lat. re – təkrar + lat. translatio – ötürmək, veriliş
Teleradio yayımçısının ötürdüyü proqramların (verilişlərin) qəbulu və eyni vaxtda yenidən yayımlanmasını təmin edən avadanlıq.
R. bir məntəqədən verilən məlumatın qəbul edilərək gücləndirilməsi və digərinə ötürülməsi üçündür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. retouche < lat. re – təkrar + fr. touche – toxunmaq
Təsvirə düzəlişlər verilməsi, köhnəlmiş elementləri bərpa etmək üçün onların yenidən işlənməsi üsulu.
Bu üsul poliqrafiyada fotoşəkillərin orijinallarının, neqativlərin çapa hazırlanması, diapozitivlərin qaydaya salınması üçün tətbiq olunur. Texniki R.-da təsadüfi qüsurlar (nöqtə, ləkə, cızıq və s.) aradan qaldırılır, silinmiş cizgilər bərpa olunur, qradasiya R.-unda təsvirlərin ayrı-ayrı sahələri tündləşdirilir, yaxud açıqlaşdırılır. Uzun illər əllə icra edilən bu əməliyyatlar XX əsrin sonlarından etibarən kompüterdə xüsusi proqramların köməyi ilə həyata keçirilir.
Jurnalistika terminləri lüğətilat. recensio – baxış, qiymət
Yeni əsərin, tamaşanın, məqalə, yaxud verilişin təhlili və qiymətləndirilməsi; jurnalistikanın, elmi və ədəbi tənqidin janrlarından biri.
R.-da əsərin biblioqrafik təsviri, məzmunu, kompozisiyası, problem dairəsi haqqında məlumat verilir, onun barəsində rəy bildirilir.
Jurnalistika terminləri lüğətilat. reverberatio – əksetdirmə
Elektrik vasitəsilə, elektroakustik metodlarla süni reverberasiya yaradılması üçün qurğu.
Bu qurğudan radio və televiziya verilişlərində xüsusi akustik effektlərin alınması (məsələn, səsin həcminin artırılması) məqsədilə istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. registrum – daxil edilmiş, yazılmış
1. İctimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı elektron məlumatlar toplusu, informasiya resursu.
Sorğuların sayt üzərindən qəbul edilməsi və cavablandırılması üçün R.-in yaradılması zəruridir.
2. Sənədlərin, əmlakın və s.-nin qeydə alındığı uçot kitabı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. rating – qiymət, dərəcə
Obyektin (şəxsin, təşkilatın, ölkənin və s.) müəyyən meyarlar üzrə hesablanmış qiymət göstəricisi, yaxud nüfuz səviyyəsi.
R. siyasətdə, iqtisadiyyatda, incəsənətdə, sosial həyatda çox geniş tətbiq sahəsinə malik termindir. Onun ölçülməsi üçün ictimai rəy sorğularının, ekspert qiymətləndirmələrinin, media araşdırmalarının nəticələri, habelə idman nailiyyətləri, istifadəçilərin sayı, gəlir səviyyəsi və bu kimi ən müxtəlif meyarlar əsas götürülə bilər. R.-lər auditoriyanın böyük marağına səbəb olduğu üçün media orqanları onları tərtib etməyə və yaymağa meyillidir. Media sahəsində də dünyada və ölkədə söz azadlığının səviyyəsinin, ayrı-ayrı KİV-in, xüsusilə televiziya kompaniyaları və saytların populyarlığının ölçülməsi praktikası geniş tətbiq olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. resonare – əks-səda vermək, səsi təkrarlamaq
1. Xarici periodik qüvvənin təsiri ilə daxili rəqs tezliyinin üst-üstə düşməsi nəticəsində obyektin titrəyiş amplitudasının kəskin artması.
Akustik sistemlərin yaradılması və qurulması zamanı bu effekt nəzərə alınır. Çox zəif səs R. vasitəsilə gücləndirilə bilər. Radio və televiziya yayımında R. mühüm rol oynayır: radioya qulaq asa bilmək üçün ötürücü stansiya ilə qəbuledici qurğunun tezlikləri üst-üstə düşməlidir.
2. Qapalı məkanda səsin əks-səda yaradaraq yüksəlmək xassəsi.
3. Bir məsələyə kəskin surətdə artmış ictimai maraq; jurnalist materialına, hər hansı əsərə ictimaiyyətin geniş reaksiyası.
Belə reaksiyaya nail olmadan jurnalistika cəmiyyətdə öz ictimai funksiyalarını yerinə yetirə bilməz.
Jurnalistika terminləri lüğəti1. Rəqəmli simvolların ardıcıllığından ibarət, tərkib hissələrinə bölünə bilən informasiya, habelə özündə belə informasiya daşıyan siqnal.
İstənilən R. siqnal «ikili kod»dan – məntiqi 0-dan («sıfır») və məntiqi 1-dən («vahid») ibarətdir. «Morze əlifbası»nda bütün hərflər nöqtə və tirelərlə ifadə olunduğu kimi, burada da hər növ informasiya «sıfır» və «vahid»lərin müəyyən kombinasiyasına uyğun gəlir.
2. Rəqəmli simvolların ardıcıllığından ibarət və tərkib hissələrinə bölünə bilən siqnallarla işləyən texnologiya, texnika və s.
Həmçinin bax:
İnformasiyanın rəqəmsal texnologiyalar əsasında işləyən elektron avadanlıqla, tozlandırma və ya termik təsir üsulları ilə maddi daşıyıcı üzərinə köçürülməsi prosesi.
Bu texnologiya çap prosesində bir neçə mərhələni (məsələn, çap formalarının hazırlanması) ixtisara salmağa, işi sürətləndirməyə və xərclərə qənaət etməyə (xüsusilə aztirajlı nəşrlərin hazırlanması zamanı) imkan verir.
Jurnalistika terminləri lüğəti