyüşçüsü (döyüşçülər başlarına qırmızı bağladıqlarına görə belə adlanırdı). (“Koroğlu” dastanının lüğəti)
Koroğlu der: bu məniyə dalmaya,
Müxənnətlər bu dünyada qalmaya,
İstanbulun xəracını almaya
Şeyx oğlunun qızılbaşı gərəkdir.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıQiymətli metal. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam öz elimdə,
Qızıl bazmandlar qolumda,
Dəlilər sağü solumda,
Bu günümdə tez olaydı.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”)
*
Qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. (“Alı kişi”)
Qırmızı. (“Koroğlu” dastanının lüğəti)
Qızıl almanı dişləsin,
Ətrafını gümüşləsin,
Yol düşsün, karvan işləsin,
Nigar yarın obasına.
(”Koroğlunun Qars səfəri”)
*
Canım Eyvaz, gözüm Eyvaz,
Bax o yana, bax bu yana!
Hayıfdı, qoç dəlilərim,
Boyanmasın qızıl qana!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu-Hümmət”)
Azərbaycan dastanlarının leksikası