lat. simulacrum – bənzəmə, oxşama
Reallıqda mövcud olmayan bir şeyin təsviri, imitasiyası.
XIX əsrədək bu termin, əsasən, ilahların heykəl və təsvirlərinə aid edilirdi. Əsrin sonlarından etibarən o, filosoflar tərəfindən daha geniş – müasir anlamında işlədilməyə başladı. 1950-ci illərdən isə modelləşdirilmiş mühit, qeyri-real qəhrəmanlar (S.-lar) Amerika, ardınca bütün dünyada bir çox uğurlu teleserialların əsas elementinə çevrildilər. CBS teleşirkətinin məşhur «Missiya yerinə yetirilməzdir» serialı (1966–1973) buna parlaq misaldır.
Jurnalistika terminləri lüğətiBir neçə yayım stansiyasının eyni tezlikdə işləməsi və yaxud müxtəlif tezliklərdə eyni proqramı yayması.
S.Y., əsasən, tezlik kanallarının sayı çox olmayan orta dalğa diapazonunda aparılır. Bəzən mühüm tədbirlərin işıqlandırılması zamanı fərqli dalğalarda eyni informasiya mənbəyindən S.Y. həyata keçirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. cicero – Qədim Roma natiqi və dövlət xadimi Siseronun adından
1. Ölçüsü 4,5 mm-ə (12 punkt) bərabər olan mətbəə şrifti.
Bu şrift ilk dəfə 1465-ci ildə Siseronun əsərinin çapında tətbiq edildiyi üçün belə adlandırılıb.
2. Sətrin uzunluğunun və hündürlüyünün, hərflər və sətirlər arasında məsafənin ölçü vahidi.
S. – poliqrafiyada, qəzet və jurnal səhifələnməsində geniş tətbiq olunan termindir: sütunların dəqiq ölçüsü S. ilə müəyyənləşdirilir.
3. Təsviri sənət həvəskarlarının rəsm əsərlərini nümayiş və müzakirə etdikləri geniş onlayn şəbəkə.
Jurnalistika terminləri lüğətilat. citare – istinad etmək
Yazılı və ya şifahi mətnin hər hansı parçasının başqa mətndə dəyişdirilmədən, mənbəyə istinadla işlədilməsi.
S.-lara fikrin təsdiqi, sübutu, qüvvətləndirilməsi, yaxud təkzib edilməsi vasitəsi kimi, müdrik kəlamın auditoriyaya xatırladılması üçün və s. hallarda müraciət olunur. S.-ı əsas mətndən ayırmaq üçün yazıda onu dırnaq arasına salır, şifahi nitqdə əvvəli və sonunu elan edirlər. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına görə, başqa mətndən və ya çıxışdan S. gətirərkən jurnalist onun harada başlandığını və bitdiyini auditoriyaya dəqiq bildirməyə borcludur.
Jurnalistika terminləri lüğətiSiyasi hadisələri və problemləri, politologiyaya aid məsələləri işıqlandıran, araşdıran geniş jurnalistika sahəsi.
S.J. məsələnin mahiyyətindən asılı olaraq idmandan, musiqidən tutmuş beynəlxalq münasibətlərə qədər həyatın bütün sahələrini, bütün jurnalistika janrlarını əhatə edə bilər. Media işçilərindən xüsusi bilik və bacarıqlar tələb edən S.J. bir çox ali məktəblərdə ayrıca kurs şəklində tədris olunur; siyasət şöbələri, xəbər xidmətləri ilə yanaşı, redaksiyaların strukturunda əsas yer tutur. S.J. həm də politologiyanın bir qolu sayılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiCəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən ictimai-siyasi hadisələr, faktlar barədə xəbərlər, şərhlər, rəylər.
Dövlət orqanlarının addımları, müzakirələri və qərarları, ölkənin siyasi qurumlarının fəaliyyəti, daxili idarəçiliyin həyata keçirilməsi ilə əlaqədar məsələlər, beynəlxalq münasibətlər S.İ.-ların əsas mövzularıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSiyasətin həyatın digər sahələrinə həddən artıq nüfuz etməsi, istənilən ictimai əhəmiyyətli hadisəyə, fakta siyasi çalar və ya izah verilməsi.
«Kütləvi informasiya vasitəsinin S.-si» dedikdə onun vahid bir siyasi qüvvəyə, yaxud ideologiyaya bağlılığı, bütün hadisələrə və problemlərə baxışda həmin qüvvənin mövqeyindən, eyni ideologiyadan çıxış etməsi, siyasi qərəzlilik göstərməsi nəzərdə tutulur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti