Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında uzunluq ölçüsü kimi işlənir).
Dedim: qulac nədi? – Dedi: qolumdu.
Dedim: uzaq nədi? – Dedi: yolumdu.
Dedim: Əmrah kimdi? – Dedi: qulumdu.
Dedim: gəlsən gedək! – Söylədi: yox-yox.
(“Əmrah”)
*
Çox dolandım, oda yandım
Şamlara pərvanə kimi.
Saçı qulac, qaşı qıyqac,
Dişləri dürdanə kimi.
(“Heydər bəy”)
Azərbaycan dastanlarının leksikası