Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qiyamət ərəb

1. Məhşər günü.

2. Müsibət, fəlakət, bəla.

3. Gurultu, patıltı, səs-küy, mərəkə. (“Koroğlu” dastanının lüğəti)

İki bəylər bir arada durmasın,

Aşığı ağladan dəxi gülməsin,

Bu qisasdır, qiyamətə qalmasın,

Mən dəlini tutan günlər necə oldu?

                                                   (“El şairləri”)

*

Şəhərin meydanında bunları əzab-əziyyətlə öldürüb Koroğlunun ürəyinə elə bir dağ çəkək ki, qiyamətə qədər yadından çıxmasın. (Paris nüsxəsi, 9-cu məclis)

*

Bir qiyamət qopurdu ki, lap ərəsət-məhşər. (“Koroğlunun İstanbul səfəri”)

*

Qoşun şahin görmüş toyuq-cücə kimi pərən-pərən düşdü. ”Vay ana!” deyən kim, ağlayan kim, yalvaran kim. Bir qiyamət qopdu ki, nə təhər. (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası