lat. regestrum – siyahı
İctimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və əldə olunan sənədləşdirilmiş informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusu.
S.R.-nin formalaşdırılmasının informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması, informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi, informasiya sorğularının tam, dəqiq və operativ cavablandırılması kimi məqsədləri var. S.R. informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlardan ibarətdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Televiziya proqramlarının beynəlxalq müqavilələr əsasında digər ölkənin ərazisində yayımlanması.
2. Dövlətin üzərinə televiziya proqramlarının sərhədsiz translyasiyasına və retranslyasiyasına maneə yaratmamaq öhdəliyi qoyan prinsip.
Bu prinsip 1989-cu ildə qəbul olunmuş «S.T. haqqında» Avropa konvensiyasında əksini tapıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDünya mediasının istənilən ölkədə baş verən neqativ proseslərə ciddi reaksiya verməli olduğunu iddia edən konsepsiya.
Bu konsepsiyanın tərəfdarları qloballaşmanın jurnalistikadan da yan keçmədiyini bildirir və peşə prinsiplərinin universallığı ideyasından çıxış edirlər. Onlar jurnalistləri beynəlxalq əməkdaşlığa çağırır, müxtəlif ölkələrin KİV-də çalışan peşəkarlardan ibarət qruplar, ortaq saytlar yaradaraq birgə tədqiqatlar həyata keçirir, köməyə ehtiyacı olanlara dünya miqyasında yardım kampaniyaları təşkil edirlər. Misal: «Qloballaşma əsrində siyasət, iqtisadiyyat, informasiya milli sərhədləri aşırsa, jurnalistlər də eyni şeyi etməlidirlər» (Alfter Bricitt, «Sərhədsiz jurnalistika» kitabından).
Jurnalistika terminləri lüğətiElastik mühit zərrəciklərinin mexaniki titrəyişinin doğurduğu psixo-fizioloji duyğu.
İnsanın duya bildiyi səs titrəyişinə təxminən 20–20.000 hers intervalında tezlik sahəsi uyğun gəlir. Bundan aşağı tezlikli titrəyişlər infrasəs, yuxarı tezlikli titrəyişlər isə ultrasəs adlanır.
Həmçinin bax:
Kino, video məhsullarında təsviri müşayiət edən səslərin, musiqi və küylərin yazılması üçün maddi daşıyıcı üzərində ayrıca xətt, kanal.
Teleradio yayımında S.C.-ndan müstəqil informasiya mənbəyi kimi də (məsələn, kinofilmdən mahnı) istifadə edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSəs elementlərinin planlaşdırılması, yaradılması və idarə olunması prosesi, dizaynın bir növü.
S.D. radio və televiziya verilişlərinin hazırlanması, çəkilişi, yazılması və post-prodakşn mərhələlərində, kompüter proqramları və oyunlarının istehsalında məhsulun keyfiyyətinə mühüm təsir göstərən amildir.
Həmçinin bax:
Televiziya və radio studiyasında kənar küy.
S.F.-nun dərəcəsi belə küylərin səviyyəsi ilə ölçülür. Onlar müxtəlif səbəblərdən – kənar səs effektlərinin studiyaya döşəmədən, tavandan və divarlardan keçməsi, binanın konstruksiyalarının vibrasiyası, havalandırma sisteminin uğultusu və s. nəticəsində yaranır. İstənilən halda verilişin keyfiyyətli alınması üçün S.F.-nun səviyyəsi yolverilən həddi keçməməlidir. Buna aparat-studiya bloklarının düzgün planlaşdırılması, studiyanın xüsusi səskeçirməyən materiallarla döşənməsi və s. üsullarla nail olunur.
Jurnalistika terminləri lüğəti1. Görüntünün səs müşayiətini yaratmaq məqsədilə bir neçə mənbədən alınan səs siqnallarının birləşdirilməsi üçün qurğu.
S.M. müxtəlif girişlərə gələn səs siqnallarını çıxışda bir siqnala çevirir; məsələn, dəyirmi masa zamanı studiyada əyləşmiş hər iştirakçı öz mikrofonuna danışır və bu mikrofonlar ayrı-ayrılıqda mikşerə qoşulur. Mikşer bütün səsləri toplayaraq çıxışa vahid siqnal şəklində ötürür və həmin siqnal videolentdəki bir kanala yazılır.
2. Səs rejissorunun pultu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSəsyazma materiallarının ayrı-ayrı fraqmentlərinin məntiqi ardıcıllıqla birləşdirilərək kompozisiya baxımından bütöv hala gətirilməsi prosesi.
Bir qayda olaraq, S.M. filmin, verilişin videomontajından sonra üç mərhələdə həyata keçirilir: səs sırası elementlərinin seçilməsi; ardıcıl yerləşdirilməsi; birləşdirilməsi. Səs effektlərinin, musiqi müşayiətinin, qəhrəmanların dialoqlarının təmiz və təhrifsiz səslənməsini təmin etmək, fonoqramı videocərgə ilə sinxronlaşdırmaq bütövlükdə filmin (verilişin) keyfiyyətini müəyyənləşdirən amillərdəndir. Buna görə dünyanın nüfuzlu yaradıcılıq müsabiqələrində ən yaxşı S.M. üçün xüsusi mükafatlar təsis olunur (ABŞ-da «Oskar», Kanadada «Cini», Britaniyada «Bafta» və s.).
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMaddi obyekt, hadisə, insan xarakteri haqqında assosiasiya yaradan, təsəvvürdə onların xəyalını canlandıran səs elementlərinin (nitq, musiqi, küy) məcmusu.
S.O. anlayışı radio verilişlərində istifadə olunan ifadə vasitələrinin dinləyici tərəfindən qavranılması sahəsində araşdırmaların nəticəsi kimi XX əsrin 70-ci illərində jurnalistikaya daxil edilib. S.O.-nın strukturunda bütün elementlər – söz, musiqi, küy, tembr və s. – eyni dərəcədə əhəmiyyətlidir, çünki onların hər biri obrazın yaradılmasında həlledici əhəmiyyət daşıya bilər. S.O. televiziya verilişi və kinofilmlərdə də bədii təsvir vasitələrindən biri kimi çıxış edir, yaxud müəllifin bilavasitə süjetlə bağlı olmayan fikrinin ifadə forması rolunu oynayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSəslərin yazılması və işlənməsi üzrə mütəxəssis, texniki işçi.
Radio və televiziyada onun başlıca vəzifəsi fonoqramın təmiz və keyfiyyətli olmasını, verilişlərdə səslərin bir-birinə qarışmamasını, düzgün balansını və s.-ni təmin etməkdir. Birbaşa efirdə işləyən S.O.-ndan xüsusilə hazırlıq tələb olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiFilmlərdə, verilişlərdə səs materiallarının, səs obrazlarının yaradılması, işlənməsi və efirə verilməsi prosesinə rəhbərlik edən mütəxəssis.
S.R. radio və televiziyada mətnlərin, küylərin, musiqinin yazılmasına, səsin bədii və texniki keyfiyyətinə, onun vaxtında açılıb-bağlanmasına, fonoqram hazırlanarkən mikşerin hərəkətinə və s.-yə nəzarəti həyata keçirir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti