1. Hər hansı prosesin, hadisənin xronoloji ardıcıllıqla uzun müddət televiziya proqramında işıqlandırılması.
T.S. birtipli veriliş çərçivəsində yaradıla, yaxud müxtəlif janrlarda materiallar toplusundan ibarət ola bilər.
2. Hər hansı prosesi, hadisəni xronoloji ardıcıllıqla təsvir edən irihəcmli televiziya məhsulu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTeleviziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirilmək məqsədilə yaradılan müstəqil dövlət qurumu.
T.R.Ş.-larının əsas vəzifələri yayımçıların fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Onlar ölkədə teleradio məkanının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir; teleradio yayımının texniki və keyfiyyət standartlarını müəyyən edir; teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) verir, bu məqsədlə müsabiqə keçirir; teleradio yayımçılarına qarşı inzibati tənbeh və digər məsuliyyət tədbirləri tətbiq edir. T.R.Ş.-ları dövlət başçısı, parlament, yaxud dövlət başçısı ilə parlament tərəfindən müştərək qaydada yaradılır. Belə təşkilatlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır (federal komissiya, komitə, ali şura və s.).
Jurnalistika terminləri lüğətiyun. thesauros – ehtiyat, xəzinə
Hər hansı dilə, elm, yaxud fəaliyyət sahəsinə aid anlayışların bir-biri ilə əlaqəli və sistemləşdirilmiş şəkildə izahından ibarət lüğət.
Qlossaridən fərqli olaraq T.-da sözlər arasında semantik əlaqələr (sinonimlər, antonimlər), onların işlənmə kontekstləri də öz əksini tapır.
Jurnalistika terminləri lüğətiSiyasi, elmi, nəzəri, bədii, texniki və s. bilikləri, ideyaları kütlələr içərisində yaymaq məqsədilə həyata keçirilən davamlı fəaliyyət.
Bəzən jurnalistika ilə qarışdırılan, onun əsas funksiyalarından biri hesab edilən T., əslində, kütlələrə təsir etmək, onları yönəltmək, hansısa siyasətə və ya ideologiyaya inandırmaq, müəyyən dünyagörüşü formalaşdırmaq üsuludur. Siyasi, yaxud ideoloji T.-ın özəyini həqiqət axtarışı deyil, müəyyən partiya və ya qrupun baxışlar sistemi təşkil edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti