ing. gonzo – ağlı çaşmış
Jurnalistikada hadisələrin təsvirini birinci şəxsin adından verən tam subyektiv üslub.
Bu üslubda hazırlanmış materiallarda jurnalist hadisələrin iştirakçısı kimi çıxış edir, onların mahiyyətini oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırmaq üçün şəxsi fikirlərinə,
emosiyalara geniş yer verir. Sarkazm, yumor, şişirtmə, hətta normadan kənar leksika Q.J. üslubunun səciyyəvi xüsusiyyətləridir.
Jurnalistika terminləri lüğətilat. graphicos – yazılı
1. Müxtəlif proseslərin kəmiyyət göstəricilərinin cizgilərlə (xətlərlə) əyani təsviri;
2. İstehsalatda, nəqliyyatda və s. sahələrdə yerinə yetirilməli olan işlərin müddətini və normaları dəqiq göstərən cədvəl, plan; məs.: qəzetin buraxılış qrafiki.
Jurnalistika terminləri lüğətiyun. graphikos – yazılı + ing. design < lat. designare – müəyyənetmə, fikrində tutma
Obyektin vizual görünüşünü yaxşılaşdırmaq, funksional imkanlarını genişləndirmək və estetik keyfiyyətini artırmaq üçün qrafik elementlərdən istifadə etməklə onun layihələndirilməsi; dizaynın bir növü.
Q.D.-dan nəşriyyatlarda, reklam işində, veb-səhifələrin, kompüter proqramlarının hazırlanmasında geniş istifadə olunur.
Həmçinin bax:
yun. graphikos – yazılı
1. Kütləvi informasiya vasitələrində tez-tez istifadə olunan təsviri sənət növü, ştrix, cizgi (xətt), ləkə və nöqtələrlə şəkilçəkmə üsulu.
Q.-da, adətən, bir rəngdən istifadə olunur, ağ kağız – fon rolunu oynayır, buna görə də çap mediasında ona geniş yer verilir. TV və internetdə də kompüter qrafikasının əsasında eyni prinsiplər durur.
2. Qrafika üsulu ilə ifa olunmuş sənət əsərləri; məs.: qrafik əsərlər sərgisi.
3. Hərflərin və səslərin yazılı işarələrlə təsviri, əlifba; məs.: latın qrafikası, kiril qrafikası.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. gramma – hərf, yazılı işarə
1. Dilçilik elminin söz və cümlənin quruluşunu öyrənən bölməsi.
Q. iki hissədən – morfologiya və sintaksisdən ibarətdir.
2. Hər hansı dilə xas olan sözlərin dəyişməsi, cümlə içərisində birləşməsi üsul və qaydalarının məcmusu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. grant – hədiyyə, bəxşiş
Xüsusi layihələri və məqsədli proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən əvəzsiz yardım.
Belə yardımlar humanitar, sosial və ekoloji layihələrin, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış obyektlərin və infrastrukturun bərpası üzrə işlərin, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramların, tədqiqat və layihələndirmə işlərinin, cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramların hazırlanmasına və həyata keçirilməsinə yönəldilə bilər. Q. yalnız konkret məqsədlər üçün maliyyə vəsaiti şəklində və ya başqa maddi formada təmənnasız verilir. Onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək, habelə bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunvericilik aktlarının qəbulu üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, siyasi təşkilatların və ya xadimlərin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən yardım Q. sayılmır.
Jurnalistika terminləri lüğətifr. grotesque – əcaib, komik; ital. grottesco – əcaib, grotta – mağara
1. İncəsənətdə, ədəbi əsər və publisistik yazılarda insanları və onların münasibətlərini, əşyaları eybəcər-komik, fantastik dərəcədə şişirdilmiş formada təsvir edən bədii obrazlılıq üsulu.
2. Qarışıq insan, heyvan, bitki, əşya fiqurlarından ibarət dekorativ sənət növü, ornament. □ Bu ornamentə ilk dəfə Qədim Roma binalarının qalıqlarında aparılan arxeoloji tədqiqatlar zamanı mağaranı xatırladan yeraltı tikililərin divarlarında rast gəlinib. Q. sözü buradan yaranıb.
3. Ucları kəsik mətbəə şrifti.
Jurnalistika terminləri lüğətiing. Google – kompaniyanın adı ilə
İnternet şəbəkəsində ən çox müraciət olunan axtarış sistemi.
Sistem Google İnc. korporasiyasına məxsusdur. Q. ABŞ-ın Stenford universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə yaradılıb. Bəzi ingilis və Amerika lüğətlərində terminin kriket şarı növünün (googly), digərlərində 10100 rəqəminin (googol – bir, yanında yüz sıfır) adından törədiyi göstərilir. İngilis dilinin etimoloji lüğətində ikinci versiyaya üstünlük verilir: «Ad korporasiyanın yaradıcıları Larri Peycin və Sergey Brinin «şəbəkədə sonu görünməyən sayda informasiya təşkil etmək» missiyasını əks etdirir».
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. Google+ – kompaniyanın adı ilə
Google İnc. korporasiyası tərəfindən yaradılmış sosial şəbəkə.
Q.P. şəbəkəsi 2011-ci ildən istifadəçilərə internetdə dairələr, mövzular, videogörüşlər, mobil versiya kimi komponentlər vasitəsilə ünsiyyət qurmaq imkanı verir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti