lat. lobium – qalereya
Dövlət orqanlarının qərarlarına təsir göstərmək yolu ilə cəmiyyətin müəyyən dairələrinin maraqlarını müdafiə edən, yaxud bir ölkənin başqa ölkədə maraqlarını təmin etməyə, müsbət imicini yaratmağa çalışan təşkilatların, qrup və şəxslərin fəaliyyəti.
L.-lə xüsusi şirkətlər, KİV və jurnalistlər, diaspora cəmiyyətləri ilə yanaşı, dövlət orqanlarının öz məmurları, deputatlar da məşğul ola bilərlər. Bəzi ölkələrdə L. fəaliyyətinin dövlət idarəçiliyinə vura biləcəyi ziyanın qarşısını almaq məqsədilə xüsusi qanunlar qəbul olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. logos – söz + types – iz
Hər hansı müəssisənin cəmiyyətdə tanınması, seçilməsi məqsədilə hazırlanmış orijinal qrafik görüntü, simvol.
L. qrafik işarə, tam, yaxud qısaldılmış ad, hərf, rəqəmdən ibarət ola bilər. Demək olar ki, bütün media orqanlarının öz L. var. Teleradiokompaniyaların L.-ləri, adətən, simvoldan, nəşrlərin və saytların L.-ləri çox vaxt onların xüsusi şriftlə, fərqli üslubda yazılmış adlarından ibarət olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. lokalis – yerli, məhəlli
Növü və texniki göstəricilərindən asılı olmayaraq müəyyən qapalı dairədə fəaliyyət göstərən rabitə sistemi.
Kiçik otaqda bir-biri ilə əlaqəli iki kompüter artıq L.Ş. yaradır. L.Ş., adətən, məhdud ərazidə (ofis, müəssisə daxilində və s.) qurulur. Lakin L.Ş.-ni xarakterizə edən əsas cəhət məsafə deyil, istifadəçi dairəsinin qapalılığıdır; məsələn, Yerdəki idarəetmə mərkəzi ilə ondan 12.000 km məsafədə yerləşən kosmik stansiya arasında əlaqə yaradan rabitə sistemi L.Ş.-nin bir növüdür.
Jurnalistika terminləri lüğəti1. Dilə daxil olan bütün sözlərin cəmi.
2. Müəyyən üsulla (adətən, əlifba sırası ilə) ardıcıl düzülən, düzgün yazılışı, mənşəyi, mənası, başqa dilə tərcüməsi, tələffüzü və s. haqqında məlumat verilən sözlər toplusu.
L.-lər məqsədlərinə və aid olduqları sahələrə görə fərqlənir: orfoqrafik L., etimoloji L., frazeoloji L., terminoloji L. və s.
Jurnalistika terminləri lüğəti