Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

vərəq

1. Müəyyən formatda kəsilmiş na­zik, dördkünc kağız lövhə. V. iki üzdən – iki səhifədən ibarətdir.

2. Bax: çap vərəqi.

3. Məcazi mənada: nəyinsə inkişafında bir mərhələ, bitmiş zaman; məs.: tarixin vərə­qini çevirmək, yaddaşı vərəqləmək.  

Jurnalistika terminləri lüğəti

vəkil sirri

Vəkilin peşə fəaliyyəti ilə əla­qədar aldığı məlumatlar, verdiyi məslə­hətlər, arayışlar barədə yayılması qadağan edilən informasiya.

V.S. hüquqi rejiminə görə konfidensial informasiya sayılır. Və­killərə və onların təşkilatlarına edilən ­bü­tün müraciətlər sirr kimi qorunur. Mü­raciət edən şəxsin istəyi olmadan bu barədə mə­lumatlar mediada açıqlan­ma­malıdır. Onlar məhkəmədə də sübut kimi qiymət­ləndirilə bilməz. Vəkilin peşə sirrini qoru­yacağı ba­rədə andının mətni müvafiq qanunvericilik aktında öz əksini tapıb.

Jurnalistika terminləri lüğəti

vətəndaş jurnalistikası

Vətəndaşların informasiyanın toplanması və yayılması is­tiqamətində məqsədyönlü fəaliyyəti.

V.J. qeyri-professionalların jurnalistika ilə məş­ğul olması, əvvəllər istehlakçı ro­lunda çıxış edən insanların özlərinin informasiya isteh­salçısına çevrilməsidir. Onun yaranması internet və rəqəmsal texno­logiyaların inkişafı nəticəsində mümkün olub. V.J. ilk dəfə diq­qəti ciddi surətdə 1999-cu ildə Sietldə (ABŞ) cəlb edib. Anti­qlobalistlərin etiraz tədbirinin iştirakçıları müstəqil media mər­kəzi yaradaraq özləri tədbirdən canlı yayım təşkil ediblər. V.J. professional jurnalistlərin diqqətindən kə­narda qalan faktların, mü­hüm hadisələrin «içəridən» işıqlan­dırıl­masında vacib rol oy­nayır. Qərbdə ona «ictimai jurnalistika» da deyilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

vətəndaş mediası

Vətəndaşların professional jurnalistika fəaliyyətindən kənar ­informasiya mübadiləsi aparmaq üçün ya­rat­dıqları kütləvi kommunikasiya vasitə­lərinin cəmi.

Bu vasitələr bloqlardan, podkastlardan, saytlardan, forumlardan, icma radiolarından və s.-dən ibarətdir. İnternet V.M.-nın fəaliyyət göstərdiyi əsas plat­for­madır, bununla belə, o öz məh­sullarını başqa üsullarla (vərəqələr, disklər və s.) da yaya bilər. Terminin müəllifi amerikalı me­dia mütəxəssisi Klemensia Rodrigesdir. O, 2001-ci ildə çapdan çıxmış «Media mən­zərəsində çatlar» kitabında V.M.-na belə tərif verib: «yeni media və qarşılıqlı əlaqə formalarını əhatə edən, icmaların birlə­şərək sosial qaydalarla, legitim anla­yış­larla, institusional ictimai münasibətlərlə müba­hisə açmasına imkan yaradan konsepsiya».

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

vicdanlı səhv

Jurnalistin öz peşə fəa­liyyətini vicdanla yerinə yetirməsinə bax­­mayaraq, bilmədən yol verdiyi yanlış­lıq.

Bəzi hallarda media əməkdaşları mə­lumatı yaymazdan əvvəl onun həqi­qətə uyğun­luğunu müəyyənləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edir, lakin özlərindən asılı olmayan sə­bəb­lər üzündən buna nail olmurlar. Ona görə də diffamasiya ilə bağlı şikayətlər araş­dırı­l­ar­kən jurnalistin hansı şəraitdə səhvə yol verdiyi, redak­si­yanın mümkün yanlışlığı aradan qaldırmaq üçün nə kimi tədbirlər gördüyü də nəzərə alınmalıdır. Jurnalistin «vicdanlı səhvə yol vermək hüququ» ilk də­fə ABŞ Ali Məhkə­məsinin «New-York Times Sallivana qarşı» (1964) işi üzrə qə­rarında əksini tapıb və mahiyyət etibarilə sonradan Avropa Məh­kəməsi tərəfindən başqa işlərdə (məs.: «Dalban Rumı­ni­yaya qarşı», 1999) tətbiq edilib.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti