lat. humor – maye
1. Həyatdakı hər hansı nöqsanın zahirən gülüş, daxilən narahatlıq doğuran tənqid forması, fikri ifadə tərzi.
Satiradan, ironiyadan – rişxənddən fərqli olaraq Y.-un arxasında xoş məram, tənqid obyektinə müsbət təsir göstərmək cəhdi durur. Y.-a «dost gülüşü» də deyilir və bir çox kütləvi informasiya vasitələrində eyniadlı rubrikalar yaradılır. Misal: «Əgər ciddinin arxasında gülüş gizlənirsə, bu – ironiyadır, əgər gülüşün arxasında ciddi gizlənirsə, bu – yumordur» (Artur Şopenhauer).
2. Hadisələrin, proseslərin gülüşdoğuran tərəflərini görmək və ciddi tənqidi fikri zarafatla ifadə etmək bacarığı.
Jurnalistika terminləri lüğəti