Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bağlantı

Audiovizual media sistemlərində informasiyanı hadisə yerindən birbaşa auditoriyaya çatdırmağın forması.

B., adə­tən, aktual olayın baş verdiyi məkanla stu­diya, yaxud iki studiya arasında real vaxt rejimində yaradılır. Canlı reportaj din­lə­yicini, tamaşaçını hadisənin şahidinə çevi­rir. Qərb jurnalistikasında xəbərləmənin bu  formatı bəzən breaking news (təcili xə­bərlər) da adlandırılır. Jurnalist görün­tüləri studiyada monitorda izləyərək onlara şərh verir, yaxud yaradıcı komanda ilə ha­disə yerində işləyir, olayın fonunda stan­dupda çıxış edir, müsahibə götürür, sorğu keçirir və s.

Jurnalistika terminləri lüğəti

balans

fr. balance – tərəzi

1. Jurnalist ma­terialında əks etdirilən fərqli fikir, baxış və mövqelər arasında nisbət, habelə bu nis­bətin cəmiyyətdəki real vəziyyətə uy­ğun­luğu.

B. – cəmiyyətdəki plüralizmin, çox­­səsliliyin mediada adekvat təzahü­rü­dür: jurnalistlərdən toplumda hər hansı prob­lemə, hadisəyə dair hakim baxışla ­ya­naşı, fərqli və tamamlayıcı mövqelərə də lazımi diqqət yetirmək tələb olunur. B.-ın qorun­ması jurnalist materialının key­­­fiyyətini müəyyənləşdirən ən mühüm­ ­ami­l­­lər­­dən biri, KİV-in obyektivliyinin, bi­­­­­­­­tə­rəfliyinin, qərəzsizliyinin əsas gös­tə­ri­cilərindəndir. Seçkilərin, digər iri siyasi kam­paniyaların, münaqişələrin işıq­lan­dırıl­ması zamanı hər hansı KİV-in B.-ı pozması onun qeyri-professional davranışının, ob­yektivlik prinsipinə əməl etməməsinin göstəricisidir.

2. Müx­təlif mən­bələrdən gələn səslər arasında onların ahəng­­­­dar­lığını təmin edən nisbət.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti