Redaksiyada yaradıcılıq fəaliyyətinin planlaşdırılmasını həyata keçirən, habelə təşkilati işlərin icrasına rəhbərlik və nəzarət edən mərkəz.
K., adətən, mətbu KİV-də yaradılır. Onun vəzifələrinə nəşrin hər sayının planlaşdırılması mərhələsindən başlayaraq buraxılış işıq üzü görənədək bütün prosesləri nəzarətdə saxlamaq, redaksiya tapşırıqlarının vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. casus – hadisə, əhvalat
1. Dolaşıq, qeyri-adi, gözlənilməz şərait.
K.-ların təhlili treninqlər zamanı jurnalistləri belə şəraitlərə hazırlamağa kömək edir.
2. Hüquqda: qayda pozuntusunun zahiri əlamətlərini özündə əks etdirsə də, şəxsin iradəsindən asılı olmayan və hüquqi baxımdan məsuliyyət yaratmayan hadisə, təsadüfi əməl.
3. Məhkəmə praktikasında mürəkkəb və mübahisəli iş.
Jurnalistika terminləri lüğətialm. kern – əsas, nüvə
Mətndə qoşa simvollar arasında məsafənin dəyişdirilməsi.
Bu, müxtəlif yazılış formalarına malik hərflər, işarələr arasında vizual məsafəni bərabərləşdirmək üçün tətbiq olunur. Şrift nə qədər böyükdürsə, K. də mətnin estetik görünüşü və rahat qavranışı baxımından bir o qədər mühüm əhəmiyyət kəsb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiAktual siyasi, iqtisadi və sosial mövzuları obyektiv işıqlandıran, öz fəaliyyətində yüksək peşə standartlarını rəhbər tutan kütləvi informasiya vasitələri.
K.M.-nı digər KİV-dən (məsələn, «bulvar» mətbuatı) fərqləndirən əsas cəhətlər bunlardır: xəbərlərdə faktların dəqiqliyi və onların dürüstlüyünün yoxlanılması; analitik janrlarda materialların çoxluğu; üslubun ciddiliyi, tərəfsizlik və qərəzsizliyin gözlənilməsi; etik prinsiplərə əməl olunması və yolverilən səhvlərin düzəldilməsi üzərində nəzarət. K.M.-nın auditoriyasında əhalinin intellektual təbəqələri üstünlük təşkil edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedia orqanının və onun yaydığı informasiyanın keyfiyyətini müəyyənləşdirmək üçün meyarlar sistemi.
Bu meyarlar obyektivlik, dəqiqlik, əhatəlilik, müxtəliflik, balanslılıq, qərəzsizlik, tərəfsizlik, məsuliyyətlilik, habelə mənbələrin mötəbərliyi və açıqlığı, informasiyanın ictimai dəyəri, dil və üslub xüsusiyyətləri kimi göstəricilərdən ibarətdir. KİV-in K.S.-na nə dərəcədə uyğun gəldiyini ayırd etməyin fərqli üsulları var; məsələn, Almaniyada media orqanlarının qanunda və etik kodekslərdə əksini tapmış tələblərə uyğunluğu professional qurumlar tərəfindən araşdırılır. ABŞ-da eyni məqsədlə ictimai rəy öyrənilir, yəni bilavasitə auditoriyanın özünün KİV məhsullarını necə qiymətləndirməsi və qavraması əsas götürülür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiStudiyadankənar çəkiliş zamanı mikrofona düşən arzuolunmaz səs fonu.
Mümkün K.K.-lərin hamısını öncədən müəyyənləşdirmək və qarşısını almaq çətindir. Çəkiliş yerində akustik şəraitin diqqətlə araşdırılması və mikrofonların düzgün seçilib yerləşdirilməsi K.K.-ləri minimuma endirə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində dövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən məlumatlar.
Bunlara kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, metodları, planları, nəticələri haqqında, bu sahədə fəaliyyət göstərən orqanlarla konfidensial əməkdaşlıq edən və etmiş şəxslər haqqında, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinə yönəldilmiş qüvvə və vasitələr, metodlar haqqında, şifrlənmiş və məxfiləşdirilmiş rabitə sistemləri, şifrlərin hazırlanması və mühafizə vasitələri, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında, məxfi məlumatların, dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında, dövlət sərhədinin mühafizəsi haqqında, dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında məlumatlar daxildir.
Jurnalistika terminləri lüğətiyun. kybernetike – idarəçilik bacarığı + ing. space – mühit, yer
Kompüter şəbəkələri vasitəsilə kommunikasiyanın həyata keçirildiyi mücərrəd ətraf mühit; virtual aləm.
Termin 1990-cı illərdə internetdə yaranıb və sosial şəbəkələrin, yeni kommunikasiya texnologiyalarının inkişafına paralel olaraq əhatə dairəsini genişləndirməkdədir.
Jurnalistika terminləri lüğəti