Bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü yaradan və səslə müşayiət edilən təsvirlər silsiləsindən ibarət əsər.
A.Ə.-lər müvafiq texniki qurğular vasitəsilə nümayiş etdirilməsi nəzərdə tutulan maddi daşıyıcılara yazılır. Buraya ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri, telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animasiya filmləri və s. aiddir.
Həmçinin bax:
Audiovizual informasiya istehsal edən və yayan kütləvi kommunikasiya vasitələri.
A.M.-ya ənənəvi efir televiziyası və radiosu ilə yanaşı, kabel televiziyası, peyk televiziyası, videostudiyalar və s. daxildir. Mahiyyət etibarilə onlayn media da audiovizualdır. Media bazarının ən böyük seqmentini təşkil edən A.M.-nın inkişafı və fəaliyyəti beynəlxalq qurumların daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Avropa İttifaqının «Sərhədsiz televiziya» direktivi (1989, 1997), Avropa Komissiyasının 1991-ci ildən milyardlarla vəsait xərclədiyi MEDİA (audiovizual industriyanın inkişafına dəstək) proqramı, Avropa Şurası və Avropa Parlamentinin 2000-ci illərdə qəbul etdikləri bir sıra qərar və tövsiyələr buna sübutdur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSəsli və görüntülü reklam.
KİV-də, küçələrdə qurulmuş tablolarda, sosial şəbəkələrdə nümayiş etdirilən, audiovizual məhsulların əvvəlinə yazılan kliplər, slaydlar, spotlar və s. A.R.-ın formalarıdır. Qanuna görə, audiovizual məhsullar satılarkən onların qabının üzərində “reklamla”, yaxud “reklamsız” qeydləri olmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. auditorium – dinləmək üçün yer
1. Kütləvi informasiya vasitəsi məhsulunun, yaxud konkret informasiyanın ünvanlandığı toplum.
Teleradio yayımçısı fəaliyyətə başlayarkən nəzərdə tutduğu A.-nı öz proqram konsepsiyasına daxil edir və bu, dövlət tərəfindən ona verilən lisenziyada (xüsusi razılıqda) əksini tapır.
2. Konkret kütləvi informasiya vasitəsinin oxucularının, tamaşaçılarının, yaxud dinləyicilərinin ümumi dairəsi.
Bununla yanaşı, ayrı-ayrı informasiyaların, reklam müraciətlərinin, televiziya və radio verilişlərinin fərqli A.-ları da ola bilər. Hər KİV öz A.-sının kəmiyyət və keyfiyyət göstəriciləri əsasında xarakterizə edilir, reklamçılar mediada sifariş yerləşdirərkən, ilk növbədə, bu göstəriciləri nəzərə alırlar. A.-nın öyrənilməsi media tədqiqatlarının ən mühüm istiqamətlərindən birini təşkil edir.
3. Bir qrup insan qarşısında çıxış üçün zal, otaq, habelə bu çıxışı dinləyənlərin cəmi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitəsinin oxucu, tamaşaçı, yaxud dinləyicilərinin ümumi kəmiyyət və keyfiyyət göstəricilərini müəyyənləşdirmək, onların rəylərini, təkliflərini toplamaq üçün keçirilən sosioloji tədqiqat.
Belə tədqiqatlara ictimai rəy sorğuları, ekspert sorğuları, fokus-qruplarda araşdırmalar və s. misal ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. authentikos – gerçək, əsl
1. Bir şeyin gerçək olduğunu yoxlama və təsdiqləmə prosesi.
Avtomatlaşdırılmış sistemə, yaxud xüsusi otağa, məsələn, studiyaya daxil olmaq istəyən şəxsin A.-sı həmin şəxsdən özü haqqında konfidensial məlumat (loqin, parol) tələb etməklə, smart-kartlarla, yaxud biometrik üsulla həyata keçirilə bilər. Sənədlər isə fiziki və ya kimyəvi tədqiqat üsulları ilə A.-dan keçirilir.
2. Mənbədən asılı olmayaraq məlumatın daxili strukturunu təhlil etməklə onun gerçəkliyinin yoxlanılması metodikası.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətisans. avatar – göydən enmə
İnternet-forumlarda, çatlarda və s. şəbəkə resurslarında istifadəçinin özünü təqdim etmək üçün yerləşdirdiyi qrafik təsvir.
Adətən, A. istifadəçinin xarakterinin mühüm xüsusiyyətini özündə əks etdirir. Termini kimi A. ilk dəfə 1985-ci ildə kompüter oyunlarının birində istifadə olunub.
Jurnalistika terminləri lüğətiMedianın fəaliyyəti üzərində hakimiyyətin tam nəzarətini qəbul edən ideyalar və prinsiplər sistemi, geniş yayılmış dörd mətbuat nəzəriyyəsindən biri.
Bu təlim XVI–XVII əsrlərdə Avropada formalaşmağa başlayıb. A.M.N.-nə görə, KİV-in başlıca funksiyası hökuməti dəstəkləməkdən və öz məqsədlərinə çatmaqda ona yardımçı olmaqdan ibarətdir. Mətbuatın fəaliyyətini tənzimləmək üçün hökumət xüsusi icazələr (patentlər), qadağalar sistemi, o cümlədən senzura tətbiq edə, müxtəlif çap məhsullarının buraxılışını lisenziyalaşdıra, müəyyən olunmuş qaydaların pozulmasına görə jurnalistlərə ağır cəzalar verə, KİV-in nəşrini, yaxud yayımını dayandıra bilər. Hakimiyyətə loyal jurnalistlərin mükafatlandırılması, «münasib» media orqanlarının açıq və gizli yollarla maliyyələşdirilməsi, tənqidçi medianın isə iqtisadi təzyiqlərə, digər məhdudiyyətlərə məruz qoyulması və s. A.M.N.-nin məqbul hesab etdiyi nəzarət metodları sırasına daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. authorization – icazə, səlahiyyət verilməsi
Hər hansı şəxsə və ya şəxslər qrupuna müəyyən fəaliyyətin həyata keçirilməsi üçün verilən hüquq, habelə bu hüquqdan istifadəyə nəzarət prosesi.
Autentifikasiyadan fərqli olaraq A., məsələn, informasiya bazasına giriş icazəsi istəyən əməkdaşın şəxsiyyətinin həqiqiliyini yoxlamaq məqsədi daşımır, artıq şəxsiyyəti təsdiq olunmuş insanın bazada hər hansı əməliyyatı icra etmək səlahiyyəti olub-olmadığını yoxlayır.
Jurnalistika terminləri lüğəti