Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

eyham

Bədii əsərdə fikri üstüörtülü şəkildə çatdırmaq üsulu; ikibaşlı söz, incə işarə.

E. fikrin üstüörtülü deyilməsi baxımından kinayəyə oxşayır. Fərq bundan ibarətdir ki, kinayə daha aşkar tənqid üsuludur və obyekti gülüş hədəfinə çevirir. E. isə fikri dolayısı ilə çatdırmağa xidmət edir. Yazıçı fikrini açıq-aşkar deyə bilməyəndə E.-lardan istifadə edir. N.Gəncəvi poemalarında ədalətli hökmdar və ideal cəmiyyət haqqında fikirlərini E.-larla çatdırıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

Ezop dili

Fikrin üstüörtülü, məcazi, eyhamlı şəkildə ifadəsi.

M.ö. VI–V əsrlərdə yaşadığı güman edilən yunan şair-təmsilçisi Ezopun adı ilə bağlıdır. O, dövrünün mənəvi eybəcərliklərini, ictimai ədalətsizliyi təmsil dili ilə tənqid edib. Sonralar bədii əsərlərdə fikrin işarələr və kinayələrlə dolu ifadə tərzi E.D. adlandırıldı. M.Ə.Sabirin satirik üslubda yazılmış “Çığırma, yat, ay ac toyuq”, “Nolur şirin-məzaq etsə...” kimi şeirləri E.D. ilə yazılıb. Bu əsərlərdə şair zülm və haqsızlığa qarşı nifrətini “hin”, “toyuq”, “halva” kimi sözlərdən istifadə etməklə bildirir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti