Modernizm və postmodernizmdə bədii mətnin əsas növü və qurulma üsulu.
Mətnin sitatlardan və başqa mətnlərə reminissensiyalardan qurulmasını ehtiva edir. İ. bir mətnin başqası ilə əlaqələndirilməsi, mətnlərin qarşılıqlı təsiri vasitəsilə mənanın müəllifin istəyinə uyğun ifadəsini təmin edir. Postmodernist düşüncəsinə görə, hər bir mətn, əslində, intermətndir; başqa mətnlər burada müxtəlif səviyyələrdə, bu ya digər dərəcədə tanınan formalarda iştirak edir. Hər bir mətn “sitat”lardan toxunmuş parçadır, çünki həmişə mətndən əvvəl və onun əsasında dil mövcud olur. Buraya mədəni kodların, formulların, ritmik strukturların hissələri, idiomların fraqmentləri və s. daxil olur və bir-birinə qarışır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİpəkçiliklə bağlı oxunan əmək nəğmələri.
İ.N. xalq arasında bəzən kümçü (gümçü, kümzar) nəğmələri adı ilə tanınır. Bu nəğmələrdə, əsasən, ipəyin gözəlliyi, zərifliyi, baramanın əhəmiyyəti, onun bədnəzərdən qorunması və s. tərənnüm edilir:
Çıxdı qızım
Tərəcəyə,
Büküb qoydum
Bələcəyə.
Naz-naz olsun.
Yarpağı
Az-az olsun.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətişiə imamı Cəfər əs-Sadiqin oğlu İsmayılın adından
VIII əsrin ortalarında Yaxın Şərqdə yaranmış, islamın şiə təriqətinə aid ədəbiyyat.
İ.Ə. üçün təriqət təliminin fanatik təbliği xarakterikdir. Bu ədəbiyyata ərəb, fars, urdu və başqa dillərdə yazılmış dini-fəlsəfi traktatlar və bədii əsərlər daxildir. İsmailizm ortodoksal islama müxalif olaraq yaranmışdı. Onun nəzəriyyəçisi Qazi Hümanın yazdığı “İslamın əsasları” əsərindən (təxm. 950-ci il) ismaililər və şiələr indi də istifadə edirlər. X–XI əsrlərdə ismailiyyə vaizləri öz təlimlərini İranda və Orta Asiyada yayırdılar. Fars-tacik şairi Nəsir Xosrovun, Müəyyəd Şirazinin və başqalarının əsərlərində ismailizmin müxtəlif məsələləri şərh edilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜnsiyyət zamanı istifadə olunan, hamı tərəfindən eyni cür qavranılan simvollar, siqnallar sistemi.
İ.S. semiotikanın əsas tədqiqat obyektidir. Hər bir dil özlüyündə İ.S.-dir. Elm və texnikanın inkişafı ilə bağlı çoxlu belə sistemlər yaradılıb. Lakin dilin İ.S.-i onlardan ən qədimi, ilkini və mürəkkəbidir. Bədii ədəbiyyatda İ.S. dedikdə yalnız dil vahidləri deyil, obrazlar sistemi də başa düşülür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiing. lost generation, rus. потерянное поколение
I Dünya müharibəsindən sağ çıxmış, lakin mənən şikəst edilmiş gənclərə şamil olunan anlayış.
Bu gənclərin həyatı E.Heminquey, E.M.Remark, E.Paund, F.S.Fitscerald, Ş.Anderson, T.Vulf kimi yazıçıların yaradıcılığının leytmotivini təşkil edir. İ.N. 17-18 yaşında cəbhəyə çağırılmış və bu yaşda qan tökməyə başlamış gənclərdir. Onları “müharibənin nəzərə alınmamış qurbanları” da adlandırırlar. Müharibədən sonra bu insanlar çox vaxt sülh şəraitindəki həyata alışa bilmir, içkiyə qurşanır, özlərinə qəsd edir, dəli olurdular. İfadənin müəllifi kimi, adətən, Amerika yazıçısı və ədəbiyyat nəzəriyyəçisi Gertruda Stayn göstərilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMədhiyyə şəklində yazılmış qəsidə növlərindən biri.
Başlanğıcda bayramdan bəhs edən, sonradan isə mədh olunacaq adamın bayramı təbrik edilən qəsidələrə verilən addır. Adətən, Qurban, Ramazan bayramlarında önəmli şəxslər bu şəkildə təbrik olunurdu.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsərdə çətin anlaşılan arxaizmlərin, əcnəbi söz və ifadələrin, xüsusi adların və s.-nin mənasını açıqlayan kiçik mətn; şərh.
Əsasən, tərcümə əsərlərində, klassik ədəbiyyat nümunələrində rast gəlinir. İ. müəllifin özü, tərcüməçi, nəşriyyat redaktoru və ya əsəri tədqiq etmiş mətnşünas alim tərəfindən verilə bilər. Kitablarda İ.-lar iki cür göstərilir:
1) izah olunan sözün rast gəlindiyi səhifənin aşağısında,
2) kitabın sonunda, “şərhlər” bölməsində.
Səhifənin aşağısında verildikdə mətndəki müvafiq söz və ya ifadə, adətən, ulduz (*) işarəsi ilə qeyd olunur. İzahlar kitabın sonunda verildikdə mətndəki izah olunan sözlər nömrələnir. Əsərin oxucu tərəfindən tam başa düşülməsi üçün İ.-ların rolu böyükdür.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. izos – bərabər + kolon – üzv
Üslubi fiqur: qonşu cümlələrin tam sintaktik paralelliyi.
Bu zaman nitqin iki və ya daha artıq parçasında cümlə üzvləri eyni ardıcıllıqla, tam paralel yerləşdirilmiş olur; məsələn:
Mən onu sevmişdim bir ilk baharda,
O məni tərk etdi boranda-qarda. (S.Rüstəm)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti