Əsas tərəfin tələbinə görə asılı sözün adlıq haldan çıxaraq bu və ya digər hallara düşməsi.
İdarə əlaqəsində I tərəf asılı, II tərəf əsas tərəf olur. İdarə əlaqəsinin formal göstəriciləri hal şəkilçiləridir, yəni asılı tərəf hal şəkilçili olur; məs.: Kitabı oxudum. İşdən qayıdanda. Əlinin qələmi. Sonuncu nümunədə I tərəfdə yiyəlik, II tərəfdə mənsubiyyət şəkilçisi olduğuna görə III növ təyini söz birləşməsinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsi olur. Uzlaşma əlaqəsinə görə I tərəf əsas, II tərəf asılı, idarə əlaqəsinə görə II tərəf əsas, I tərəf asılı olur. Əlaqənin növünə görə əsas və asılı tərəflər yerini dəyişmiş olur; məs.: mənim ← işim (uzlaşma); mənim → işim (idarə).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərdə sənətkarın əks etdirməyə çalışdığı kamillik, heç bir mənfi çaları olmayan bədii obraz, qayə.
“İdea”l anlayışı, əsasən, əsərin baş qəhrəmanına və ya onun ideyasına şamil olunur. Məsələn, N.Gəncəvinin idealı ədalətli cəmiyyət, kamil insan olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin qrammatik və ya fonetik şəkillərinin deyil, yalnız mənasını əks etdirən işarələrdən ibarət yazı növü; fikri yazı.
Bu yazı növü ilə şəkli yazı və hərfi yazı arasında bir sıra fərqli və oxşar cəhətlər var. Şəkli yazı ilə müqayisədə ideoqrafik yazı fikir və ideyaları daha dəqiq əks etdirir. Piktoqramdan fərqli olaraq ideoqramlar çox zaman anlayışların birbaşa deyil, simvolik mənasını ifadə edir. Məsələn, ağ göyərçin piktoqrafiyada, sadəcə, göyərçin quşunu, ideoqrafiyada isə sülhü ifadə edir. Hərfi yazıdan fərqli olaraq ideoqrafik yazı sözün səs tərkibini deyil, onun mənasını əks etdirir. Lakin bununla yanaşı, səs, heca ifadə edən ideoqramlar da var. İdeoqrafik yazının yaranması insanlarda təfəkkür və nitqin inkişafı ilə bağlıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. idea – görüntü, forma, oxşarlıq
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya təlqin etdiyi fikir.
İdeya əsərin mövzusu və məzmunu ilə bağlı olur. O, bədii əsərin əsas qayəsini, müəllif niyyətini təcəssüm etdirir və sosial-estetik mahiyyət daşıyır. İdeyada müəllif müdaxiləsi açıq və ya gizli şəkildə özünü göstərir. Müəllif hadisə və xarakteri istədiyi rakursdan təsvir etməklə ideyanı oxucuya təlqin edir. Bəzən də, əksinə, müəllif qayəsi sətiraltı mənalarda ifadə olunur və ya müəllif hadisələrdən nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır. Bu mənada ideya yazıçının dünyagörüşü və yaradıcılıq metodu ilə sıx bağlıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif nitq hissələrinə artırılaraq işin, hadisənin keçmişə aid olduğunu bildirən hissəciklər.
Bu hissəciklər birbaşa feilin kökünə və ya başlanğıc formasına deyil, yalnız feil şəkillərinin şəkilçilərindən sonra artırılır və qoşulduğu sözü cümlənin xəbərinə çevirir. İdi, imiş əmr şəkli ilə, isə hissəciyi isə əmr, arzu və şərt şəkli ilə işlənmir. İdi və imiş xəbər şəklinin şühudi keçmiş zamanı ilə işlənə bilmədiyi halda, isə şühudi keçmiş zamanla (aldı isə//aldısa), eləcə də idi, imiş hissəciklərindən sonra da işlənə bilir: yaz-ır-dı-m-sa, yaz-acaq-mış-lar-sa və s. İsə hissəciyi artırılmış söz cümlənin müstəqil xəbəri ola bilmir, tabeli mürəkkəb cümlənin budaq cümləsində işlənərək baş cümlədəki hərəkət və ya hökmün asılı olduğu şərti bildirir: Həqiqəti bilirsənsə, deməlisən.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBirinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənən təyini söz birləşməsi; məs.: erməni vəhşiliyi, fars şovinizmi, həyat tərzi və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri, əsasən, isimlərlə ifadə olunur (silah anbarı, vətən həsrəti və s.). İkinci növ təyini söz birləşməsinin tərəfləri arasına başqa söz artırmaq olmur. Təyini söz birləşmələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf tək olur; məs.: atalar sözü, dillər əzbəri, müəllimlər otağı, ziyalılar evi, qocalar evi və s. İkinci növ təyini söz birləşməsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAhəng qanununa tabe olan və tərkibində a və ə saitləri iştirak edən qrammatik və leksik şəkilçilər: -lar, -lər (-lar2), -dan, -dən (-dan2), -an, -ən (-an2), -la, -lə (-la2) , -al, -əl (-al2), -qan, -kən, -ğan, -gən və s.
Nümunə: kitab+lar, göz+lər, ağ+ar+maq, göy+ər+mək və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTipoloji (morfoloji) quruluşuna görə dünya dil qruplarından biri: söz kökünün sabit qaldığı, şəkilçilər vasitəsilə sözün leksik və qrammatik mənasının dəyişdiyi dillər.
Asiya, Afrika və Okeaniyanın bir çox dilləri iltisaqi dillərdir. Azərbaycan dili də türk dillərinin bir qolu kimi iltisaqi dillər qrupuna daxildir. Flektiv dillərdən fərqli olaraq iltisaqi dillərdə şəkilçilər sözün kökünü dəyişmir, söz kökü ilə şəkilçi arasında dəqiq sərhəd olur; məs.: kitab+ın, kitab+lar, kitab+xana. Bu dillərdə, bir qayda olaraq, əvvəl sözün kökü, sonra isə leksik və qrammatik şəkilçilər işlənir: kitab-çı-lar, yaz-ıl-ıb və s. Bir sıra alınma şəkilçilər istisna təşkil edir (naümid, bisavad).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti