yun. semeion – işarə
Ədəbi mətndə informasiya daşıyan işarələr sistemi; bu sistemi öyrənən elm.
Mürəkkəb fəlsəfi anlayış olan S. filoloji baxımdan mətnin sintaktik, semantik və praqmatik aspektlərdə analizini nəzərdə tutur. Qavrayışdan asılı olmayaraq sintaktik işarələr sisteminin daxili xüsusiyyətlərini, semantik işarələrlə anlayışlar arasındakı əlaqəni, praqmatik işarələrin adresat tərəfindən qavrayışı problemlərini öyrənir. S. elminin nəzəri əsaslarının işlənib-hazırlanmasında Estoniya alimi Y.Lotmanın böyük rolu olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti