Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ara plan

lat. planum – müstəvi

Çəkilişin əsas mövzusu ilə bağlı olan, lakin onun bi­lavasitə tərkib hissəsi sayılmayan hərə­kətin, obyektin təsviri.

A.P. diqqəti əsas hə­rəkətdən, obyektdən müvəqqəti yayın­dırmaq, yaxud onlara əlavə şərh vermək məqsədi daşıyır. Texniki baxımdan A.P.-dan montaj prosesində istifadə olunur. Bir sıra hallarda verilişin, müsahibənin çəkilişi bit­dikdən sonra rejissorlar operatorlara əlavə olaraq A.P.-lar hazırlamağı tapşırırlar. Danı­şan adamın əlini, masanın üstündəki qə­ləmi, zalda əyləşənləri və s.-ni əks etdirən kadr­lar A.P.-a misal ola bilər. 

See also:

Jurnalistika terminləri lüğəti