Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

domen

lat. dominium – mülk, sahə

Say­tın internet şəbəkəsində yerini müəy­yənləşdirməyə imkan verən, hərf və işa­­­rə­­lərdən ibarət simvolik ad.

D. – say­tın yadda saxlanılması çətin olan aypi-ünvanının sadə əvəzləyicisidir. Beynəlxalq razılaşmaya görə, o, iki səviyyədən iba­rət­dir. İki-üç hərfdən ibarət birincidərəcəli D. saytın yaradıldığı ölkəni göstərir; məs.: Azərbaycan – az, Türkiyə – tr, Yaponiya – jp və s. Bundan başqa, coğrafi mən­su­biyyətlə deyil, saytın istiqaməti ilə bağlı olan birincidərəcəli D. adlar da mövcuddur; məs.: com – kommersiya, org – qeyri-kommersiya, edu – təhsil müəssisələri üçündür. İkincidərəcəli D.-lər isə xüsusi səlahiyyətə malik təşkilatlar tərəfindən bilavasitə saytların sahiblərinə çox zaman ödənişli əsaslarla icarəyə verilir. Adətən, onu icarədarın özü seçir; məs.: azleks.az.

Jurnalistika terminləri lüğəti

dövlət sirri ilə işləməyə buraxılma

Və­təndaşların dövlət sirri təşkil edən məlu­matlarla tanış olmağa, müəssisə, idarə və təş­kilatların isə belə məlumatlardan isti­fadə etməklə işlərin icrasına buraxılması hü­qu­qunun rəsmiləşdirilməsi qaydası.

D.S.İ.­İ.B. könüllülük prinsipi əsasında həyata keçirilir, bu hüquq, bir qayda ola­raq, ölkə vətəndaşlarına şamil edilir. Belə informa­siyalarla tanış olmağa və işləməyə bura­xılan vəzifəli şəxs və vətəndaş, o cümlədən jurnalist: ona etibar edilmiş dövlət sirri təşkil edən məlumatların ya­yıl­maması ba­rə­də öhdəlik götürməli; dövlət sirri haq­qında qanunvericiliyin pozul­masına görə məsuliyyət nəzərdə tutan normalarla tanış olmalı; həmin qanun­vericilikdə əksini tap­mış müvəqqəti məh­dudiyyətlərə, habelə onun barəsində sə­la­hiyyətli orqanlar tərə­findən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməlidir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti